Havalar soyumaq bilmir ki, bilmir. Bir gün yağış yağdı, yığılan mənfi enerjimizdən azad olmağa çalışırdıq ki, yenə də bu vaxt üçün anormal Günəş çıxdı. Özü də fikir vermişəm, fəsil dəyişikliyinin baş verməməsi insanlara çox böyük mənfi təsir göstərir — hər kəs birə-beş aqressivləşib, pessimistləşib. Hələ dili qurumuş sinoptiklərimiz Yanvar ayının “analoqu olmayan” tərzdə isti keçəcəyini proqnozlaşdırırlar.
Nəsə. Hava cəhənnəm, amma məhsulların qiymətləri deyəsən qaynamağa başlayıb — qiymətlər “sakitcə” 20% qaldırılıb. Fakt — digər məhsulları deyə bilmərəm (evə bazarlığı mən etmədiyimdən), amma ev üçün gündəlik aldığım yeganə məhsul — Yessentuki-17-nin qiyməti növbəti dəfə qaldırıldı. Özü də bütün marketlərə baxmışam. Lider AS-dan tutmuş Neptuna kimi. Neptunda Yessentuki-17 (Vim-bil-dam istehsalı olan) 1 manat 10 qəpik, Lider AS-də isə 1 manat 20 qəpiyədir. Keçən il bu vaxtı sözü gedən məhsul cəmi 70-80 qəpik idi. 70 qəpik hara, 1 manat 20 qəpik hara. Bu 70% bahalaşma deməkdir. Dünya birliyi isə hələ də susur. 😆
Digər tərəfdən bu ola bilər sırf Yessentuki-nin Azərbaycandakı rəsmi distributorunun görməmişliyinin nəticəsidir. Hər şey ola bilər. Gündəlik təlabat mallarını alıb, bazarlıq edən şəxslər bunu daha yaşı bilər — digər məhsullarda da artım müşahidə olunur?!
“Dünya birliyi” susmayıb, neynəyəcək axı. Xəzər Xəbər kimi “səviyyəli” bir verlişi olan ölkə üçün 70% inflyasiya hələ azdır. Bu gün təsadüf nəticəsində bu “xəbərlər” verlişinə baxdım. Çox aktual bir xəbəri verirdilər — marşrut avtobusunun siqnalı xarab olmuşdu, dayanmadan duuuuuuldayırdı. Buna görə milləti sorğu sual edirdilər, qara millət də “televizora düşmək” üçün əldən ayaqdan gedirdi. İndən belə maşının təkəri buraxanda, mütləq gərək Xəzər Xəbər əməkdaşlarını çağıram, bundan da aktual xəbər?!
Yazımın əvvəlin də hava ilə başladım, sonunu da onunla bitirirəm. Biz istidən qrilə döndüyümüz bir vaxtda Rusiyada şiddətli qar yağmaqda davam edir. Yolları isə Rusiya (deyərdim bütün post-sovet ölkələri) sayağı təmizləyirlər. Aşağıdakı bir video-çarxa baxın. Deməli iki traktoru birləşdiriblər ki, yanacaq sərf edilsin, gedib desinlər ki, guya yolu təmizlədilər. Əhsən. Belə şeyləri görəndə bir daha əmin olursan ki, bütün bu korrupsiya və özbaşnalığın mənbəyi zəhrimar kommunist təfəkkürüdür, virus kimi yeriyib hər birimizin canına.
Nəsə. Allah köməyimiz olsun.
Mövzuya dair forumda müzakirələr ↓
Son olaylar. Nələr baş verir?!
Ətrafımızı anormallıq bürüyür… Hava — anormal istilər lap bezdirdi. Bu gün məcbur olub maşında kondisioneri yandırmışam. Mən bu yaşa çatmışam, amma belə anormal hava görməmişdim. Yəqin elə məhz bu anormallıq insanlara pis təsir edib, onlar da anormal olublar.
