Dünyanın nömrə bir smartfon istehsalçısı HTC mobil telefonlar bazarını dəyişə biləcək inqilabi yenilik etmək fikrindədir. HTC-nin təklifi belədir — axı niyə hər dəfə texnoloji yenilik axtararkən, bütöv telefonu dəyişirsiniz, halbuki yalnız apart hissəsinin dəyişilməsi ilə kifayətlənmək olar?! Bu həm ucuz başa gələr, həm də daha tez-tez yeniliklərdən faydalanmaq olar. Məgər biz printerin katrici bitəndə gedib yeni printer alırıq?! Burada da eyni prinsipdir — yeni əməliyyat sistemi çıxdı, telefonunun ona gücü çatmır, köhnə katrici (telefonun için) təhvil ver, daha yenisini al. Məsələn indiki katricdə Android 2.3 əməliyyat sistemidir, siz gedib yenisini aldıqda Windows Phone 7 əməliyyat sistemli katric götürə bilərsiniz + həm yaddaşı, həm də prosessoru daha güclü.
Əslində maraqlı iddiadır. Amma HTC-nin bunu inqilabi yenilik kimi təqdim etməsi düzgün deyil. Çünki kiçik araşdırmam nəticəsində məlum oldu ki, bu tip texnologiya artıq İsrailin Modu şirkəti tərəfindən bir neçə ildir ki, istifadə edilir. Amma bu şirkətin adını birinci dəfə eşitdiyimizdən, bu tip texnologiyanın heç də uğurlu olmadığını təxmin etmək olar. Bir də ki, kütlə telefonları sosial göstərici kimi istifadə edir. Məsələn, kim 4 illik bir telefonu üstündə gəzdirəcək?! Nə olsun ki, daxili (katrici) ən son modeldir, axı kütlə hər tərəfli yenilik istəyir. Şəxsən mənim özüm də, telefonları nəsə yeni bir yenilik istədiyimdən dəyişirəm. Bu həm funksionallığa aiddir, həm də ki xarici görünüşə. Köhnə görünüşlü telefon isə sadəcə adamı bezdirir…
Mənə görə HTC-nin bu layihəsinin kütləvi bazarda heç bir perspektivi yoxdur. Bəs siz nə fikirləşirsiniz?!
Mövzuya dair forumda müzakirələr ↓
Texnoloji yeniliklər
Avtomobil xəbərlərini izləyən bir insan kimi, bu günlərdə məşhur luks brendi Aston Martin-in Toyota-nın iQ modeli üzərində qurduğu avtomobilin qiyməti çox maraqlı idi. Xatırladım ki, Toyota iQ 9 min ABŞ dollarına satılır. Aston Martin isə yeni anons etdiyi Cygnet adlı balacanın qiymətinin nə az nə çox, düz 31 min (!) funt sterlinqdən başlamasını elan etdi, bu da hardasa edir 42 min dollar. Təsəvvür edirsiz, 1.3 motorlu avtomobilcığaza bu qədər pul…
Aston Martin amma ruhdan düşmür, deyir axı mənim balacımın unikal stabilizasiya sistemi (hansı ki, Toyota da var), parlaq disklər, açarsız qoşulma sistemi, elektrik şüşə-qaldıranlar (hə, bax bu texnili inqilabdı :lol:), dəri oturacaqlar, klimat-kontrol, GPS naviqasiya sistemi var. Nə qədər qəribə olsa da, 42 min dollar Mercedess C-Class-in qiymətidir. 42 min dollara 2 D Class təmsilçisi — Hyundai Sonata almaq olar, 42 min dollara bir Audi A4 + Kia Rio almaq olar, 42min dollara — ən azında bizim rəşadətli “barmaq sındıran” polislərimizin gəzdiyi BMW 3-cü seriyadan almaq olar. Amma 42 min dolları faktiki Toyotanın 9 minlik modelinin restaylinqinə vermək səfehlik deyilmi?!
Kimsə indi deyəcək ki, problemlər içində üzürük, sən gör nə haqda yazırsan… Hərdən biraz pozitivlik də lazımdır. 😉
Mövzuya dair forumda müzakirələr ↓
Avto Xəbərlər / Авто Новости
Çoxdan idi bloqda bir şey yazmırdım. Səbəbi havadır. İsti və eyni tipli dəyişməz hava bütün əsəblərimə işləyirdi. Amma bu gün gecikmiş də olsa, qış özünü göstərməyə başladı. Düzdür, qar yağmaq istədi — alınmadı, amma yenə də nəsə havada dəyişiklik hiss etdik. Sizi bilmirəm, amma hava mənim əhval-ruhiyyəmə əməlli başlı təsir edirmiş. Soyuqların gəlişi ilə pozitiv enerji yığıb, yenidən bloqu aktivləşdirəcəm. İnşallah 1-2 günə qar da yağsa, olacaq “fullun fullu”. Ayağımızın altındaki qarın xışıltısı üçün yaman darıxmışam.
