Pərvin Şükürzadənin bloqu
Pərvin Şükürzadənin bloqu

Anna Çapman və ya Rusiya siyasətinin iflası. Fikirlərim

Heç kimə sirr deyil ki, imperiya eşqi ilə yaşayan Rusiyanın hal-hazırki siyasi durumu heç də ürək açan deyil. Rus siyasəti demək olar ki, bütün sferalarda uduzmaqdadır. Hətta iş o yerə çatıb ki, yeganə ümüd yerləri olan silahları da əllərindən çıxır — onları da çinlilər nüsxələməyə başlayıblar. Belə ki, bu yaxınlarda məlum olub ki, 5-ci nəsil qırıcıları ruslar özləri testdən keçirməyə macal tapmamış, onun prototipini artıq çinlilər oğurlayıb, hazırlayıblar. Hətta bir neçə aya istehsala da verəcəklər. Əhsən.
Allah Putinin canın sağ eləsin, deyəsən Rusiyanı yıxa bilsə, elə o yıxacaq. Məhz onun “gözəl” siyasəti nəticəsində ölkə kriminal avtoritetlərin dayanacağına, nasizm, şovinizm, hətta faşizm belə adi kütlənin gündəlik həyatının ayrılmaz tərkib hissəsinə çevrilib. Bütün post-sovet ölkələrinin bəlaları — özbaşnalıq, anarxiya, oliqarxlar, korrupsiya isə dövlət səviyyəsində dəstəklənir, çiçəklənir. Artıq Putinin gözə girmək üçün “qəhramanlıq” tryukları da kömək olmur — xalq mənasız ov görüntülərindən, əvvəlcədən səhnələşdirilmiş “xalqla görüşlərdən” cana gəlib. İndi Putin hakimiyyəti xalq üçün yeni əyləncə tapıb — əcnəbi ölkələrdə yaşayan rus fahişərini casus kimi qələmə verib, jurnallarda soyundurub, təbliğ edirlər. Məsələn, artıq Rusiyanın yeni seks simvoluna çevrilmiş “casus” Anna Çapmanı qeyd etmək istəyirəm. KİV reallıq kimi qələmə vermək istədikləri əfsanəyə görə bu insan həyatı boyu onun bunun postelinə girib Rusiya üçün informasiya yığırmış. Xüsusi orqanların fahişələrin xidmətindən istifadə etməsi (onlardan informasiya yığımında istifadə nəzərdə tutulur) yeni xəbər deyil. Amma ifşa edilən fahişənin milli qəhraman kimi qarşılanması, onun şöhrət ordeni ilə təltif edilməsi yalnız siyasi ideologiyanın tükənməsindən xəbər verir.

Yəqin növbəti Rusiya qəhramanı “Mama Rozalar” olacaq. 😆
Mövzuya dair forumda müzakirələr ↓
Anna Çapman və ya Rusiya siyasətinin iflası

Britaniya alimləri siyasi gələcəkdən xəbər verdilər…

Londonda yerləşən “Legatum” Siyasi Araşdırmalar Mərkəzi məşhur baxıcı Zirəddini kölgədə qoyub, növbəti 100 il üçün dünyanın yenilənmiş siyasi xəritəsini tərtib etdi.
Qərbin Siyasi “baxıcılar” Mərkəzindən əminliklə bildirirlər ki, gələcəkdə ölkələr arasında konfederasiyalar, ittifaqlar, birliklər tayfa prinsipi ilə qurulacaq. Maraqlısı isə odur ki, isti yerdə oturmuş Londonlular bizi yeni yaradılacaq bir konfederasiyanın tərkib hissəsi kimi görürlər. Bu konfederasiyanın adı da çox maraqlıdı — Vəhşi Şərq. Özü də bura Azərbaycanla yanaşı — Əfqanıstan, Pakistan, Qırğızıstan, Qazaxıstan və Tacikistan daxil olacaq. Gör biz nə gündəyik ki, artıq qərbdə bizi Tacikistan kimi ac-yalavac, Əfqanıstan kimi “anarxist” ölkələrin sırasında görürlər.

Niyə “Vəhşi Şərq”? Açıqlaması — bu dövlətlər supergüclər üçün müharibə poliqonu rolunu oynayacaq. Guya ki, indi oynamırıq.
Nəzərə alsaq ki, qərb siyasətini ilkin olaraq Siyasi Araşdırmalar Mərkəzləri öyrənib, təyin edirlər və Azərbaycan kimi kiçik dövlətlərin böyük siyasi oyunlarda etiraz etmə, hətta səsini çıxartmaq belə hüququ yoxdur, onda bizi heç də yaxşı olmayan bir gələcək gözləyir.
Digər maraqlı proqnozları Türkiyəyə aiddir. Türkiyə Özbəkistan və Türkmənistanla birləşib Osmanlı İmperiyasın yaratmağa çalışacaq. Nəticənin necə olacağı haqda Londonlu “baxıcılar” nədənsə deməyə çəkinirlər.
ABŞ və Kanada da konfederasiya yaradacaq. Adı da belə olacaq — Şimali Amerika İttifaqı. Maraqlıdır. Ola bilər.
Londondan “zeytun yetişdirən ölkələr” kimi görünən İspaniya, Portuqaliya və Yunanıstan da özləri üçün bir ittifaq yaradacaqlar. Çox maraqlı iddiadı. Çox güman ki, birliyin əsas məqsədi birlikdə zeytun yetişdirmək olacaq.  =)
Siyasi “baxıcıların” iddiasına görə London, Paris, Tel-Əviv və Roma kimi böyük şəhərlər müstəqil şəhər-dövlət olacaqlar. Parissiz qalan Fransa isə Hindistan və İsveçrə kimi heç bir ittifaqa daxil olmayacaq.
Digər maraqlı məqam bədnam qonşularımıza aiddi — Rusiya Federasiyası Moldova, Ermənistan və Belarusu udub Rusiya İmperiyasına çevriləcək. Ən realist proqnoz məhz budur.
Bütün bu proqnozları anladıq, amma şəxsən mənə maraqlıdır, görəsən Londonlu “alimlər” boş vaxtlarında siqaret əvəzinə nə çəkirlər?! Əgər Siyasi Araşdırmalar Mərkəzi belə boşboğaz proqnozlar verirsə, onda qərb siyasətindən xeyirli bir şey gözləmək sadəlövhlükdür…
Mövzuya dair forumda müzakirələr ↓
Britaniya alimləri siyasi gələcəkdən xəbər verdilər…

Данный пост удален в соответсвии жалобой.

 
Данный пост удален в соответсвии с жалобой РОСКОМНАДЗОРА.

Mövzular

Resenziyalarım

Siyasi mülahizələrim

Gündəm

Səyahət qeydlərim

Olaylar

Marketing, PR

Sorğular

Elm

Rubrika: Düşmənlər

Rubrika: Sözsüz

Rubrika: Tarixi sual

Telekanalizasiya

İnternet

Azərbaycan İnterneti

Testlərim

Texnoloji aləm

Mobil dünya

Avto-dünya

Təqvim üzrə keçid

Bloq üzrə axtarış

Layihələr

STUDIO.AZ

EURONET

FOX.AZ

Islamic Network

İzləmə sistemləri

RSS və ya Atom