Pərvin Şükürzadənin bloqu
Pərvin Şükürzadənin bloqu

Britaniya alimləri siyasi gələcəkdən xəbər verdilər…

Londonda yerləşən “Legatum” Siyasi Araşdırmalar Mərkəzi məşhur baxıcı Zirəddini kölgədə qoyub, növbəti 100 il üçün dünyanın yenilənmiş siyasi xəritəsini tərtib etdi.
Qərbin Siyasi “baxıcılar” Mərkəzindən əminliklə bildirirlər ki, gələcəkdə ölkələr arasında konfederasiyalar, ittifaqlar, birliklər tayfa prinsipi ilə qurulacaq. Maraqlısı isə odur ki, isti yerdə oturmuş Londonlular bizi yeni yaradılacaq bir konfederasiyanın tərkib hissəsi kimi görürlər. Bu konfederasiyanın adı da çox maraqlıdı — Vəhşi Şərq. Özü də bura Azərbaycanla yanaşı — Əfqanıstan, Pakistan, Qırğızıstan, Qazaxıstan və Tacikistan daxil olacaq. Gör biz nə gündəyik ki, artıq qərbdə bizi Tacikistan kimi ac-yalavac, Əfqanıstan kimi “anarxist” ölkələrin sırasında görürlər.

Niyə “Vəhşi Şərq”? Açıqlaması — bu dövlətlər supergüclər üçün müharibə poliqonu rolunu oynayacaq. Guya ki, indi oynamırıq.
Nəzərə alsaq ki, qərb siyasətini ilkin olaraq Siyasi Araşdırmalar Mərkəzləri öyrənib, təyin edirlər və Azərbaycan kimi kiçik dövlətlərin böyük siyasi oyunlarda etiraz etmə, hətta səsini çıxartmaq belə hüququ yoxdur, onda bizi heç də yaxşı olmayan bir gələcək gözləyir.
Digər maraqlı proqnozları Türkiyəyə aiddir. Türkiyə Özbəkistan və Türkmənistanla birləşib Osmanlı İmperiyasın yaratmağa çalışacaq. Nəticənin necə olacağı haqda Londonlu “baxıcılar” nədənsə deməyə çəkinirlər.
ABŞ və Kanada da konfederasiya yaradacaq. Adı da belə olacaq — Şimali Amerika İttifaqı. Maraqlıdır. Ola bilər.
Londondan “zeytun yetişdirən ölkələr” kimi görünən İspaniya, Portuqaliya və Yunanıstan da özləri üçün bir ittifaq yaradacaqlar. Çox maraqlı iddiadı. Çox güman ki, birliyin əsas məqsədi birlikdə zeytun yetişdirmək olacaq.  =)
Siyasi “baxıcıların” iddiasına görə London, Paris, Tel-Əviv və Roma kimi böyük şəhərlər müstəqil şəhər-dövlət olacaqlar. Parissiz qalan Fransa isə Hindistan və İsveçrə kimi heç bir ittifaqa daxil olmayacaq.
Digər maraqlı məqam bədnam qonşularımıza aiddi — Rusiya Federasiyası Moldova, Ermənistan və Belarusu udub Rusiya İmperiyasına çevriləcək. Ən realist proqnoz məhz budur.
Bütün bu proqnozları anladıq, amma şəxsən mənə maraqlıdır, görəsən Londonlu “alimlər” boş vaxtlarında siqaret əvəzinə nə çəkirlər?! Əgər Siyasi Araşdırmalar Mərkəzi belə boşboğaz proqnozlar verirsə, onda qərb siyasətindən xeyirli bir şey gözləmək sadəlövhlükdür…
Mövzuya dair forumda müzakirələr ↓
Britaniya alimləri siyasi gələcəkdən xəbər verdilər…