Hava bu gün yaxşı olsa da, Euronews telekanalının xəbəri məni birazca məyus etdi. Əfsanəvi Steve Jobs Apple-dan müddətsiz xəstəlik məzuniyyəti götürərək gedib. Səbəb — Stivin kəskin xərçəng xəstəliyindən əziyyət çəkməsidir. Hətta bir neçə il öncəki Stivlə indiki Stiv arasında fərqi də göstərdilər — canlı əfsanə gözlə seziləcək dərəcədə əldən düşüb. Bununla da hesab edirəm ki, Apple tədricən zəifləyəcək. Əlbət ki, Apple korporasiyası bunu inkar edəcək, hətta əsaslar da gətirəcək ki, gəlirləri artıb və daha nələr… amma Microsoft-un timsalında baş verən hadisələr göstərir ki, şirkətin banisi, ona can yandıran lider getdikdən sonra şirkətin işləri elə də yaxşı getmir. Bill Gates Microsoft-dan getdikdən sonra şirkət bütün sferalarda öz pozisiyasın itirməkdədir. Eyni hadisə bir dəfə Apple-ın başına gəlib, Steve-in bu sayca ikinci gedişidir. Birinci gedişdən də sonra özünə arxalanan Apple çökməyə başladı və məhv Steve-in qayıdışından sonra şirkətə yeni nəfəs gəldi və yeni zirvələri fəth etdi. İndi Steve yenə gedir. Görünür bu dəfə o həmişəlik gedir. Əlvida Steve. Sən bizi tanımasan da, biz sənin işgüzarlığına, zəhmətə olan sevginə hər zaman yaxşı mənada həsəd aparmışıq. Allah köməyin olsun.
Deyirəm, bu Tunis hadisələrindən yazmayan adam qalmayıb. Artıq bütün sözlər deyilib, yazmağa bir şey yoxdur. Bəli, razıyam, diktator layiqli şəkildə ölkədən qovuldu. Bəli, razıyam, bunu xalq etdi. Amma kütlənin hərəkətə keçməsi üçün düşünülmüş şəkildə ssenari lazımdır. Çünki 20 ilin diktatorunun 3 gün ərzində ölkəni tərk etməyə məcbur edilməsi çox asan baş verdi. Maraqlıdır, ABŞ-ın bu hadisələrdə nə kimi aidiyyatı var? Yoxsa ABŞ narıncı inqilab idxalçıları “stavkanı” ediblər ərəb mənşəlli Afrika dövlətlərinə? Mütləq burada qərb dövlətlərinin əli olmalıdır. Niyə belə fikirləşirəm?! Bunun üçün elə eyni materikdə yerləşən digər ərəb dövləti Sudanın başına gətirilən hadisələrdir. Bu barədə növbəti yazılarımın birində yazacam, indi isə söz verdiyim pozitiv — şəhərin mərkəzində, Space telekanalının düz yanında (səhv etmirəmsə tədris müəssisəsinin adı “İncəsənət kolleci”-dir) “analoqu olmayan” lövhəcik. Şəkildə abırlı düşüb, amma realda 2-ci sinif şagirdinin əl işindən başqa bir şey deyil.
Mövzuya dair forumda müzakirələr ↓
Son olaylar. Nələr baş verir?!
Görünür MySpace-in uğurlu rebrendinqi Facebook-un yaradıcısı və onun 26% səhmlərinin sahibi, yəhudi əsilli Mark Zuckerberg-ə rahat yatmağa imkan vermir. Belə olmasaydı, KİV vasitəsilə insanların hisslərinə təsir etmək üçün (ay camaat, baxın FB-u bağlasaq, görün sizin həyatınız necə dəyişəcək) şayiə buraxmazdı. İndiyə kimi Facebook-dan qeydiyyatdan keçməyən də, gedib qeydiyyatdan keçəcək ki, əşi görüm bu nə olan şeydir e, bu qədər hay-küy qoparıb.
