Pərvin Şükürzadənin bloqu
Pərvin Şükürzadənin bloqu

Keçmişdə ilişib qalan Nokia və rəqiblər

Artıq uzaq görünən 2007-2008-ci ildə ilişib qalan Nokia, özü kimi populyarlığını günbəgün itirən Röyaya əcaib sözləri (HDMI, USB, Carl Zeiss və sair) deməyə məcbur etdirdiyi bir vaxtda, Nokia-nın rəqibləri daha əməli işlərlə məşğuldur. Nokia vaxtı ilə Motorola və Ericsson-un keçdiyi uğursuz yolu təkrarların. Ericsson demişkən, son 2 ildə SONY şirkəti də əməlli başlı rəqabətdən geri çəkilib, öz pozisiyaların rəqiblərinə verməkdədir.
Sony-nin subbrendi Sony Ericsson bazarı itirməkdə davam edir. Onsuzda böyük olmayan satışları 1/5 azalıb. Nokia SE-na baxıb təsəlli tapa bilər, amma digər rəqiblərinə — əsla yox. Son illər Samsung, Apple, RIM (Blackberry), LG və HTC yeni texnologiyaların uğurlu tətbiqi ilə məşğuldular. İndi aktiv oyunçular Nokia-nın tədricən çəkildiyi bazarı mənimsəyib, satışlarını artırırlar — götürək HTC-ni. HTC 2010-cu ildə ümumi smartfon satışını 2 dəfə artırıb. 2011-ci ildə isə bu rəqəmi 300% (!) çatdırmağı planlaşdırır. Kimin hesabına? Əlbətdə ki, Nokia-nın hesabına. Hələ gəlirlərinə görə Nokia-nı dəfələrlə üstələyən Apple, Samsung-u, RIM-i demirəm. Nokia smartfon bazarını demək olar ki, tamamilə əldən buraxıb. Niyə? Səbəbini inkişaf etmək istəyinin olmamasında görürəm — Nokia hesab edirdi ki, ən yeni texnologiyaları o özü təyin etdiyi vaxtda kütləyə buraxacaq, hər şeyi kontrol edəcək və lider qalacaq — beləcə o tədricən passivləşdi. Texnologiya aləmində isə passivləşmək qaçılmaz ölüm deməkdir. Digər tərəfdən Nokia-nın axrına Symbian çıxdı, 2003-cü ildən bəri demək olar ki, cüzi şəkildə dəyişilən bu platformadan Nokia hələ də istifadə etməkdədir. Axı nə qədər olar?! Digər ümüd etdiyi platforma MeGoo — anadan olmamış iflasa uğrayıb — MeGoo platformalı N900 telefonlarının satışı barmaqla sayılasıdır…
Bizim millətin bəyənmədiyi LG-də Nokia-nın yiyəsiz qalmış müştəriləri uğrunda mübarizəyə qoşulanlardandır — bu günlərdə LG dünyada ilk dəfə Android platforması üzərində işləyən iki nüvəli prosessorlu smartfonu təqdim etdi. LG Optimus 2X özündə çox saylı texnoloji yenilikləri cəmləşdirdiyi kimi gözəl görünüşə də malikdir.


Hə. Qayıdaq Nokia-yaya. Ola bilsin bizim xalqın konservatorluğu Nokia-nın Azərbaycanda satışlarını bir neçə müddət yüksək səviyyədə qalmasına imkan verəcək. Bəlkədə. Amma fakt fakt olaraq qalır. Bir vaxtlar keyfiyyət və prestij markası olan Nokia artıq keyfiyyətsiz və geridə qalmış telefonlar istehsal edən şirkət kimi qəbul edilir. Kütlə isə belə şeyləri sevmir… Kütlə daha baha və adlı-sanlı markalara can atır. Deməli Azərbaycanda da Nokia-nın ömrünə çox qalmayıb.
Mövzuya dair forumda müzakirələr ↓
Genanın qara PRı və Nokiananın qəzəbi -) (N8 vs E7)

Mövzular

Resenziyalarım

Siyasi mülahizələrim

Gündəm

Səyahət qeydlərim

Olaylar

Marketing, PR

Sorğular

Elm

Rubrika: Düşmənlər

Rubrika: Sözsüz

Rubrika: Tarixi sual

Telekanalizasiya

İnternet

Azərbaycan İnterneti

Testlərim

Texnoloji aləm

Mobil dünya

Avto-dünya

Təqvim üzrə keçid

Bloq üzrə axtarış

Layihələr

STUDIO.AZ

EURONET

FOX.AZ

Islamic Network

İzləmə sistemləri

RSS və ya Atom