Pərvin Şükürzadənin bloqu
Pərvin Şükürzadənin bloqu

QŞQZ və ya Qəbələ-Şəki-Qax-Zaqatala qeydləri (2-ci hissə)

Qəbələyə çatar-çatmaz hava tam döndü. Avqust ayı olmasına baxmayaraq, hava birdən ifrat soyudu — 10 dərəcə maksimum isti olardı. Bir tərəfdən də yağış yağmağa başladı + duman. Bir sözlə yayın cırcıramasından dərhal qışa düşdük. Qəbələyə gedib Qəbələnd-ə dəyməmək isə günah olardı. Biz də ənənəyə sadiq qalıb, havanın şıltaqlığını boşa verib, yollandıq müasir attraksionlara sarı.
Qəbələndin adı qabağlar Qafqaz İstirahət Mərkəzi idi (ya da buna oxşar bir şey), rəmzi də əvvəl dağlar idi, indi isə Kinder sürprizdən çıxmış Dinozavr.

Dino qabağdan və daldan. =)

Qəbələnd-də (elə Qəbələ rayonunun özündə də) ideal təmizlik hökm sürür.




Fikirli meymun (arxadan)

Vətənpərvər karusel

Qəbələ təkcə Qəbələndin vətəni deyil, Qəbələ həmçinin qədim Qafqaz Albaniyasının paytaxtı olub, odur ki o qədim şəhərin axtarışına çıxdıq. Sən demə o qədim şəhərin xarabalıqları bizim dövrə kimi kifayyət qədər salamat şəkildə qorunub (təbiət sağolsun) saxlanılıb və Çuxur Qəbələ adı altında mövcudiyyətini davam etdirir. Beləliklə, yola düşdük Çuxur Qəbələyə. Bakıdakı digər çuxur — Qaraçuxurdan fərqli olaraq, Çuxur Qəbələyə ideal asfaltlanmış yol aparır. Çatdıq. Qədim şəhər hər tərəfdən sıldırım qayalarla əhatə olunan 12 hektarlıq təpənin üstündə yerləşdiyindən ora maşınla qalxmaq alınmadı, yer həddən artıq sürüşkən idi. Bir qid tutub, piyada qalxdıq təpəyə.

Təsadüf elə gətirdi ki, gəlib arxeoloji qazıntıların düz üstünə çıxdıq. Sən demə, hər 1-2 ildən bir burada kiçik arxeoloji qazıntılar aparılır. Səbəbini soruşdum — dedilər ki, bəs bu qazıntılar əslində elm üçün deyil, turist axını üçün aparılır. Biraz qazılır — turistlər gəlib baxırlar, sonra qışda qazıntıları su yuyub aparır, gələn yay mövsümündə isə yeni bir yeri qazırlar. Azərbaycan sayağı analoqu olmayan arxeoloji qazıntılar buna deyərlər. =)





Qədim şəhərin qədim qala divarları

Qala divarlarında gizli keçid. Deyilənə görə düşmən şəhəri məhz bu keçidlərin köməyi ilə ram edə bilib.


Ümumilikdə — Qəbələ istirahət üçün gözəl yerdir. Amma mən burada 2 gündən çox qala bilmirəm. Darıxıram. O səbəbdən də yolumuza davam edirik. Növbə Şəkinindir. 😉
Ortastatistik Qəbələ küçəsi

Mövzuya dair forumda müzakirələr ↓
QŞQZ və ya Qəbələ-Şəki-Qax-Zaqatala qeydlərim

QŞQZ və ya Qəbələ-Şəki-Qax-Zaqatala qeydləri (1-ci hissə)

Qeydlərimə başlamazdan öncə kiçik bir olay haqda danışmaq istərdim. Deməli Qəbələ-Şəki yolunda, Oğuz rayonu ərazisində bir paradoksal dairə var. Dairə əsas yoldan demək olar ki, 20-30 metrə aralıda yerləşir. Funksionallığı — tam mənasızlıq, sürücülərə mane olmaq. Təsəvvür edin, sürətlə hərəkət edən avtomobillər qəflətən peyda olan kənardakı dairənin başına “kruq” vurub yollarını davam etməlidirlər. Özü də dairənin yaxınlaşdığını xəbərdar edən işarə də elə vurulub ki, trasda sürətlə hərəkət edən sürücü ona fikir vermir, daha doğrusu fikir verməyə macal tapmır. Yolun o biri tərəfində isə dairəyə “girməyən” sürücünü rəşadətli YPX əməkdaşı gözləyir.
Hava yağmurlu, dumanlı idi. Mən də bu yola bələd olmayan bütün sürücülər kimi dairəni buraxıb yolumu davam etdirmişdim ki, YPX əməkdaşı əl etdi. Saxladım. Sözüm yox, absurd olsa da, qayda pozmuşam, cərimələdi və dedi — 3 gün ərzində cəriməni ödəsən ümumi məbləğə 10% endirim ediləcək. Mən də eləmə tənbəllik elə həmən gün üz tutdum Şəki rayon Kapital Bank filialına. Şirin dilli bir xala dedi, bəs “cərimə hələ kompüterə vurulmayıb”.
Olayın üstündən 3 gün keçdi. Bütün olduğum rayonlarda bank filiallarına baş çəkdim ki, cəriməmi ödəyim — standart cavab aldım — cərimə sistemə oturmayıb. Nəsə. Olaydan artıq 10 gün keçib. Bu gün yadıma düşdü ki, cəriməm var, gedim ödəyim. Üz tutdum sevimli Bank Standarda və yenidən artıq adət etdiyim cavabı aldım. Soruşanda ki, adətən cərimə nə vaxta kimi “oturur” — dedilər 1 ay, ay-yarım. Beləcə 10% endirimim əldən getdi. =)

Bu da həmin mənasız “kruq”.
Şəkillərə böyük həcmdə baxmaq üçün mouse-lə üstündə tıklayın.