Əslində Zuckerberg istəsədə şirkəti bağlamaq iqtidarında deyil. Çünki Facebook artıq böyük korporasiyadır və onun səhmləri ondan da böyük korporasiyalara (məsələn, Microsoft) məxsusdur. Məsələnin digər tərəfi — Facebookun hal-hazırki kapitalizasiyası 50 milyard dollar təşkil edir. Bu qədər kapitalı olan şirkətin öz-özünə qapadılması dünya iqtisadiyyatında nonsensdir. Maliyə sistemi isə elə qurulub ki, 50 milyard kapitalizasiya 50 milyard pul köpüyü (ifadə sabun köpüyündən götürülüb) deməkdir. Yəni Facebook-un real dəyəri daha azdır və bu 50 milyard birjalarda pay satışını artırmaq üçün süni olaraq şişirdilib. Şablon sistem belədir — məsələn, sizin 500 dollar pulunuz varsa, siz onu 500*100 düsturu ilə şişirdə bilərsiniz, nəticədə kapitalizasiya olacaq 50000$. Eynilə də Facebook (və digər korporasiyalar) fəaliyyət göstərir. 50 milyard köpüyü partladanda isə gərək bu 50 milyard nəğd pulu (!) səhmdarlara paylayasan. Amma nəzərə alsaq ki, Facebook köpükdür və real olaraq 50 millyardı yoxdu (50.000.000.000/100=500.000.000 real pulu var), o zaman səhmdarlara paylayası bir şey olmayacaq və Amerika iqisadiyyatında nəhəng bankrotlaşdırma prosedurunun şahidi olacağıq. ABŞ höküməti isə indiki həssas iqtisadi vəziyyətdə buna heç bir halda imkan verməz.
Deməli Facebook-un Mark Zuckerberg tərəfindən qapadılması səfeh bir fərziyədir.
Yuxarıda yazdığım birinci variant idi. İkinci variantda ondan ibarət ola bilər ki — bu şayəni Facebook-un rəqibləri ortaya atıb. Bu Google da ola bilər. Bildiyimiz kimi, Facebook öz şəxsi mail xidmətini buraxmaq istəyir, bu isə Google-un Gmaili üçün ölümcül zərbə ola bilər. Google bu şayəni buraxır, nəticədə Facebook-un stabil tərəfdaş və güvənilən sayt imicinə böyük zərbə dəyir. Axı kim səhər bağlanacaq saytda özünə mailbox açar?!
Mövzuya dair forumda müzakirələr ↓
Sosial şəbəkələr və biz
ABŞ Ermənistana təpkilər etməkdə davam edir. Bir tərəfdən erməni mafiozi Pzo-nun saxlanılması, bir tərəfdən Wikileaks vasitəsi ilə Ermənistana dair məxfi sənədlərin üzə çıxması, bir tərəfdən erməni lobbisinin alçaldılması… İndi də Amerikanın böyüklər üçün nəzərdə tutulan məşhur cizgi serialının qəhramanları erməniləri insan caniləri qismində göstərərək məzə tuturlar. Söhbət “American Dad” (Amerika sayağı ata) serialından gedir.
Xatırladım ki, “American Dad” serialının baş qəhramanı CIA-da (ЦРУ) çalışır və bütün serial onun həyatında baş verən traqi-komik hadisələrə həsr olunur.
Onu da qeyd edim ki, bu çarxı ilk əvvəl Youtube-a yerləşdirdim, amma oradan saytın administrasiyası tərəfindən pozuldu. Çarx eyni aqibətlə Vimeo.com-da da rastlaşdı. Məcbur olub Rutube-a yerləşdirmişəm.
Ermənilərlə Amerika sayağı mırtlaşma:
Mövzuya dair forumda müzakirələr ↓
Son olaylar. Nələr baş verir?!
