İnqilablar. İnqilab. Hara baxırsan bu saat bu sözdür. Bəs bu inqilabların mahiyyəti nədir?! Sonluq necə olacaq. Bütün bunlara dair fikirlərimlə bölüşürəm. Xatırladım ki, mən heç bir halda kök atmış, sonsuzluğa qədər idarə etmək istəyi olan ləyaqətsiz diktatorları dəstəkləmirəm və yazılarım faktlar əsasında formalaşan sırf subyektiv fikirlərimdir.
Keçək əsas mətləbə. Son olayları ABŞ siyasi dairələrinin əvvəlcədən hazırlanmış ssenari ilə inkişaf edən proseslərdən başqa bir şey hesab etmirəm. Proseslərin bir başa ABŞ administrasiyası tərəfindən idarə edilməsinə dair aşağıda bir neçə fakt gətirəcəm. Biraz dərin düşündükdə dünyanı dəyişəcək bu qlobal plan öz acı çılpaqlığı ilə Sizə də aydın olacaq — ortaya atılan psevdo-həqiqət carçısı Wikileaks, ərəb inqilabları, növbədə olan vətəndaş müharibələri — bütün bunlar artan insan sayının tənzimlənməsi üçün yeni münaqişələrin yaradılmasına dair böyük bir planın tərkib hissəsidir. Çoxalan insan sayına yalnız müharibələrlə nəzarət etmək olar və bunun da səbəbi olaraq faktiki dünya 2 qütbə parçalanacaq — Qərb dünyası və qullar. Yeni quldarlıq dövrü gəlir — neoquldarlıq.
İndi isə keçək ərəb inqilablarına. Misir. Buradakı inqilabı analiz etməkdən öncə onu vurğulamaq lazımdır ki, Misir ordusu de-fakto avtonom bir qurumdur və dolayı yolla ABŞ-a tabedir. Bundan əlavə ABŞ Misir ordusunu hər il 1.5 milyard dollarlıq silah-sürsatla təmin edir. Bu isə o deməkdir ki, yenə də de-fakto Hüsnü Mübarəkin orduya müdaxilə etmə rıçaqları olmayıb. Olsaydı, Misir indi Livanın yaşadıqlarını təkrarlayırdı. Deməli xalq üsyanına və Hüsnünün getməsinə şəraiti yaradan məhz ABŞ olub. Əfsuslar olsun, linkləri itirmişəm, amma “xalq” kütləsinin Təhrir meydanında işini koordiyasiya edən bir neçə İsrail (!) polkovniklərinin radio qurğu ilə (рация) kütləyə təlimat verilməsi faktları şəkillərdə belə qeydə alınıb. Bundan öncəki yazılarımda yerlimiz Heydər Camalın söylədiklərində də bu açıq aydın sezilir.
Hal-hazırda Qərb demokratiya pərdəsi arxasında gizlənib Misiri talan edir, muzeylərdən fironlara aid sənəd əsərlərini belə öz ölkələrinə daşıyırlar… Misir — stabil olmayan, maliyə borcları içində itib batan və tezliklə xristian-müsəlman qarşıdurması meydanına çevrilə biləcək bir ölkədir. Misir iqtisadiyyatının 70%-ı təşkil edən turizm iflic haldadır. Əvəzində isə İsraildə — Ölü dənizin sahillərində istirahət edənlərin sayı birə-beş artıb.
Liviya. Qəddafiyə nifrətim böyükdür, amma ikili standartlara nifrətim ondan da böyükdür. Məhz Qəddafinin sayəsində ABŞ-ın neoquldarlıq planı fiaskoya uğramaqdadır. Keçən həftə hər kəs kimi mən də sadəlövhcəsinə bu inqilabların xalq tərəfdən edildiyini, onların artıq yalandan, pafosdan cana doyub, öz etirazlarını bildirdiklərini düşünürdüm. Ta ki, orada yaşayan insanlarla ünsiyyətdə oldum. Liviyadan qayıdan bir neçə həmvətənlərimizin söhbətləri mənim bu olaylara baxışımı tam dəyişdi. Təfərrüatlara varmayacam, bu haqda artıq müstəqil internet istifadəçiləri kifayət qədər yazıblar. Məsələn bu yazını mütləq oxuyun — http://u-96.livejournal.com/2440540.html. Şahidlər deyirlər ki, xarici telekanallarda Liviya hadisələrinə dair verilən xəbərlər tam uydurmadır. Xarici telekanallar xəbər verir ki, bəs filan şəhəri bombalayırlar, şahidlər çıxırlar çölə, küçələri gəzilər, heç bir bomba-atışma yoxdur.