Gələcəyin əsgəri — Raytheon Sarcos XOS 2

3-cü ölkələr köhnədən qalma silah-sürsatın davasını etdiyi bir vaxtda dünyanın yeganə super-dövlətinə çevrilən ABŞ fantastik filmlərdə gördüyümüz silahları gerçəyə çevirir.
Bu günlərdə ABŞ-ın silah sənayesində düz 88 ildir ki, özünü sınayan Raytheon şirkəti illərdir üzərində işlədiyi Sarcos XOS 2 ekzoskelet modelini təqdim etdi. Skelet, özüdə də nə skelet. Başdan ayağa qidravlika ilə təchiz edilən bu skelet adi insanın görə bilməyəcəyi işlərin öhdəsindən asanlıqla gəlir. Skeleti geyindin — oldun Supermen. Yaradıcılar etiraf edirlər ki, bəs onların əsas “muzası” Iron Man filmindəki super kostyum olub.
Biz də — sadə insanlar, adətimiz üzrə texnoloji yenilikləri qəbul edib, sevinirik. Amma bu “skeletin” gələcək əsgərlərinin əsas atributu olacağını və o zaman müharibələrin daha da qəddarlaşacağını nəzərə alsaq, onda sevinməyə tələsməyək. Əsasən bu kiçik dövlətlərə aiddi. Axı bütün eksperimentlər bizim üstümüzdə keçirilir.
Deyirəm, bu tip yenilikləri görəndə, bir daha əmin oluram ki, Azərbaycan kimi kiçik dövlətlərin super-güclərin yaratdıqlarına həsədlə baxmaqdan başqa çarəsi yoxdu.

Son olaylar. Nələr baş verir?! Fikirlərim

Ölkədə və dünyada baş verən olaylarla bağlı fikirlərimlə bölüşürəm. Hara baxırsan — Usoyanı güllələdilər xəbəri. Erməni soyadlı, əslən kürd, amma Gürcüstanda doğulan Usoyanı güllələmə xəbəri bir yana, mənə maraqlı gələn onun dövlət səviyyəsində qorunmasıdır. Deyilənə görə FSB (Rusiyanın Federal Təhlükəsizlik Şurası) agentləri ilə mafiozi qaquliklər birləşib elə bir yerdəcə onu qoruyurlar. Yəqin Usoyan Rusiya siyasətinə də xidmət etməyi unutmur. Yəqin…
Amerikalı alimlər maraqlı kəşfə imza atıblar. Daha doğrusu qoca Enşteynin vaxtilə dediklərini təstiqləyiblər. Belə ki, onlar super müasir və dəqiq saatların vasitəsilə təyin ediblər ki, insan yerdən nə qədər uzaq düşərsə, o qədər tez qocalır. Məsələn 50-ci mərtəbədə yaşan insan 1-ci mərtəbədə yaşan insana nisbətdə daha tez qocalır. Bununla Enşteynin teoriyası təstiqlənir. Qoca hələ o vaxtlar öz teoriyasında deyirdi ki, yerin qravitasiyasından (cazibə qüvvəsindən) uzaqlaşdıqca, zaman daha tez keçir.
Deyilənə görə ABU-da vəziyyət hələdə gərgin olaraq qalır. Millətin sənədlərini vermirlər ki, gedib başqa Universitetlərdə təhsillərini davam etdirsinlər. Belə çıxır ki, ABU olub suveren bir ərazi, artıq orada Təhsil Nazirliyinin qərarları keçərli deyil…
Pamella da day soyunmağın daşını atdı. Rumıniyada olan məşhur Playboy “gözəlçəsi” (onda gözəllik varsa, onda əsl gözəllər nədi bəs?) bir də jurnallar üçün çılpaq şəkil çəkdirməyəcəyini bildirib. Səbib kimi isə digər uşaqların onun balalarına lağ etməsini göstərib. Deyirəm biqeyrətin qeyrətə gəlməsi qorxulu şeydi, Allah özü axrını xeyir eləsin.
Qız qalasını da bağladılar. Səbəb — qalanın millətin intihar yerinə çevrilməsidir. Yəqin ifrat romantizmdən əziyyət çəkənlər ora üz tuturlar. Şahidlərin sözlərinə görə özlərinə qəsd edənlərin sayı dəhşətli dərəcədə artıb. Özüdə qaladan yerə düşən insan qarpız kimi parça-parça olur.  Yeri gəlmişkən, özünə qəsd etmək İslamda yasaqlanır və ən böyük günahlardan hesab edilir.

Hava da bu arada yaman soyuyacaq. Təki qəlblərimiz isti olsun. İnşallah.

Данный пост удален в соответсвии жалобой.

 
Данный пост удален в соответсвии с жалобой РОСКОМНАДЗОРА.

Hitlerin də qenləri "yəhudi" çıxdı!