Belə olmasaydı “Azərsu” ASC-nin işçiləri 2010-cu il üçün su pulunu ilin əvvəlində ödədiyimizə baxmayaraq, gəlib özləri yazdıqları çekləri saxta elan edib, bütün binadan yenidən su pulunu yığmazdı. Belə olmasaydı, kimsə ona həvalə olunan işi özününki bilib, hər yerdə bunu özünün işi kimi qələmə verib, sinəsinə döyməzdi. Belə olmasaydı, ifrat biqeyrətlikdən əziyyət çəkənlər qeyrət davasına çıxmazdı. Belə olmasaydı, son 2-3 ayda böyük şirkətlər onlara göstərilən xidmətlərə görə ödəməli olduqları pulları səbəbsiz olaraq aylarla gecikdirməzdi. Belə olmasaydı keyfiyyətsiz insanlar hörmətli insanların bağına daş atıb, özlərinə ad qazanmağa çalışmazdı. Belə olmasaydı, günün-günorta çağı yanımızdakı 21 mərtəbəli “novostroyka”-nın üstündən bir qızcığaz özünü atmazdı. Belə olmasaydı, universitetlərdə müəllimlər harınlayıb bilikli uşaqları belə kəsib rüşvət tələb etməzdi. Belə olmasaydı, digərlərin uğuruna paxıllıq edənlərin sayı birə-beş artmazdı. Belə olmasaydı, axşam saat 2-dən sonra Bakı küçələri Amsterdamı xatırlatmazdı. Belə olmasaydı, onun-bunun evini yıxıb varlananlar indi mənəviyyatdan notasiyalar oxumazdı. Belə olmasaydı, yatmadığı adam qalmayan insanlar efirə çıxıb namus söhbəti aparmazdı. Belə olmasaydı, oğru həyasızlığına salıb, şüvənlə özünü ağa çıxarmazdı. Belə olmasaydı 2010-cu ili bir göz qırpımında yola verməzdik… Belə olmasaydı… anormallıq həyat tərzimizə çevrilməzdi…
Bu dünya onsuz da düzələn deyil. Heç olmaya biz çalışıb özümüzü saf saxlamalıyıq. Dünya onsuz da 5 günlükdir. Onu da kişi kimi yaşamaq hər oğulun işi deyil.
Cəmiyyətin faciəsi isə bu anormallıqları norma kimi qəbul etməsindədir. Biz artıq bunun astanasındayıq… Avropalaşırıq. Amma nədənsə, bu xaraba Avropadan yalnız pis şeyləri götürürük. Allah köməyimiz olsun.
Mövzuya dair forumda müzakirələr ↓
Anormallıq
Bu gün bildiyiniz kimi Belorusda Prezident seçkiləri keçirilirdi. Nəticələr əvvəlcədən məlum olsa da, belorus xalqı ayağa qalxmağa cəhd etdi. Nəticə… Nəticəyə gəlin video-da baxaq. Prezidentliyə namizədi vəhşicəsinə döyüb, atəş açırlar. Dəhşət…
Fikirlərinizlə bölüşün, maraqlıdır.
Mövzuya dair forumda müzakirələr ↓
Belorus dəhşətləri
Bu günlərdə tanınmış politoloq və filosof Heydər Camalın Rusiyanın “Svobodnaya Pressa” dərgisinə maraqlı bir müsahibəsini oxudum. Hörmətli Camal bəy iddia edir ki, Moskvada qafqazlılara qarşı baş verən son olaylar Rusiya Xüsusi Xidmət orqanlarının səhnələşdirilmiş tamaşasından başqa bir şey deyil. Camal bəy həmçinin qeyd edir ki, bu tamaşada provokator kimi ermənilərdən də istifadə edilir. Maraqlı iddiadır. Amma bu günlərdə bu iddia öz təsdiqini tapdı.
Heydər Camal ksenofobiyanın müasir Rusiya siyasətinin bir hissəsi olması barədə
Belə ki, bu olaylarda iştirakda suçlanan Kremlə yaxın “NASHİ” gənclər hərəkatının Tambov şəhər dairəsinin sədri Nikolay Makarov sən demə hadisələrdən bixəbərdir. Özünü Makarov kimi təqdim edən şəxsin isə erməni əsilli Soçi sakini Levon Arzumanyanın olması məlum olub. “Naşi” hərəkatının rəsmi açıqlamasına görə, Arzumanyanı ifşa edən onun burunu olub. Hərəkat xəbərdarlıq edir — Bizim Nikolayın bu boyda burunu yoxdur! =)
Camal bəyin bu qeydin indi bir çox informasiya agentlikləri də təsdiqləyir. Məsələn, Arzumanyanın hoqqalarından Rusiyanın daha bir mötəbər dərgisi UTRO.ru da xəbər verir. Bu problemə Azərbaycan bloqerləri də toxunur, ən yaxşı yazı kimi Gulustan.ws bloqunda yer alan məqaləni qeyd edə bilərəm. Amma rus bloqerlər nədənsə susur…
Maraqlısı isə odur ki, “məzlum” ermənilər bir tərəfdən rusların onlara qarşı ksenofobik hislərindən şikayyət etdiyi halda, digər tərəfdən özləri bu vəhşiliklərdə iştirak edirlər.