Bütün bu olayların ABŞ administrasiya tərəfindən idarə edilməsinə dair digər fakt — “müxalifətçilərin” ən son NATO (!) silahlarından istifadə etməsidir. Bu linkdə buna dair kiçik araşdırma aparılıb — http://nstarikov.ru/blog/8569. (Linkə görə Emil Əliyevə təşəkkürlər). Təsəvvür edin, özünə “müxalifətçi” deyənlərin istifadə etdiyi silahlar heç bir silah bazarında satılmayan və sırf NATO ölkələrində istifadə üçün nəzərdə tutulan amerikan silahlarıdır. Özü də onlara bu mürəkkəb silahlardan istifadə etmək üçün əcnəbilər təlim keçir (bu da fotolarda əks olunub).
Digər tərəfdən qərb telekanalları bar-bar bağırır ki, Qəddafi muzdlulardan istifadə edir. Amma bunun əksi olaraq, şəkillərdə elə həmin muzdlular “müxalifətçilərin” yanında təsvir olunurlar. Mənim özümü bir neçə gün bundan əvvəl Euronews-un Liviyadan növbəti xəbərində “müxalifət” sözcüsünün tam qaradərili olması çox təəcübləndirdi.
Deməli bütün bu hadisələr əvvəlcədən hazırlanıb — narazı kütlə ələ alınıb, tonlarla yeni silahlar, narkotik paylanılıb (buna dair də çoxsaylı faktlar var) və zombiləşmiş insanlar dövləti dağıtmağa başlayıb. Məqsəd — yeni münaqişə zonası yaratmaq, təbii sərvətlərdən də maneəsiz istifadə etməkdir. İraq hadisələri bunun bariz nümunəsidir.
Özünü azadlıq carçısı kimi təqdim edən — Al Jazeera. 1996-cı ildə BBC World-un ərəbcə yayımlanan və Səudiyyə Ərəbistanında yerləşən kanalının fiaskosundan sonra (ərəblər bu telekanala etibar etmirdilər), ağıllı anqlo-sakslar işə daha tədbirli yanaşıb qərbin neft köləsi olan Qatarda elə oranın şeyxinin vəsaiti hesabına Al Jazeera telekanalını yaratdılar. Bu telekanal 100% anqlo-sakslar tərəfindən idarə edilir. Telekanalın guya ərəb kanalı olduğu mifini yaratmaq üçün Al Jazeera daim siyasi qambitdən istifadə edib — mütamadi olaraq İsrailə, ABŞ-a qarşı əhəmiyyəti olmayan, amma kütlənin şüuruna işləyə biləcək xəbərlər verib, ərəblərin rəğbətini qazanıb. Qazanıb ki, gələcəkdə səmərəsini görsün. İndi isə o qeyd etdiyimiz “gələcəkdir”. Ərəb inqilablarının sosial şəbəkələrlə yanaşı ən böyük detanatorlarından biri bu telekanal hesab edilir. Al Jazeera-nın hal-hazırki işi — həqiqətə uyğun və heç bir əsası olmayan, köhnə kadrları yeni kimi qələmə verib bu telekanala inanan insanları zombiləşdirib, onların hissləri ilə oynayıb küçələrə çıxarmaqdır. Yuxarıda göstərdiyim linklərdən birində hadisələrin real şahidi Al Jazeera-nı tam çılpaqlığı ilə ifşa edir.
Epiloq. Faktiki ABŞ insanların diktaturadan azad olmaq istəklərindən istifadə edərək, demokratiya pərdəsi altında öz iyrənc siyasətini aparır. Respublikaçıların başladığı neoquldarlıq ideyası növbəti fazaya keçir. Bu oyunun tələsinə düşməmək üçün isə diktatorlara insaf gərəkdir. Qoy onlar biraz insaflı olub, özlərində güc tapıb vaxtında siyasi arenanı tərk etsinlər, təmsil etdikləri millətləri başqa xalqların əlində alətə çevirməsinlər.
Allah bizi qorusun!
Mövzuya dair forumda müzakirələr ↓
2011 – İnqilablar ili?!