Bildi-bilmədi Hitlerə pərəstiş edənlərə bəd xəbərim var. Böyük Britaniyanın The Daily Mail xəbər dərgisinin apardığı DNK araşdırmanın nəticəsi böyük marağa səbəb olub. Məlum olub ki, dünyanın ən məşhür yəhudi “sevərin” özü yəhudi əsilli olub. =)
Araşdırma zamanı dünyanın hər yerinə səpələnmiş yaxın Hitlerin yaxın qohumlardan DNK (tüpürcək vasitəsilə) nümunələri götürülüb. DNK araşdırmanı məhəl qoymamağa çalışan Hitlerin 39 yaşlı əmi oğlusu (hal-hazırda Avstriya dağlarında fermerdi) sonda iştirakçılara qoşulub (yagin Azərbaycan sayağı hörmətdən sonra). Amma Amerikada yaşayan digər yaxın qohumu — Alexander Stewart Houston isə qəti şəkildə iştirakdan imtina edib. Lakin alimlər onun da DNK-larını əldə edə biliblər. Belə ki, işi araşdıran jurnalistlərdən biri Stüartı güdüb və onun nahar etdiyi restoranların birindən  istifadə etdiyi (və tüpürcək dolu) salfeti əldə edib — elə alimlərədə bu lazım idi.
Hitler
Nəticə isə qeyd etdiyim kimi çox maraqlı olub. Alimlər iddia edir ki, Hitlerin bütün qohumlarında DNK səviyyəsində E1b1b (Y-DNK) haploqrup aşkarlanıb, bu haploqrup isə alman və ümumiyyətlə qərbi avropanın yerli sakinləri üçün yad bir qrupdur. Sözü gedən haploqrup əsasən afrikalı bərbərlər (Livan, Tunis və Əlcəzairin yerli əhalisi) və əsasən Şərqi avropada məskunlaşan və dağ yəhudiləri qrupuna adi edilən — aşkenazi yəhudilərinə məxsusdur.
Deməli artıq qen səviyyəsində də təstiqləndi — Hitler yəhudi əsillidir.
Onuda qeyd edim ki, Hitlerin yahudi əsilli olması çoxdan tarixçilər tərəfindən iddia edilir. Belə ki, tarixçilərin iddiasına görə Hitlerin atası Maria Schicklgruber adlı alman qadının və 19 yaşlı Frankenberger soyadlı bir yəhudi gəncin gizli məhəbbətinin törəməsidir. Bundan əlavə hələ birinci dünya müharibəsi zamanı Fransa məxfi sənədlərində Hitler yəhudi adı olan “Yakob” (Yaqub) ləqəbilə qeyd edilir…
Deyirəm Hitler də yəhudi çıxdısa, onda bədnam Saakisyan  100% yolunu azmış Azərbaycan türküdü. Saaka, özünə, əsilinə qayıt! =)
Mövzuya dair forumda müzakirələr ↓
Hitlerin də qenləri «yəhudi» çıxdı!

