Liviyada baş verən olaylara dair artıq kifayət qədər fikirlərimlə bölüşmüşəm. Bəs məşhur siyasi analitiklər bu olaylar barədə nə fikirləşirlər?!
Rusiyanın ТВ Центр telekanalının baş verən olaylarla bağlı maraqlı süjeti. Hadisələrin əsl mahiyyətinə varmamaqla obyektiv yanaşma nümunəsi.
**********************************************************
Vladimir Jirinovskinin NATO-nun Liviyadakı əməliyyatları öz üzərinə götürməsinə dair yayılan xəbərlərə münasibəti. Kişi düz deyir…
**********************************************************
Bu çarxda isə obyektivliyinə hər zaman hörmət etdiyim məşhur jurnalist-analitik Maksim Şevçenko hadisələrə dair fikirləri ilə bölüşür. Müsahibə bir müddət öncə götürüldüyündən (hələ koalisiya qüvvələri Liviyaya soxulmamışdılar) bəzi mülahizələr aktuallığını itirib, amma ümumi ideya və anlatım çox maraqlıdır. Neoquldarlıq ideyasına da toxunulur, mütləq baxın!
Artıq bir həftəyə yaxındır ki, qərb Liviyanı viran qoymaqdadır. Bir neçə ay bundan öncə ərəb “inqilablarını” canlı yayımla dünyaya çatdıran informasiya agentlikləri indi bu olayla bağlı cəmi 1-2 dəqiqəlik qısa süjetlər hazırlayırlar. Bir vaxtlar tərəfsizliyinə görə böyük rəğbətimi qazanan Euronews-un necə “tərəfsiz” olduğu bu olaylardan sonra sübut olundu. Əhsən. Bu günlərdə bir qardaş statusunda belə yazmışdı — “yəqin 20 il sonra ABŞ prezidentləri ekran önündə DEMOKRATİYA naminə uşaqları diri-diri yeyəcəklər”. Sitatın sonu (c). Haqlıdır. Ay Sem dayı, de bizə neft lazımdır, de neoquldarlıq planımız var, şansınız yoxdur, qul olmalıyıq, de bunları, biz də işimizi bilək. Yoxsa nə qədər axı yalandan demokratiya, demokratiya olar…
Ərdoğanın isə ABŞ-ın əl-altısı olduğunu söyləyənlərə inanmırdım. Demokratik Cümhuriyyəti dizi üstünə qoyub bütün ziyalıları türməyə basan bu despot yalandan xalq arasında natiqlik edib, rəğbətini qazanıb, amma əməldə ABŞ-ın göstərişlərini yerinə yetirir. Deyirdi guya qərbin Liviya macarasında iştirak etməyəcək. Nə oldu? Bu gün eşidirəm N qədər gəmi göndərib. Yoxsa xanım Klintonun sözündən çıxa bilmədi? Yoxsa siz inanırsınız ki, adi bir sözün üstündə durmağa cəsarəti olmayan birisi İsrailə təpkilər etmək iqtidarındadır?! İnandırım sizi o İsrailə qarşı təpkilər də yaxşı qurulmuş tamaşadan başqa bir şey deyil. Məhz elə Ərdoğanın əli ilə tezliklə ərəb “inqilabları” Türkiyədə də reallaşacaq — nəticədə ABŞ-ın çoxdan hazırladığı yeni qeopolitik situasiya formalaşacaq — Türkiyə bir neçə topluma (dövlətə) bölünəcək.
Bunu siyasi ekstrasens və kremlin klounu kimi tanınan Jirinovskiy də bu günlərdə söylədi — bütün şərq aləmi qarışdırılır və bunun məntiqi nəticəsi kimi 2030-cu ildə Çin dağıdılır. Bununla da Anqlo-saksların və onların bir yerlərini öpən fransızların qlobal neoquldarlıq planı növbəti fazaya keçir.
Son olaylarla bağlı fikirlərimlə bölüşürəm. ABU. Daha doğrusu Azərbaycan Beynəlxalq Universiteti. Universitet bağlandı, dərd yarı. Sən demə ABU-ya məxsus klinikaların birində insan orqanlarının transplantasiyası və satışı təşkil olunurmuş.
Məlumat artıq rəsmi şəkildə təsdiqini tapıb. Klinikaya əməliyyat üçün insan qəssabları əsasən Ukraynadan dəvət olunurmuşlar. Deyilənə görə 10-dan çox bu kimi cinayətin üstü açılıb. Görünür ABU-nun rektoruna da qarşı cinayyət işi açılacaq. Hərçənd Yeni Müsavat dərgisinin xəbərinə görə klinikanın rəsmiləri bu xəbəri böhtan və iftira adlandırırlar, amma… Düzünü zaman göstərəcək.
Zaman demişkən. Bu balacaboy taciklər imkan vermədilər ki, bizim analoqu olmayan ən uca dirəkli 3 rəngli bayrağımız heç olmaya bir müddən analoqu olmayan kimi rahat dalğalansın. Belə ki, bu gün gəzən şayələrə görə əhalisinin yarıdan çoxu Rusiyada küçə süpürgəçiliyi ilə məşğul olan və dünyanın ən kasıb ölkələrindən olan Tacikistanın dövlət başçısı İmaməli Raxmon özünün “ən uca bayraq” sevdasını gerçəkləşdirmək qərarı verib. Tacikistanın analoqu olmayan bayrağının dirəyi paytaxtları Düşənbədəki Millətlər Sarayının qarşısında ucaldılacaq. Bundan əlavə dirəyin önündə dövlət qerbi üçün nəhəng postament də yerləşdiriləcək. Bayraq dirəyi isə 165 metr hündürlükdə olacaq. Xatırladım ki, bizim bayrağın dirəyi 162 metr təşkil edir.
Azərbaycanı anladıq — biz neftimizlə öyünürük, belə layihələri gerçəkləşdiririk, bəs yaxşı bu Tacikistanın nəyi var axı?! Paxıllıqdan başqa heç nəyi. :pis: Lazımsız pafos və ambisiyalardan başqa bir şey deyil.
Bayraqdan söz düşmüşkən. Seçkilərdən sonra Hafiz Hacıyevi tanımaq olmur. Arzusunda olduğu Milli Məclisə düşə bilmədikdən sonra “balıq” ləqəbli Hafiz bəy bayrağını dəyişmək qərarı verib. Bir vaxtlar “Müsavat” Partiyasını dağıtmaq üçün yaratdığı separatist “Müasir Müsavat” Partiyasını indi elə həmin “Müsavat”-ın müttəfiqi elan edib. Əhsən. Görəsən bu deputat kreslosu niyə belə şirindir?! Qismət olar, bilərik. 😆
Hə, bu gün də məlum olur ki, “Müasir Müsavat” Partiyasının aktivistləri yığışıb “flexible” Hafiz bəyin istefasını tələb ediblər. İndi Hafiz bəy çətin vəziyyətdə qalıb. Nə müxalifət onu qəbul edir, nə də ki iqtidar. Bir tərəfdən də öz partiyası. Atalar bunda deyib e — yeyə bilməyəcəyin şeyi çəngəlləmə.