Dünən Minsk metrosunda partlayış baş verdi. Özü də Lukaşenkonun düz rezidensiyasının yanında. Adət üzrə hər şeyi yıxdılar terroristlərin, qərbin üstünə. Maraqlıdır, həqiqətən bu olayda terroristlər və “onları maliyyələşdirən” qərbin əli var?! Fikrimcə yox. Dünənki olay açıq-aydın iyrənc siyasi qambit nümunəsi idi — insanlar qurban verildi, nəticədə rejim daha da bərkidi və siyasi bonus qazandı. Bu hadisə lap 11 sentyabr olaylarını xatırlatdı. O vaxt 11 sentyabr hadisəsi Corc Buşa su və hava kimi lazım idisə, bu partlayış da Avropanın son diktatoru üçün həyati məna kəsb edir.
Məqsəd — “ərəb” ssenarisindən qorxuya düşən rejim cəmiyyətə çatdırmaq istəyir ki, bəs Lukaşenko getdi — Belorus qarışacaq. Bundan əlavə bonuslar da əldə edildi — indi müxalifətçiləri terrorda günahlandırıb daha asan zindanlara atmaq olacaq və yaxud polis rejiminin daha da ifratlaşmasına bahanə var. Nəsə. Günahsız insan həyatından öz çirkin siyasi oyunları üçün istifadə edənlərə ar olsun!
Video görüntülərə görə Aslana təşəkkürlər. Mövzuya dair forumda müzakirələr ↓ Minskdə metro partladıldı
Bu gün bildiyiniz kimi Belorusda Prezident seçkiləri keçirilirdi. Nəticələr əvvəlcədən məlum olsa da, belorus xalqı ayağa qalxmağa cəhd etdi. Nəticə… Nəticəyə gəlin video-da baxaq. Prezidentliyə namizədi vəhşicəsinə döyüb, atəş açırlar. Dəhşət…
Fikirlərinizlə bölüşün, maraqlıdır. Mövzuya dair forumda müzakirələr ↓ Belorus dəhşətləri