Bizə kim lazımdı? İran yoxsa İsrail?! Düşüncələrim…

Son bir neçə ildə çox aktuallaşan bir mövzu var — İran və İsrail arasında olan konflikt. Bəs Azərbaycan bu konflikt olduğu halda kimin tərəfin saxlamalıdır?! Gəlin bütün emosiyalarımızı kənara qoyub hər şeyi bir-bir təhlil edək.
İran. Azərbaycanın yaxın və tarixi qonşusu. Din qardaşlarımız. Əslində bu konfliktdə biz alternativsiz İranın tərəfin saxlamalı idik… amma… Bu amma olmasa.
Amma isə ondan ibərtdir ki, İran bizi müstəqil olaraq görmür. İran hələdə Azərbaycanı özünün müvəqqəti ayrı düşmüş bir parçası hesab edir və buna dair mütamadi təpkilərlə çıxış edir.
İran daim Azərbaycan hava və su sərhədlərin pozur,  ölkəmizlə hədə-qorxu dilə ilə çıxış edir, konfliktdə olduğumuz ermənilərə dəstək olur… və digər İrana baş ucalığı gətirməyən insidentlər… Yadımdadı, mən tələbə olarkən İran Azərbaycanın su sərhədlərinə məhəl qoymadan hansısa yatağı ələ keçirməyə cəhd etmişdi, elə buna görədə türk Şahinləri (F-15 təyarələri ilə) Bakıda qol gücü göstərdilər, İran geri çəkildi. Hələ fars şovinizminin Cənubi Azərbaycanda türkçülüyi əzməsindən danışmıram.
Iran vs. Israel
İsrail. Dini və insani emosiyalardan çıxış etsək — İslamın nömrə bir düşməni, insan hüquqlarını boşuna verən bir dövlət. Daima İslamı alçaldıb, öz vəhşi siyasətlərin yeridən bir dövlət. Amma… Budada bir amma var. Dini kənara qoyub soyuqqanlı təhlilə keçsək görərik ki, İsrail birinci Qarabağ müharibəsində Azərbaycana çox böyük dəstək olub (qardaş Türkiyədəndə çox). Bu kömək istər silah-sürsatla, istərsə maliyyə vasitələri ilə edilib. Kütlənin inadla dəstəklədiyi müsəlmançılıqdan çıxış etsək isə — Fələstinin rəhmətlik başçısı Yasir Ərafatın “Qarabağ xalqının (ermənilər nəzərdə tutulur) Azərbaycanla mübarizəsi, haqq mübarizəsidir (fələstinlilərin İsraillə mübarizəsinin eynisidir)” deməsini yada salsaq, onda İsrail heçdə bizim düşmən deyil. Hərçənd heç İranın da ənənəvi İslam dövlətləri tərəfindən dəstəklənmədiyinin şahidiyik.
Bəs bütün bunları nəzərə alsaq, onda bizim dostumuz kimdi? Fikrimcə heç kim. Hər iki dövlət hansısa bir müddətdə Azərbaycana kömək edibsə, bunu öz siyasi maraqları səbəbindən edib.
Bəs münaqişə olsa? Bu münaqişənin 2 nəticəsi ola bilər:

  1. İran müharibədən qalib çıxıb, nüvə silahına sahib oldu. İlk öncə sırf Azərbaycançılıq faktorundan çıxış etsək — onda Cənubi Azərbaycanın yaxın perspektivdə azadlığına bir quş. Yagin ki, İran həmən öz qalan düşmənlərini hədələməyə başlayacaq. Hesab etsək ki, İran öz düşmənlərindən biri kimi də bizi görür (cənub bölgələrimizə İranın qanunsuz yayımladığı Səhər telekanalına baxmaq yetərki, buna əmin olasız), onda Azərbaycanın vəziyyəti ürəkaçan olmayacaq. Fikrimcə, İsraili məğlub edəndən sonra dahada təkəbbürləşən şovinist İran mütləq Azərbaycana hücum edəcək, hərçənd farslar buranı (Azərbaycanı) özlərinin qanuni torpaqları hesab edir, bu qaçılmazdır. Bütün bunları nəzərə alsaq, İranın bu müharibədə qalibiyyəti bizə heç sərf etmir.
  2. İsrail İranı darmadağın edib, qalib gəldi. Bu halda da bizi yaxşı perspektivlər gözləmir. Bəziləri deyəcək, niyə ki? İran dağılsa, Cənubi Azərbaycan müstəqil olacaq və ya bizimlə birləşəcək… Birincisi Sem dayı və kampaniya imkan verməz ki, regionda ikinci qüdrətli türk dövləti yaransın. Buna heç bir qərb dövləti (Rusiyadan tutmuş, karlik Andoraya kimi) razı olmaz. İkincisi, İranın dağılması Azərbaycanın lap göbəyində İraqdan da dəhşətli bir destabil ölkənin yaranması deməkdir. Üçüncüsü, İsrailin İranı məhv etməsi öz-özlüyündə böyük mənəvi qalibiyyat olacaq, onu dahada qəddarlaşdıracaq, İsrailin İslama, qardaş Türkiyəyə təpkiləri dahada sərtləşəcək. Dördüncüsü, bütün şərq (müsəlmanlar) qərbin de-fakto quluna çevriləcək… Bütün bunları da nəzərə alsaq, heç İsrailində qalibiyyəti bizə yaxın perspektivdə yaxşı heçnə vəd etmir.

Gördüyümüz kimi hər iki variant Azərbaycana sərf etmir. Ümumiyyətlə müharibə başladıqda regionda qatma-qarışıqlıq olacağı 100%-di. Bu isə onsuz müharibə şəraitində yaşayan Azərbaycan üçün istənilən halda sərf etmir.
Nə deyim, Allah köməyimiz olsun.
Mövzuya dair forumda müzakirələr ↓
Bizə kim lazımdı? İran yoxsa İsrail?! Düşüncələrim…

ANS "Sitatın sonu" layihəsinin çörəyinə bais olur?!

