Pərvin Şükürzadənin bloqu
Pərvin Şükürzadənin bloqu

BTR fenomeni. Teatral səhnəcik. Bəs həqiqət?!

Hansı yerli telekanalımızı açıram — Vilnus merinin YOUTUBE üçün çəkdirdiyi BTR ilə köhnə Mersi əzmə səhnəciyini göstərib, həqiqət kimi qələmə verirlər. Acaba bütün özünə hörmət edən dünya telekanalları bunun qurma bir teatral səhnəcik olduğunu qeyd etdiyi halda, bizimkilərin belə təqdimatla məqsədi nədir?! =)
Bədbəxtçik isə ondadır ki, insanlarımız onlara inanıb, hesab edirlər ki, Avropanın göbəyində hansısa bir məmur analoqu olmayan qudurğanlıqla vətəndaşın maşınını BTR ilə əzməyə qadirdir! Ölmüşdü Xankişi! Vətəndaşın reaksiyasını qoyduq kənara, o meri məhz sosial qınaqla bir hala salarlar ki… Nəsə. Bizimkiləri qınamıram, öyrəşmişik də…
Rus demişkən, “sobstvenno” səhnəciyin özü:

Hələ də inanmayanlar üçün isə Euronews-dan çıxarış:
БТРы «Мерседесов» не боятся
«Ударим БТРом по нарушениям ПДД», — решил мэр Вильнюса Артурас Зуокас — и ударил. В назидание всем горожанам, паркующимся в неположенных местах, градоначальник вывел на улицу бронетранспортёр. Заявив, что владельцы дорогостоящих машин совершенно обнаглели, Зуокас наглядно показал, что для «Мерседесов», «Феррари» и «Роллс-Ройсов» у закона найдётся стальная рука.
Зуокас не уточнил, всерьёз ли он намерен применять именно такой способ борьбы с теми, кто паркуется на велосипедных дорожках, на тротуарах и местах для инвалидов. Раздавленный в клипе «Мерседес» был приобретён специально для съёмок. Однако инициатива уже нашла поддержку у соседей: мэр Риги в своём Твиттере полностью поддержал коллегу и пообещал найти танк побольше.
Xəbərin ünvanı — http://ru.euronews.net/2011/08/03/justice-overdrive-mayor-crushes-illegally-parked-car
Mövzuya dair forumda müzakirələr ↓
Tank fenomeni. Vilnus.

Hamısı mənimdir! Azərbaycan reallıqları

Bir vaxtlar kütlə üçün ən asan çörək pulu qazanmaq ona-buna baha qiymətə ev sırayıb maklerlik etmək idisə, məlum böhrandan sonra yeni dəb gəldi — əlinə bir taxta alıb yolun kənarında dayanan maşınlardan pul tələb etmək. Normal parking sisteminin olmaması həqiqətən biabırçı situasiya yaradıb. Əhalinin sıx toplandığı istənilən yerdə naməlum mənşəlli insanlar peyda olur, konkret reketliklə insanlardan pul yığırlar. Özü də xahişlə yox, məhz pul TƏLƏB etməklə. Bilmirsən verdiyin bu pullar həqiqətən dövlət büdcəsinə gedir, yoxsa bu dələduzluğun yeni müasir növüdür. Yəqin elə dələduzluqdur — çünki ödəmələr zamanı heç bir çek verilmir, bu isə bir başa dövlət vergisindən yayınma deməkdir. 90% hallarda konfliktlərə qarşı kompleksli millətimiz pulu ödəyir — ödəyim, təki başım dinc, əsəblərim sakit olsun.

Cəzasızlığa güvənib, indi bu növ dələduzluq sahilyanı çimərliklərə də yol açıb — bu günləri bir əcaib situasiyaya ilə rastlaşdım. Kürdaxanı bağları ətrafında (ora Pirşağı da deyirlər) əntiqə bir çimərlik yerləşir. Çimərlik digərlərinə nisbətdə çox kiçik, amma dənizin suyu çox təmizdir. Çimərliyin özü kiçik olduğundan ətrafları boş qumlaqlığdan ibarət idi. İdi… Amma bu ildən etibarən orada “quş-qondular” sayağı bəsit 3-4 “besedkalar” tikib, bütün çimərliyi 2-3 nəfərin arasında bölüb, özününki elan ediblər. Kim bölüb, necə bölüb, heç kimin xəbəri yoxdur. İndi bağ sahibləri dənizə çıxmaq üçün mütləq kiminsə “obyektinə” daxil olmalıdırlar. Onu da qeyd edim ki, araşdırma apardım və sən demə bu torpaqlar sırf dövlət reyestrində olan torpaqlardır, yəni torpaqların faktiki sahibi dövlətdir. Deməli bu quşqondular da qanunsuzdur. Bunu müvafiq orqanlar araşdırar, biz isə çimərlikdə istirahət edən şəxsləri narahat edən problemə toxunaq — qanunsuz pul yığımları. İndi çimərlikdə istirahət etmək istəyən şəxsdən məcburi yer haqqı (!) tələb olunur. Sual olundu ki, bu sahibsiz dəniz sahili üçün niyə yer haqqı ödənilməlidir, deyir bura bizim obyektin (obyekt deyərkən, uzaqda görünən qanunsuz bəsit 3-4 “besedka” nəzərdə tutulur) dənizidir (!). Analoqu olmayan iddia! Təsəvvür edin, gedib sahildən kənarda bir-iki qanunsuz “besedka” tikin, sonra da dənizi özünüzünki elan edin. OK. Bununla da razılaşdıq və “yer haqqı” ödəməyə razılıq verdik, amma bir şərtlə — bizə ödəniş aparıldığına dair çek veriləcək. Sən demə bunların nəinki kassa aparatı, heç ümumiyyətlə çekin nə olduğundan anlayışları belə yoxdur. “Bəs siz dövlətə vergi vermirsiniz?!” sualına cavab isə vəziyyətin nə qədər absurd olduğunu göstərir — cavab, sitat — “buranın yiyəsi özü “naloqda” işləyir!”. Sitatın sonu…
Allah köməyimiz olsun!
Mövzuya dair forumda müzakirələr ↓
Hamısı mənimdir! Azərbaycan reallıqları