Bir neçə müddətdir ki, Elmlər Akademiyası tərəfdə yerləşən Romantik-in yanından ötüb keçirəm, amma bu reklam “əsərini” görməmişdim. Əsəri bu günlərdə görüb, şoka düşmüşəm. Əsl Azərbaycan sayağı reklam. Ayə, nə qədər Romantik yazıblar. 😆
Mövzuya dair forumda müzakirələr ↓
Gündəm. Görüb, eşitdiklərimiz
2010 bitdi. Hamı bu il haqda öz subyekt fikirləri ilə bölüşdü. Kimisi 2010-u söydü, kimisi təriflədi. Mənə görə 2010 ümumidə tanıtım ili oldu, insanları daha da yaxşı tanıdım, öyrəndim. İstirahət günləridir. Bu günlərdə yazmaq istəmirdim, amma Maşallah bloqun daimi oxucuları artıq zəng edib, SMS təbriklərində belə bloqu atmamağımı arzu edirlər. Bloq isə böyüyür. Gün ərzində istifadəçi sayı artıq 350 unikal İP-ni keçib. Bu hardasa 400-420 istifadəçi deməkdir. Oxucuların 96% Azərbaycandan girir. Azərbaycan reallıqlarını nəzərə alsaq, sırf bir insanın fikirlərindən ibarət və cəmi 5 ay fəaliyyət göstərən bir sayt üçün gözəl göstəricidir. Maşallah olsun. Nəsə. Bəsdi təriflədim, tərifləmək onsuz da mənə düşmür, odur ki, gəlin istirahət edək. 2010-cu ilin ən gözəl Youtube çarxlarını birgə seyr edək.
Birinci yeri bir Conter-Strike həvəskarı kimi əlbətki aşağıdakı çarxa verirəm. Super.
*****************************************
Bəs su damlasının bir neçə saniyəlik həyatının necə keçməsinin şahidi olmaq istəyirsiniz? Onda bu çarxa baxın:
*****************************************
Vizit kartları Ninja sayağı atmaq üzrə “analoqu olmayan” qaqaş. Əla.
*****************************************
Dünya pikseldə. Gözəl 3D işi.
*****************************************
Bu isə yuxarıdakı videonun daha real variantı. Uruqvaylı 3D mütəxəssisin yaradıcılığı.
*****************************************
Lego və kinomatoqrafiyanın ən qanlı filmi. 😆
*****************************************
2010-cu ilin ən kreativ klipi:
*****************************************
Doğrudan da analoqu olmayan avtomobil yarışları:
*****************************************
Uşaqlığımızın ayrılmaz hissəsi — roqatka. Müasir roqatkalar necə olur? Gəlin baxaq. Mırt video. =)
*****************************************
Və sonda… İnsan hər şeyə qadirdir (yaxşı mənada). Gəlin enerjimizi xeyirli və faydalı işlərə sərf edək, onun-bunun qeybətini qırıb, ayağının altını qazıb, işlərinə ziyan vurmayaq. Axı həyat gözəldir.
Mövzuya dair forumda müzakirələr ↓
Youtube
Bu günlərdə “Sosial Şəbəkə” filminə baxdım. Film Facebook şəbəkəsinin yaradıcısı Mark Zuckerberg-in həyatından (yarı düz, yarı gerçək), onun uğura doğru necə addımlamasından bəhs edir. Film özü-özlüyündə xoşuma gəldi, amma məni daha çox düşündürən başqa məsələ oldu — axı niyə bizdə böyük İnternet layihələrin buraxılması mümkünsüzdir?!
Əslində mən problemləri ötən yazılarımın birində sadalamışdım, amma bu film yaralarımızı təzələdi.
1. Fikrimcə, təhsil — böyük uğurların təməli, başlanğıcıdır. Filmə baxdıqda tələbələrin necə gözəl bir mühitdə oxuyub yaratdıqlarının şahidi olursan. Adam lap qibtə edir. Hər kəs nəsə bir layihə həyata keçirib, əməliylə öndə olmaq istəyir. Gözəl işgüzar mühit var. Rəqabət hökm sürür. İndi gəlin bizim reallıqlara nəzər yetirək — çürümüş təhsil sistemi. Rüşvətxor müəllimlərimizin sayəsində Universitetlərdə artıq oxuyan uşaqlar da oxumamağa məcbur edilir. Bizdə hər şeyi nəsə reallaşdırmaq deyil, papa uşaqlarının pulu həll edir. “Bilikli” müəllimlərin bilikləri isə 70-ci illərin səviyyəsindən artıq deyil. Bizim Universitetlərdə əməllə deyil, əmiylə seçilirlər. Hərf fərqi çox olmasa da, nəticəsi göz qabağındadır.