Lider telekanalı reytinq pozisiyasından geri çəkilməkdə davam edir. Demək olar ki, bütün göstəricilərə görə rəqiblərinə uduzan telekanalın tamaşaçıları artıq əllə sayılasıdır.  Elə bu səbəbdəndə, o artıq “rupor” rolunu oynamır.
Bir tərəfdəndə bu ANS… ANS-in Lider-də Etibar Hüseynovun apardığı “Sitatın sonu” verlişinin formatında yeni bir verlişi efirə buraxması şəxsən mənim üçün gözlənilən oldu. “Rupor” artıq Lider yox, ANS-dir.
Söhbət “Bədbaxt adam — Eynulla Fətullayev”-dən gedir.  Hörmətli Mirşahinin Etibar Hüseynovun ayaqqabılarını geyinib onun yerişini yeriməsi çox gülünc görünürdü.
Məqsəd Eynullanı qaralamaq olsada,  hörmətli Mirşahin açıq-aydın xalqın gözü qarşısında özünü alçaltdı. Axı nəyə görə? Məncə istənilən halda buna dəyməzdi.
Çünki elə filmdə adı çəkilən Anar müəllimində qeyd etdiyi kimi, jurnalist fəaliyyətinə görə onsuzda azadlıqdan məhrum olan bir kimsəni ayaqlamazlar. Qoy çıxsın azadlığa, onda bu meydan, buda şeytan.
Bəli, Eynullanın səhvləri var, özüdə böyük səhvləri… Amma bu verlişlə Mirşahin millətin təfəkkürünə, xüsusəndə gənclərə əks təsir etdi. İndi Eynulla onlar üçün azadlıq rəmzi, haqq sözüdü…
Yoxsa hörmətli Mirşahin Etibar Hüseynovun çörəyinə bais olmaq fikrindədi?!
Filmi izləməyənlər Youtube vasitəsilə izləyə bilərlər:


Mövzuya dair forumda müzakirələr ↓
ANS vs. Eynulla Fətullayev

28 yaşlı gürcüstanlı nazir striptiz-klubda!

Gürcüstan nə baş verdiyini hələdə anlamaq olmur. Ya esktraordinar prezidentləri qalstuk yeyir, ya Azərbaycana qardaşlıq andı verə-verə ermənilərə dostluq əli uzadır, ya “demokratiya” carçısı kimi çıxış edirlər. Bu dəfə Gürcüstan yenədə regionda “öndə” olduğunu sübut etdi. Belə ki, yerli Asaval-Dasavali (Yollar) qəzetində çıxan məqalə bütün ölkədə sensasiya doğurub.
Kabaliya
Prezident Mişanın favoritkası olan 28 yaşlı (!) İqtisadi İnkişaf naziri xanım Veronika Kobaliyanın striptiz klubların birində biədəb pozalarda olarkən çəkdirdiyi şəkillər əhalini şoka salıb. Özüdə bu xanım nazirin birinci belə “keyfi” deyil.
Xatırladım ki, 28 (!) yaşlı nazir xanım ümumiyyətlə nə ixtisasca, nədə ki təcrübə baxımından bu vəzifəyə uyğun deyil. Elə buna etiraz olaraq Gürcüstan Mərkəzi Bankının rəhbəri bildirib ki, 28 yaşlı bir qızcığazı strateji əhəmiyyətli dövlət stukturuna nazir (bütün maliyə qurumları, iqtisadiyyat rıçaqları + bank sektoru bu nazirliyin tabeliyindədi)  təyin etməyi yalnız Şaakaşvili edə bilər.
Görünür Mişa bu qızcığaza biganə deyil. =)
Mövzuya dair forumda müzakirələr ↓
28 yaşlı gürcüstanlı nazir striptiz-klubda!

Mövzular

Resenziyalarım

Siyasi mülahizələrim

Gündəm

Səyahət qeydlərim

Olaylar

Marketing, PR

Sorğular

Elm

Rubrika: Düşmənlər

Rubrika: Sözsüz

Rubrika: Tarixi sual

Telekanalizasiya

İnternet

Azərbaycan İnterneti

Testlərim

Texnoloji aləm

Mobil dünya

Avto-dünya

Təqvim üzrə keçid

Bloq üzrə axtarış

Layihələr

STUDIO.AZ

EURONET

FOX.AZ

Islamic Network

İzləmə sistemləri

RSS və ya Atom