Anormallıq

Ətrafımızı anormallıq bürüyür… Hava — anormal istilər lap bezdirdi. Bu gün məcbur olub maşında kondisioneri yandırmışam. Mən bu yaşa çatmışam, amma belə anormal hava görməmişdim. Yəqin elə məhz bu anormallıq insanlara pis təsir edib, onlar da anormal olublar.
Belə olmasaydı “Azərsu” ASC-nin işçiləri 2010-cu il üçün su pulunu ilin əvvəlində ödədiyimizə baxmayaraq, gəlib özləri yazdıqları çekləri saxta elan edib, bütün binadan yenidən su pulunu yığmazdı. Belə olmasaydı, kimsə ona həvalə olunan işi özününki bilib, hər yerdə bunu özünün işi kimi qələmə verib, sinəsinə döyməzdi. Belə olmasaydı, ifrat biqeyrətlikdən əziyyət çəkənlər qeyrət davasına çıxmazdı. Belə olmasaydı, son 2-3 ayda böyük şirkətlər onlara göstərilən xidmətlərə görə ödəməli olduqları pulları səbəbsiz olaraq aylarla gecikdirməzdi. Belə olmasaydı keyfiyyətsiz insanlar hörmətli insanların bağına daş atıb, özlərinə ad qazanmağa çalışmazdı. Belə olmasaydı, günün-günorta çağı yanımızdakı 21 mərtəbəli “novostroyka”-nın üstündən bir qızcığaz özünü atmazdı. Belə olmasaydı, universitetlərdə müəllimlər harınlayıb bilikli uşaqları belə kəsib rüşvət tələb etməzdi. Belə olmasaydı, digərlərin uğuruna paxıllıq edənlərin sayı birə-beş artmazdı. Belə olmasaydı, axşam saat 2-dən sonra Bakı küçələri Amsterdamı xatırlatmazdı. Belə olmasaydı, onun-bunun evini yıxıb varlananlar indi mənəviyyatdan notasiyalar oxumazdı. Belə olmasaydı, yatmadığı adam qalmayan insanlar efirə çıxıb namus söhbəti aparmazdı. Belə olmasaydı, oğru həyasızlığına salıb, şüvənlə özünü ağa çıxarmazdı.  Belə olmasaydı 2010-cu ili bir göz qırpımında yola verməzdik… Belə olmasaydı… anormallıq həyat tərzimizə çevrilməzdi…

Bu dünya onsuz da düzələn deyil. Heç olmaya biz çalışıb özümüzü saf saxlamalıyıq. Dünya onsuz da 5 günlükdir. Onu da kişi kimi yaşamaq hər oğulun işi deyil.
Cəmiyyətin faciəsi isə bu anormallıqları norma kimi qəbul etməsindədir. Biz artıq bunun astanasındayıq… Avropalaşırıq. Amma nədənsə, bu xaraba Avropadan yalnız pis şeyləri götürürük. Allah köməyimiz olsun.
Mövzuya dair forumda müzakirələr ↓
Anormallıq

Mövzular

Resenziyalarım

Siyasi mülahizələrim

Gündəm

Səyahət qeydlərim

Olaylar

Marketing, PR

Sorğular

Elm

Rubrika: Düşmənlər

Rubrika: Sözsüz

Rubrika: Tarixi sual

Telekanalizasiya

İnternet

Azərbaycan İnterneti

Testlərim

Texnoloji aləm

Mobil dünya

Avto-dünya

Təqvim üzrə keçid

Bloq üzrə axtarış

Layihələr

STUDIO.AZ

EURONET

FOX.AZ

Islamic Network

İzləmə sistemləri

RSS və ya Atom