Pərvin Şükürzadənin bloqu
Pərvin Şükürzadənin bloqu

Universitetlərdə "semestrbaşına" start verildi…

Bu gündən etibarən universitetlərdə “semestrbaşına” start verilib. Korrupsiya ilə mübarizədən daha da qəzəblənən vicdansız müəllimciklər əgər əvvəllər bir fən üçün 50-60 AZN alırdılarsa, indi stavkanı qaldırıb ediblər 100 AZN (!). Analoqu olmayan inflyasiya deyəsən bunlara yaman təsir edib. Özü də azğınlaşmış və müəllim sözünə ləkəciklər oxuyanı oxumayandan da ayırd etmirlər — hər kəsdən eyni məbləğ tələb olunur — fənni bildin və ya bilmədin, xeyri yoxdur.

İTV-ni də nə vaxt açıram, təhsil və orada olan problemlərlə bağlı mənasız şablon diskusiyalar aparılır. Hər kəs problemə dırnaqarası yanaşaraq monoloq oxuyur, hələ bir fərəh dolu baxışlarla ekrana da baxmağı unutmurlar, sanki nəsə böyük bir cəsurluq etdilər. Problem isə dərindir, dərinləşir. Universitetlərdə (məktəblər haqda susuram) demək olar ki, bütün müəllim heyyətinin əli rüşvətə bulaşıb, onların da yarıdan çoxu hətta mənəviyyatını itirib, həyatın mənasını yalnız tələbədən alınan haram rüşvətdə görürlər.
Ex… Təhsil sistemini köklü şəkildə dəyişmək lazımdır ki, cavan kadrlar da gəlib hal-hazırki çirkabın bir üzvünə çevrilməsinlər.
Nəsə. Allah köməyimiz olsun.
Mövzuya dair forumda müzakirələr ↓
Universitetlərdə rüşvət pik həddinə çatdı!

Aston Martin. Şirkət konrekt havalanıb

Avtomobil xəbərlərini izləyən bir insan kimi, bu günlərdə məşhur luks brendi Aston Martin-in Toyota-nın iQ modeli üzərində qurduğu avtomobilin qiyməti çox maraqlı idi. Xatırladım ki, Toyota iQ 9 min ABŞ dollarına satılır. Aston Martin isə yeni anons etdiyi Cygnet adlı balacanın qiymətinin nə az nə çox, düz 31 min (!) funt sterlinqdən başlamasını elan etdi, bu da hardasa edir 42 min dollar. Təsəvvür edirsiz, 1.3 motorlu avtomobilcığaza bu qədər pul…

Aston Martin amma ruhdan düşmür, deyir axı mənim balacımın unikal stabilizasiya sistemi (hansı ki, Toyota da var), parlaq disklər, açarsız qoşulma sistemi, elektrik şüşə-qaldıranlar (hə, bax bu texnili inqilabdı :lol:), dəri oturacaqlar, klimat-kontrol, GPS naviqasiya sistemi var. Nə qədər qəribə olsa da, 42 min dollar Mercedess C-Class-in qiymətidir. 42 min dollara 2 D Class təmsilçisi — Hyundai Sonata almaq olar, 42 min dollara bir Audi A4 + Kia Rio almaq olar, 42min dollara — ən azında bizim rəşadətli “barmaq sındıran” polislərimizin gəzdiyi BMW 3-cü seriyadan almaq olar. Amma 42 min dolları faktiki Toyotanın 9 minlik modelinin restaylinqinə vermək səfehlik deyilmi?!


Kimsə indi deyəcək ki, problemlər içində üzürük, sən gör nə haqda yazırsan… Hərdən biraz pozitivlik də lazımdır. 😉
Mövzuya dair forumda müzakirələr ↓
Avto Xəbərlər / Авто Новости

iPhone4-də antena və ya süni yaradımış qara PR

Apple`in artıq canlı əfsanəyə çevrilmiş sub-brendi iPhone4 çıxar-çıxmaz qara PR-la üzləşdi. Deyilənə görə yeni telefonlarda antenanın şəbəkəni yaxşı görmə problemi var. Amma məncə bu Apple tərəfində yaxşı düşünülmüş gedişdir. Niyə?! Gəlin birlikdə niyələri sadalayaq.

  1. Əgər həqiqətəndə bu tip problem olsaydı, Stiv Cobs konfrans çağırmazdı (adətən bunu yeni texnoloji nailiyyətləri təqdim edəndə edir), sadəcə rəsmi saytda bu problemin mövcudluğu barədə yazılardı və onun həll edilmə yolları göstərilərdi. Konfrans çağırmaqla Apple guya təstiq etdi ki, onlar müştərilərə necə dəyər verir, hər bir mobil telefonda mövcud olan problemə belə həmən reaksiya verirlər.
  2. iPhone4 üçün antena problemi satışa təsir edəcək problem deyil — irəliyə gedən 100 minlərlə sifarişlər var.

Bəs nəticədə Apple nə əldə etdi? Nəticədə Apple guya super “customer-care” mövcudluğunu göstərdi və növbəti dəfə rəqiblərini qaralamaq üçün şans əldə etdi. Necə Stiv hər yeni Apple laptoplarının təqdimatında Sony Vaio`nu alçaldır, bu dəfə Apple əlinin altına Samsung, Blackberry, HTC və Nokia düşdü.
Aşağıdakı videolara tamaşa edin:
Apple iPhone4

Samsug Omnia II

Nokia N97

HTC Droid Eris

Blackberry Bold 9700

Onuda qeyd edim ki, sırağagün iPhone4-ü şəxsən test etmişəm.  Azərbaycan mobil şəbəkəsində (Azercell şəbəkəsində test edilib) antena ilə heç bir problem yoxdur.
Problem — microsimcard söhbətindədi, onuda məcbur olub adi simkartı qayçı ilə kəsib doğramaq lazımdı (ölkəmizdə heç bir operator hələlik microsimcard`ların dəstəkləmir), birdə qiyməti — 1600 manat (hardasa 1920 USD).
Mövzuya dair forumda müzakirələr ↓
iPhone4-də antena və ya süni yaradımış qara PR

Mövzular

Resenziyalarım

Siyasi mülahizələrim

Gündəm

Səyahət qeydlərim

Olaylar

Marketing, PR

Sorğular

Elm

Rubrika: Düşmənlər

Rubrika: Sözsüz

Rubrika: Tarixi sual

Telekanalizasiya

İnternet

Azərbaycan İnterneti

Testlərim

Texnoloji aləm

Mobil dünya

Avto-dünya

Təqvim üzrə keçid

Bloq üzrə axtarış

Layihələr

STUDIO.AZ

EURONET

FOX.AZ

Islamic Network

İzləmə sistemləri

RSS və ya Atom