Erməninin faşist “çesti” verməsini təəcüblə qarşılamadım. Amma sonda bu erməni provokatorun özünü “qurban” kimi göstərməsi… atalar doğru deyib — quyuya su tökməklə dolan deyil, harada yaşamasından asılı olmayaraq — 2 üzlük erməninin qanındadır.
Dostlar, Sizdən xahiş edirəm — son şəkilləri rus saytlarında yayın. Qoy hər kəs əsl provokatorların kim olduğunu bilsin!
Şəkli böyük həcmdə əldə etmək üçün üstündə tıklayın.
Mövzuya dair forumda müzakirələr ↓
Faşist Rusiyası qafqazlılara qarşı!
Faşizmə qalib gələn ölkənin baş meydanı — Kremlin önündə faşistlər toplaşıb nasist “çesti” verirlər, amma buna Rusiya hakim qüvvələri göz yumur. Bu canlarını faşizmə qarşı şəhid etmiş bütün qəhramanlar üçün təhqirdir!
Faşizm. Zaman göstərir ki, ümumiyyətlə bu terminin altında gizlənən ideologiyanı qınayanlar, bir müddət sonra elə özləri bu ideologiyanın daşıyıcıları olurlar. Götürək İsraili. Faşizmdən ən çox ziyan çəkən xalqı təmsil edən bir ölkə indi özü dünyanın nömrə bir faşist ölkəsidir — xüsusi anklavlar yaradır, bütöv bir ərazini mühasirədə saxlayır (Qəzza zolağı), vətəndaşları cuhud və qoylara (gəlmələr, yəni 2-ci dərəcəli insanlar) bölür və s…
Digər faşist ölkə bədnam qonşularımızdır. “Məzlum” ermənilər də guya türk “faşizmindən” əziyyət çəkdiklərini dayanmadan dünyaya car çəkirlər, amma tarix boyu özləri özgəsinin ərazilərinə göz qoyub, soyqırımlar törədiblər. Ən son olaylar — 20-ci əsr boyu onların hoqqaları və son Qarabağ müharibəsində hansı vəhşilikləri sınaqdan keçirdiklərini xatırlamaq kifayət edər.
İndi bu xəstəliyə onsuz da şovinistliyi ilə ad çıxaran Rusiya düçar olub. Faşistlər ağına-qarasına (qafqazlı, asiyalı, qara dərili onlar üçün fərq etməz) baxmayaraq hər kəsi atırlar ayaqlarının altına. Rəsmlər rəqəmləri gizlətsələr də, son sutka ərzində təkcə Moskva ərazisində milli zəmində yaranan münaqişələr zamanı 18 (!) nəfər bıçaqlanıb. Dəhşətli rəqəmdir. Bunların əskəriyyəti qırğız, çeçen, inquş, dağıstanlı, ermənidir. Amma aralarında yenə bir azərbaycanlı var. Belə görünür ki, bu olaylar Rusiyanın baş bilənləri tərəfindən idarə olunur. Çox mürəkkəb bir oyun gedir. Axırı Rusiyanın dağılması, vətəndaş müharibəsi ilə nəticələnsə, sevinərik. 😉
Sevinərik. Müxalifət Facebook adı çəkiləndə çox sevinir. Sosial şəbəkələr populyarlaşandan müxalifət virtual aləmə yaman girişib. Çoxdandır sözlərini kütləyə çatdırmağa səviyyəli bir tribunaları yox idi, nəhayət virtual da olsa, Facebook-u tapdılar. İndi sosial şəbəkələrdə iştirak edib, iqtidar yönlü olmaq dəbdə deyil, həmən insanı qınayarlar. Hər kəs olub “inqilab” ruhlu. Maraqlısı da odur ki, bu qınağı ağlı kəsən də edir, hadisələrdən bixəbər də. Əsil kütlə təfəkkürü. Bu radikal sosial kütləni idarə edənlər nə gözlərimizi mazol edən dəyişməz partiya liderləridir, nə də ki, onların funksionerləri. Kütlənin idarəsiylə bu saat bir neçə özlərini müstəqil adlandıran gənc məşğuldur. Məhz onların qərarları ilə kütləvi etiraz aksiyaları (məsələn son aksiyaları — avatar dəyişmə) keçirilir. Gülməli bir tendensiya — onlar (idarə edənlər) hakimiyyətə qarşı bir şüar yazdısa, kütlənin təmsilçiləri mütləq ona öz rəyini bildirməlidir, özü də iqtidarın ünvanına kəskin şəkildə fikrini bildirməklə. Hələ kimsə rəyinə bir iki təşəkkür də atsa, onda olur lap “fısqırığ” — bundan yoxdur. =) Bir sözlə, indi hər kəs Facebook vasitəsilə “samovırajatsa” etmək, seçilmək istəyir.