Göy guruldadı, çaylar daşdı — beləcə növbəti turne başladı. Davamı növbəti yazıda.
Mövzuya dair forumda müzakirələr ↓
QŞQZ və ya Qəbələ-Şəki-Qax-Zaqatala qeydlərim

Azərbaycanın Qəbələ nağılı!

Qəbələnin kimin patronajı altında olduğunu hər kəs bilir, bunu nə etiraf etməyə, nədə ki, isbat etməyə ehtiyyac yoxdur. Söbət elə bunda da deyil, söhbət Qəbələnin gün-gündən inkişaf etməsindədir…
Digər məmur-oliqarxlar “bezrazmer” pul kisələrini doldurub, villalar sərgiləməkdə olduğu halda hörmətli “Fövqaladə Nazir” yeni əsər yaradır — Qəbələ.
Təcrübəmə əsaslanaraq “Fövqaladə Nazirin” fanatı olmasamda (gömrükdə yaşanan problemlərlə bağlı — sırf onun adı ilə bağlayırdılar), haqqı deməkdə israrlıyam — Qəbələnin ildən-ilə necədə möhtəşəmləşdiyinin şəxsən şahidi oluram. Bu ildə belədir. Keçən ilə nisbətdə çox böyük irəlləyişlər var, şəhər çox gözəlləşib, abadlaşıb və ən əsası — böyük turist axını hesabına yerli qara camaatın yaşayışı, güzaranı çox yaxşılaşıb (eşe bı yaxşılaşmasın — evlərininin bir otağını bir gecəlik 50-120 manata kirayə verirlər). Əlbət, digər bölgələrdə də rayon “sahibləri” iş aparıb, qurub-tikirlər… amma heç bir yerdə Qəbələdə olduğu kimi xırda detallara belə diqqət, total yenidən qurma, təmizlik, kontrol və məsuliyyət yoxdur. 3-4 il ərzində Qəbələ kiçik və baxımsız provinsial rayon mərkəzindən gözəl bir şəhərə çevrilib. Bu 3-4 il ərzində şəhər demək olar ki, tam yenidən qurulub.
Qəbələ
Adicə Qəbələnin küçələri ilə gəzərkən təmizlikdən zövq alırsan —  çox gözəl və zövqlə tərtib olunmuş bağlar, fontanlar, ümumi abu-hava… Hər addım başı müasir zibil qutuları (day Bakıdakı kimi biədəb yekə “CASCO” dəmir qutular kimi yox), yolların kənarındakı yağış axını üçün xüsusi kiçik su kanallarını (su bərəcələri) hələ demirəm. Qəbələdə hətta hasarlar belə (parkların taxtadan hazırlanan hasarcıqları ümumiyyətlə superdi) özünəməxsus və gözəldir. Dediyim kimi, bu şəhərdə xırdalıqlara belə fikir verilir.
Və ən əsası — hər kəs bilir ki, şəhərin yiyəsi var, day bəzi rayonlarda olduğu kimi “bespridel” deyil, kontrol var. Bu kontrol hər yerdə hiss olunur.  Misal —  yeni açılmış və Qafqazda “analoqu olmayan” (Bütün hüquqlar AZTV-yə məxsusdur) Lunapark-da el arasında “Metkarting maşınları” kimi tanınan kartinq-dən istifadə edərkən kaska taxmaq istəmədikdə, işçi qeyd etdi ki, bəs xahiş edirəm tax, Nazir buradadı — görüb bizə irad bildirər. Bir sözlə, adi parkda belə Bakıda adət etdiyimiz sosial-xidmət işçilərinin biganəliyinə (daha çox pofiqizm deyərdim) yer yoxdur. Hər kəs öz yerini bilib, işinə məhsuliyyətlə yanaşır.
Yeni istifadəyə verilmiş otellərdən isə aylarla yazmaq olar, amma çox yazmaqla mənim aram yoxdu. =) İnşallah, özünüz olub, dəyər verərsiniz.
PS. Sizlərə sırf “Lunapark”dan kiçik görüntülər təqdim edirəm.
Qəbələ
 
Qəbələ

Qəbələ

Qəbələ

Mövzuya dair forumda müzakirələr ↓
Azərbaycanın Qəbələ nağılı!

Mövzular

Resenziyalarım

Siyasi mülahizələrim

Gündəm

Səyahət qeydlərim

Olaylar

Marketing, PR

Sorğular

Elm

Rubrika: Düşmənlər

Rubrika: Sözsüz

Rubrika: Tarixi sual

Telekanalizasiya

İnternet

Azərbaycan İnterneti

Testlərim

Texnoloji aləm

Mobil dünya

Avto-dünya

Təqvim üzrə keçid

Bloq üzrə axtarış

Layihələr

STUDIO.AZ

EURONET

FOX.AZ

Islamic Network

İzləmə sistemləri

RSS və ya Atom