2. İnternet layihələrə investroların böyük maliyə yatırımları — bizdə isə İnternet layihəyə on mindən artıq pul qoymaq səfehlik sayılır, İnternet layihələr uşaq oynundan başqa bir şey hesab edilmir. Məsələn, Mark Azərbaycanda yaşasaydı, onun 18 minlik layihəsi istifadəçi sayı yüz mini keçdikdən sonra puç olardı. Niyə? Çünki istifadəçi sayı artıqda, saytın xərcləri də artır. Azərbaycanda isə İnternet layihələrə yatırımlar maksimum reklam bannerləri vasitəsilə edilir, belə olan halda da gərək Facebook Day.AZ-ın əvvəlki görkəmindən də (reklamla dolu olduğu vaxtlar) betər bir vəziyyətdə olaydı — daha çox banner asmağa məcbur idi, amma bu da xərclərin heç 10% demək deyil.
3. Faktiki olaraq 2004-ci ildən fəaliyyətə başlayan Facebook, yalnız 2009-cu ilin son aylarında gəlir gətirməyə başlayıb. Deməli 5 il bu layihə ziyana işləyib, amma böyük investorların milyonlarla sərmayələri sayəsində ayaq üstə qalıb. Mark 18 min ABŞ dollarını layihəyə yatırım edərkən, artıq bilirdi ki, onun layihəsinə yiyə çıxan olacaq və milyonlarla yatırımlar edəcək.
Bu sərmayələr bir növ sabun köpüyünə bənzəyir. Layihələrin birjaya çıxışını təmin etmək üçün dəyərlərini 100-1000 dəfə şişirdirlər, şişirdirlər və şişirdirlər… Ümumiyyətlə bütün Amerika iqtisadiyyatı bu prinsiplə qurulub — orada demək olar ki, istənilən layihəni beləcə şişirdib, məhşurlaşdırırlar. Bəs bizdə birja deyilən şey var? =) Var, amma neftdən başqa çətin orada bir şey satıla.
4. Əgər kimsə hesab edirsə, Mark bu imperiyanı tək başına yaradıb, yanılır. Görünmür, amma layihənin populyarlaşmasında dövlətin də böyük rolu var. Facebook faktiki ABŞ administrasiyasının maraqlarına xidmət edən bir layihədir. Artıq xüsusi orqanlar əziyyət çəkib insanların dosyelərini axtarmır, indi insanların özü hər şeyi Facebook-da yerləşdirir, şəkilləri, dostları, fikirləri ilə bölüşürlər (məsələn, terroristlər növbəti terrorları haqda və s.) və bütün bunlar 100% izlənilir. Rus demişkən, bolee togo Facebook-da profilin ləvğ edilməsi mümkün deyil — siz sadəcə hesabınızı deaktiv edə bilərsiniz, poza bilmərsiniz. Bu da Facebook-un istifadəçi bazasının digər məqsədlərlə istifadə olunduğuna daha bir sübutdur. Bura üstə gəl ölkənin birinci şəxsləri səviyyəsində saytın təbliği — alınır uğurlu və dövlət strategiyasına xidmət edən layihə.
Deməli İnternet layihələr üçün digər stimul verici faktor — dövlətin özəl şirkətlər vasitəsilə müxtəlif “ümüd verici” layihələrə pul yatırımları etməsidir. Bizdə bildiyim qədər bir Yumru layihəsinə sərmayə yatırılıb, o da (layihə) ki, axıda fake çıxdı.
Gördüyümüz kimi nə qədər ki, Universitetlərdə sağlam mühit yaradılmayacaq, nə qədər ki, böyük şirkətlərimiz İnternet layihələrə sərmayə qoymağa can atmayacaqlar, nə qədər ki, iqtisadiyyatımız neft və kənd təsərrüfatı, yeyinti məhsullarından ibarət olacaq, o qədər də biz böyük layihələr görməyəcik. Yəni heç vaxt. Təki yanılım.
Mövzuya dair forumda müzakirələr ↓
Azərbaycan İnternet məkanı (Anti-inkişaf faktorları) →
Motorola maraqlı bir reklam çarxı ilə çıxış edib. Yeni planşetini anons edir. Ən maraqlısı isə çarxda yer alan planşetlər arasında Motorola üçün rəqib hesab ediləcək devayslar da var.
Belə ki, çarxda həm iPad, həm də Samsung-un məşhur Galaxy Tab-ı da yer alır. iPad-ı böyük iPhone, Galaxy Tab-ı isə Android, amma mobil telefonlar üçün nəzərdə tutulan Android adlandıran Motorola daha uzağa gedir, Musa peyğəmbərin moizə, qədim Misir və Maya sivilizasiyalarına da “daş” atır.