Əslində, bunu yazmaqda məqsədim başqadı. Şəxsən mən azad fikirin tərəfdarıyam, hər kəsin öz fikrini bildirməyə haqqı var, bunu bizə Konstitusiyamız verir, amma şəxsiyyəti təhqirlə dolu yazılar heç bir halda yox verilməzdir, bu demokratiya deyil, bu özbaşınalıqdır. Təhqir — demokratiya deyil. Demokratiya — özbaşınalıq deyil.
Bir də ki, Azərbaycan reallığı onu göstərir ki, Facebook siyasi abu-havanı dəyişə biləcək gücə malik deyil. Düzünü zaman göstərəcək. Hava demişkən, deyəsən “dünya şöhrətli” ekstrasensimizin proqnozları puç oldu. Deyilənə görə Zirəddin müsahibələrin birində bu ilki qışın çox sərt keçəcəyini demişdi. Hətta insanların donmasına dair də proqnozları yer alırdı. Deyir sən saydığını say, fələk gedib kalkulyator gətirməyə… Ay Zirəddin sənin işin gücün yoxdur?! İndi qış üzünə həsrətik…
Həsrətik. Yasamal camaatı da bu gün işıq üzünə həsrət qalıb. Analoqu olmayan Bakıelektrikşəbəkə qışın heç iyi gəlməmiş enerjini fasilələrlə verməyə başlayıb. :hm:
Mövzuya dair forumda müzakirələr ↓
Son olaylar. Nələr baş verir?!
Bu günlərdə demək olar ki, Rusiyanın daxildən çökmə prosesinə start verildi — şovinizm və rədikal milliyətçilik pik həddinə çatdı. Futbolu bəhanə edib Moskvanın mərkəzini zəbt edən skinxedlər qarşılarına çıxan qafqazlıları (qara deyirlər bizə) vəhşicəsinə döyüb-bıçaqlayıblar. Rusiyanın İnterfaks agentliyinin xəbərinə görə ağır yaralılar içində 27 yaşlı Azərbaycan vətəndaşı da var.
Qısa təhlil — “Milliyətçilərin” əsas şüarı “Rusiya ruslar üçündür!”-dür. Özü-özlüyündə absurd bir ideyadır. Rusiya adlanan məmləkət minlərlə xalqların torpaqları işğalı nəticəsində yaranıb. Belə çıxır ki, bu xalqlar öz dədə-baba yurdlarından da məhrum olsunlar?! Əsl faşist-erməni ideologiyası. Bu konkret Rusiyanın süqutu — vətəndaş müharibəsinin başlanılmasına yol açır. Çox yazmayacam. Gəlin şəkil və videolara baxıb yaşanan dəhşətin təəssüratları ilə bölüşək. Görəsən bizdə ruslarla belə rəftar olunsaydı, necə olardı?!
Mövzuya dair forumda müzakirələr ↓
Faşist Rusiyası qavqazlılara qarşı!
Bu gün yaman yorğunam. Günüm gərgin olduğu kimi də, maraqlı olub. Amma yazmağa taqətim yoxdur. Ona görə sadəcə maraqlı bir video çarxla bölüşəcəm. Rusiya telekanallarının birində efirə çıxan verlişdən kadrlardır — bir erməni ailəsinə həsr olunub. Siz bir bunların dəyərlərinə baxın. Vəhşi xalqın vəhşi nümayəndələri.
Deyirəm, yazıq bunların qonşuları…
Mövzuya dair forumda müzakirələr ↓
Son olaylar. Nələr baş verir?!
ABŞ Aerokosmik Agentliyi NASA keçirdiyi çoxsaylı eksperiment və tədqiqatların nəticəsində bəşəriyyətin ən böyük sirrlərindən olan Qara Çuxurun (mən də deyirəm bu Qaraçuxur qəsəbəsinin adı haradan götürülüb, kiminsə gözəl ironik yumor hissi var :lol:) kompüter modelini yüksək dəqiqliklə yarada bilib.
