Misirdə möhtəşəm xalq inqilabının, Mübarəkin insanlığa yaraşmayan qəddarlığının və şərəfsizliyinin görüntüləri fonunda ümumiyyətlə son 3-4 ay ərzində baş verən olaylara fikrimi bildirmək istəyirəm. Axı nə oldu ki, dünya birdən-birə qarışdı?! 30-40 il qəddarlıq və özbaşnalığa dözmüş xalq necə oldu ki, birdən-birə küçələrə çıxdı?! Bəli, sosial ayrıseçkilik, rüşvətxorluq və diktaturanın hökm sürməsindən xalq artıq cana doymuşdu — bununla tam razıyam. Amma xalqın, kütlənin küçələrə axışması və özünü düşünülmüş şəkildə aparıb, ağıllı kütlə kimi göstərməsi (məsələn, dünən Misir inqilabçıları küçələri təmizləyirdilər ki, özlərini idarə olunan kütlə kimi göstərsinlər — bu isə amerika sayağı klassik bir PR addımdır) onu deməyə əsas verir ki, kütləni idarə edənlər heç də Misirdə yerləşmirlər.
4-5 ay bundan öncə Wikileaks-ı ortaya atan ABŞ administrasiyası əslində yeni dəyişikliklər barədə hər kəsə işarə verdi, bunun haqda yazmışdım. Daha sonra Sudanı 2 yerə böldülər (buna hələ qayıdacam). Sonra Tunis, indi isə Misir. Tunis hadisələrində də bir başa qərbin əli var idi, onlar bir tərəfdən xalqı, digər tərəfdən isə Ben Alini dəstəkləyirdilər, hətta Fransız nazir ölkədə ixtişaşların baş verdiyi vaxt ona tərif yağdırmaqdan belə çəkinmirdi. Buna deyirlər — tutar qatıq, tutmaz ayran. Hər iki tərəfə dəstək verib, hansısa güzəştlər əldə etmək — biri qalib olduqda ondan bu güzəştləri tələb etmək. Qərb siyasəti çox mürəkkəbdir. Eyni olayları indi biz Misirdə də müşahidə edirik — Mübərək yüzlərlə cavanı qanına qəltan edib, hər zaman digər dövlətin işlərinə qarışmamaq prinsipini əlində bayraq edən Obama isə işə qarışaraq ikili söhbət aparır — həm Hüsnünü dəstəkləyir, həm də islahatlar (oxu ABŞ üçün güzəştlər) istəyir. Çox güman ki, inadkar eşşəyi xatırladan Mübarək tezliklə rədd olacaq, amma bu olayların heç də sonu deyil. Tezliklə bu tip ixtişaşlar digər dövlətlərə və regionlara keçəcək. Fikrimcə ABŞ administrasiyasının bu hər tərəfli düşünülmüş qlobal planı hələlik ərəb dövlətlərini əhatə edəcək. Sudan, Tunis, Misir. Növbədə Livan və ya İordaniya ola bilər.
Söz verdiyim kimi Sudan məsələsinə qayıdıram. Bu ən böyük (Afrikadakı ərazisinə görə) ərəb dövlətini qərb süni şəkildə dağıtdı. Bir kadr post edirəm — baxın, görün insanları bir-birlərinə lənət olmuş qərb missionerləri necə düşmən edirlər.
PS. Nursultan hələ indi 20-ci ilə kimi özünü prezident kimi təstiqlətdirir. Bədbəxt insan. :s:
PS2. Bu gün həmvətənimiz Mübarəkin gülləsinə tuş gəlib. Allah rəhmət eləsin! Mövzuya dair forumda müzakirələr ↓ 2011 – İnqilablar ili?!