Digər maraqlı cəhət — çarxda Motorola planşetinin görüntüləri yer almır. Yalnız arı uçur, o da yəqin Androidin yeni versiyasına işarədir. Şərti adı Honeycomb (Arı şanı). Əvvəllər deyirdilər ki, bu Androidin 3-cü versiyası olacaq, amma indi də deyirlər ki, bu versiyanın nömrəsi 2.4 -dir. Kimə inanaq? Zaman göstərəcək. Motorolanın Azərbaycanda rəsmi distrubutoru NLT-nın görəsən bu yenilikdən xəbəri var? Çətin…
Mövzuya dair forumda müzakirələr ↓
Texnoloji yeniliklər
Artıq uzaq görünən 2007-2008-ci ildə ilişib qalan Nokia, özü kimi populyarlığını günbəgün itirən Röyaya əcaib sözləri (HDMI, USB, Carl Zeiss və sair) deməyə məcbur etdirdiyi bir vaxtda, Nokia-nın rəqibləri daha əməli işlərlə məşğuldur. Nokia vaxtı ilə Motorola və Ericsson-un keçdiyi uğursuz yolu təkrarların. Ericsson demişkən, son 2 ildə SONY şirkəti də əməlli başlı rəqabətdən geri çəkilib, öz pozisiyaların rəqiblərinə verməkdədir.
Sony-nin subbrendi Sony Ericsson bazarı itirməkdə davam edir. Onsuzda böyük olmayan satışları 1/5 azalıb. Nokia SE-na baxıb təsəlli tapa bilər, amma digər rəqiblərinə — əsla yox. Son illər Samsung, Apple, RIM (Blackberry), LG və HTC yeni texnologiyaların uğurlu tətbiqi ilə məşğuldular. İndi aktiv oyunçular Nokia-nın tədricən çəkildiyi bazarı mənimsəyib, satışlarını artırırlar — götürək HTC-ni. HTC 2010-cu ildə ümumi smartfon satışını 2 dəfə artırıb. 2011-ci ildə isə bu rəqəmi 300% (!) çatdırmağı planlaşdırır. Kimin hesabına? Əlbətdə ki, Nokia-nın hesabına. Hələ gəlirlərinə görə Nokia-nı dəfələrlə üstələyən Apple, Samsung-u, RIM-i demirəm. Nokia smartfon bazarını demək olar ki, tamamilə əldən buraxıb. Niyə? Səbəbini inkişaf etmək istəyinin olmamasında görürəm — Nokia hesab edirdi ki, ən yeni texnologiyaları o özü təyin etdiyi vaxtda kütləyə buraxacaq, hər şeyi kontrol edəcək və lider qalacaq — beləcə o tədricən passivləşdi. Texnologiya aləmində isə passivləşmək qaçılmaz ölüm deməkdir. Digər tərəfdən Nokia-nın axrına Symbian çıxdı, 2003-cü ildən bəri demək olar ki, cüzi şəkildə dəyişilən bu platformadan Nokia hələ də istifadə etməkdədir. Axı nə qədər olar?! Digər ümüd etdiyi platforma MeGoo — anadan olmamış iflasa uğrayıb — MeGoo platformalı N900 telefonlarının satışı barmaqla sayılasıdır…
Bizim millətin bəyənmədiyi LG-də Nokia-nın yiyəsiz qalmış müştəriləri uğrunda mübarizəyə qoşulanlardandır — bu günlərdə LG dünyada ilk dəfə Android platforması üzərində işləyən iki nüvəli prosessorlu smartfonu təqdim etdi. LG Optimus 2X özündə çox saylı texnoloji yenilikləri cəmləşdirdiyi kimi gözəl görünüşə də malikdir.
Hə. Qayıdaq Nokia-yaya. Ola bilsin bizim xalqın konservatorluğu Nokia-nın Azərbaycanda satışlarını bir neçə müddət yüksək səviyyədə qalmasına imkan verəcək. Bəlkədə. Amma fakt fakt olaraq qalır. Bir vaxtlar keyfiyyət və prestij markası olan Nokia artıq keyfiyyətsiz və geridə qalmış telefonlar istehsal edən şirkət kimi qəbul edilir. Kütlə isə belə şeyləri sevmir… Kütlə daha baha və adlı-sanlı markalara can atır. Deməli Azərbaycanda da Nokia-nın ömrünə çox qalmayıb.
Mövzuya dair forumda müzakirələr ↓
Genanın qara PRı və Nokiananın qəzəbi -) (N8 vs E7)
Rubrika: Düşmənlər
Rubrika: Sözsüz
Rubrika: Tarixi sual