Ən son və dəqiq hesablamalar nəticəsində yaranan bu model Qara Çuxurun (qəsəbə yox ha) nə qədər qorxulu olduğunu təsdiqləyir. Əvvəlcə gəlin görək Qara Çuxura dair Wikipedia nə deyir:
Qara çuxur (sözü ilk dəfə 1968 ildə Amerika astronomu Con Uiller tətbiq etmişdir) ümumi nisbilik nəzəriyyəsinə görə hər hansı cisim güclü sıxılarkən yaranan obyekt. Bu zaman cazibə sahəsi o qədər güclü olur ki, işığı, ümumiyyətlə şüalanmanı və ya hissəcikləri buraxmır. Cisim bütün istiqamətlərdə qravitasiya radiusundan kiçik ölçüyədək sıxıldıqda qara çuxur yaranır. Qara çuxurun (hansı cisimdən yaranmasından asılı olmayaraq) xarici qravitasiya sahəsi kütlə, hərəkət miqdarı momenti və elektrik yükü ilə təyin edilir. Qara çuxurun ətrafında – güclü qravitasiya sahəsində fəzanın həndəsəsi qeyri-Evklid həndəsəsidir, zaman isə belə cazibə sahəsi olmayan yerə nisbətən yavaşıyır. Qara çuxur hərəkət miqdarı anına malikdirsə, onun yaxınlığındakı bütün cisimlər qara çuxur ətrafına fırlanma hərəkətinə cəlb edilmiş olur. Maddə və şüa qara çuxura ancaq daxil ola bilər, oradan isə çıxa bilməz. Kənar müşahidəçi qara çuxura düşən maddədə nə baş verdiyini heç vaxt bilmir.
Hə, biraz qəliz oldu. Deməli alimlər demək istəyirlər ki, “Qara Çuxur” qravitasiya, zaman və materiyanın olmadığı bir məkandır. Absulut sıfır. Ən qorxulusu isə ətrafdakı istənilən materiyanı (Ulduzlar, planetlər, meteoritlər və s.) və hətta ən kiçik hissəcikləri — protonları belə özünə çəkib məhv etməsidir. Bir vaxtlar hesab olunurdu ki, əgər materiya işıq sürəti ilə hərəkət eləsə, Qara Çuxurun cazibə qüvvəsinə qalib gələ bilər. Amma son müşahidələr onu göstərir ki, bu vahiməli Çuxurdan işıq sürəti ilə hərəkət edən fotonlar belə xilas ola bilmirlər.
Qara Çuxurun yüksək keyfiyyətli şəklinə NASA-nın saytında baxmaq olar. Buda link — http://apod.nasa.gov/apod/image/1012/bhlens_riazuelo_big.jpg
NASA-da səhifə — http://apod.nasa.gov/apod/ap101207.html
Allah bizi mərdimazardan qorusun.
Mövzuya dair forumda müzakirələr ↓
Kosmik möcüzələr. Astronomiya
Son günlər başım biraz qarışıq idi. Nəhayət kompüterə əlim çatdı. Təki başımız İnşallah xeyir işlərə qarışsın. Söz verdiyim kimi, ATƏT-in son sammiti və Qarabağ problemi ilə bağlı fikirlərimlə qısa olaraq bölüşürəm.
Artıq bir çoxlarımızın xəbər tutduğu kimi, ATƏT-in bu günlərdə Qazaxıstan paytaxtı Astanada növbəti sammiti keçirildi. Bu sammitə böyük ümidlər olsa da, Rusiyanın potronajı altında hərəkət edən Ermənistanın və yekun bəyannamə zamanı elə Rusiyanın özünün də cığallıq etməsi bütün bu ümidləri puç etdi. Rusiya bir daha təsdiq etdi ki, o bizə sərf edən istənilən addımın atılmasına heç vaxt imkan verməyəcək. Bununla Rusiyanın xarici siyasətində korektələr edilməsinə dair səslənən fikir və mülahizələr havaya sovruldu. Biz bir daha Rusiyanın əsl simasını gördük.
Bəs belə olan halda nə etməliyik? Öz subyektiv fikirlərimlə bölüşəcəm:
Fikrimcə, ilk öncə proseslər ölkənin daxilindən başlamalıdır. Bütün post-sovet ölkələrinin bəlası — korrupsiya ilə mübarizə yeni, aktual fazaya keçməlidir. Bir sıra orqanların fəaliyyəti xalq üçün şəffaflaşdırılmalıdır, hakimiyyət və xalq arasında bağlılıq daha da gücləndirilməlidir. Müxalif yönümlü söz sahiblərinə də yer verilməlidir ki, onlar da öz sözlərini deyə bilsinlər. Çünki onlara söz vermədikdə, arzuolunmaz aqressiya yaranır və bu da kütləyə təsirsiz ötüşmür. Qanunun aliliyini təmin etmək üçün, əlbət ki, müharibə dövrünü yaşayan bir ölkə üçün mütləq diktatın da olması labüddür.
Daha sonra türk silahlı qüvvələrinin Azərbaycana keçidini təmin etməliyik. Ən azından 3 alay. Bəli, bizim ordumuz kifayyət qədər qüdrətlidir, amma müharibə olduğu halda, şimal və cənub bölgələrimizdəki aktivləşəcək bir neçə separatist fikir daşıyıcılarının neytrallaşdırmasını, həmçinin fürsətdən istifadə edən Rusiya və İranın Azərbaycana soxulmasının qarşısını yalnız Türk ordusunn “xofu” ala bilər. Bütün bunları nəzərə alaraq bu alayların birini cənub bölgələrimizdə, birini şimal zonada, digərini isə birbaşa ermənilərlə təmas xəttində yerləşdirmək olar. Türk ordusu bizə yalnız aqressor və separatçıları saxlamaq üçün lazımdır. Öz ordumuz isə asanlıqla Qarabağı ermənilərdən təmizləyə bilər. Lap Zəngəzuru və Ermənistanın indiki bölgələrinin bir neçəsini də ələ keçirmək olar — bufer zonası yaradıb, indiki erməni siyasətini elə özlərinə qarşı tətbiq etmək mümkündür.
Bütün bunları reallaşdırmağa bizim cəmi 5-7 ilimiz var. Çünki 2016-cı və 2018-ci illərdə Rusiyada müvafiq olaraq Beynəlxalq Olimpiya oyunları və Futbol üzrə Dünya Çempionatı keçiriləcək. Belə olan halda Rusiya Ermənistana görə milliardlarla sərmayəni boşuna verib müharibəyə qoşulmağa risk etməz. Yəqin o vaxta kimi İran problemi də həll olunar. Düzünü zaman göstərəcək.
Bu qədər. Bu mənim subyektiv fikirlərim idi. Razı deyilsinizsə, xahiş edirəm əsaslandırın. Yoxsa yazı yazmaq xatirinə yazılan rəylər pozulacaq.
Mövzuya dair forumda müzakirələr ↓
Qarabağ. Dalan yoxsa həll yolu?!
2018 və 2022-ci illərdə keçiriləcək futbol üzrə “Dünya Çempionatı”-nın keçiriləcəyi yerlər artıq məlumdur. Bunlar Rusiya və Qatardır. Onlarla daha layiqli namizədlərin olduğu halda FİFA-nın tədbirə heç də ciddi yanaşmayan Rusiyanı qalib kimi seçməsi mənim üçün müammalı olaraq qaldı. Axı ruslar digərlərindən fərqli olaraq heç bir qeyri-adi təkliflə çıxış etmədilər… Yəqin bu ABŞ-ın Rusiyaya “perezaqruzka” məsələsinə görə hədiyyəsidir. Ya da rüşvətin canı sağ olsun (onsuz FIFA rüşvətxor orqan kimi çoxdan ad çıxarıb). Hər şey ola bilər.
Rusiya bu qalibiyyətə layiq deyil! ATƏT-in son sammitində baş verən hadisələr də bunun sübutudur. Sammit demişkən, sabah İnşallah buna dair fikirlərimlə bölüşəcəm.
Nəsə. Gəlin qaliblərin video-prezentasiyalarını izləyək.
Rusiya 2018.
Qatar 2022.
Rusiyadan fərqli olaraq Qatar bu işə ciddi və məsuliyyətlə yanaşıb. Stadionları standart şablon yox, çox kreativ tərtib olunacaq.
Mövzuya dair forumda müzakirələr ↓
Futbol üzrə dünya çempionatı 2018/2022. Qaliblər
Rubrika: Düşmənlər
Rubrika: Sözsüz
Rubrika: Tarixi sual