Artıq uzaq görünən 2007-2008-ci ildə ilişib qalan Nokia, özü kimi populyarlığını günbəgün itirən Röyaya əcaib sözləri (HDMI, USB, Carl Zeiss və sair) deməyə məcbur etdirdiyi bir vaxtda, Nokia-nın rəqibləri daha əməli işlərlə məşğuldur. Nokia vaxtı ilə Motorola və Ericsson-un keçdiyi uğursuz yolu təkrarların. Ericsson demişkən, son 2 ildə SONY şirkəti də əməlli başlı rəqabətdən geri çəkilib, öz pozisiyaların rəqiblərinə verməkdədir.
Sony-nin subbrendi Sony Ericsson bazarı itirməkdə davam edir. Onsuzda böyük olmayan satışları 1/5 azalıb. Nokia SE-na baxıb təsəlli tapa bilər, amma digər rəqiblərinə — əsla yox. Son illər Samsung, Apple, RIM (Blackberry), LG və HTC yeni texnologiyaların uğurlu tətbiqi ilə məşğuldular. İndi aktiv oyunçular Nokia-nın tədricən çəkildiyi bazarı mənimsəyib, satışlarını artırırlar — götürək HTC-ni. HTC 2010-cu ildə ümumi smartfon satışını 2 dəfə artırıb. 2011-ci ildə isə bu rəqəmi 300% (!) çatdırmağı planlaşdırır. Kimin hesabına? Əlbətdə ki, Nokia-nın hesabına. Hələ gəlirlərinə görə Nokia-nı dəfələrlə üstələyən Apple, Samsung-u, RIM-i demirəm. Nokia smartfon bazarını demək olar ki, tamamilə əldən buraxıb. Niyə? Səbəbini inkişaf etmək istəyinin olmamasında görürəm — Nokia hesab edirdi ki, ən yeni texnologiyaları o özü təyin etdiyi vaxtda kütləyə buraxacaq, hər şeyi kontrol edəcək və lider qalacaq — beləcə o tədricən passivləşdi. Texnologiya aləmində isə passivləşmək qaçılmaz ölüm deməkdir. Digər tərəfdən Nokia-nın axrına Symbian çıxdı, 2003-cü ildən bəri demək olar ki, cüzi şəkildə dəyişilən bu platformadan Nokia hələ də istifadə etməkdədir. Axı nə qədər olar?! Digər ümüd etdiyi platforma MeGoo — anadan olmamış iflasa uğrayıb — MeGoo platformalı N900 telefonlarının satışı barmaqla sayılasıdır…
Bizim millətin bəyənmədiyi LG-də Nokia-nın yiyəsiz qalmış müştəriləri uğrunda mübarizəyə qoşulanlardandır — bu günlərdə LG dünyada ilk dəfə Android platforması üzərində işləyən iki nüvəli prosessorlu smartfonu təqdim etdi. LG Optimus 2X özündə çox saylı texnoloji yenilikləri cəmləşdirdiyi kimi gözəl görünüşə də malikdir.
Hə. Qayıdaq Nokia-yaya. Ola bilsin bizim xalqın konservatorluğu Nokia-nın Azərbaycanda satışlarını bir neçə müddət yüksək səviyyədə qalmasına imkan verəcək. Bəlkədə. Amma fakt fakt olaraq qalır. Bir vaxtlar keyfiyyət və prestij markası olan Nokia artıq keyfiyyətsiz və geridə qalmış telefonlar istehsal edən şirkət kimi qəbul edilir. Kütlə isə belə şeyləri sevmir… Kütlə daha baha və adlı-sanlı markalara can atır. Deməli Azərbaycanda da Nokia-nın ömrünə çox qalmayıb. Mövzuya dair forumda müzakirələr ↓ Genanın qara PRı və Nokiananın qəzəbi -) (N8 vs E7)
Dekabr ayı yaman sürətlə başladı. Bir tərəfdən millət Məhərrəm ayının gəlişinə görə tələm-tələsik toy-bayram etdi, digər tərəfdən ABŞ-ın yeni şantaj aləti Wikiliaks min hoqqadan çıxdı, ara qarışdırdı. Bezdik. Nəsə yeni bir şey lazımdır. Yeniliklər də texnoloji aləmdə Maşallah nə qədər istəsən.
Gözümüz aydın, Microsoft Windows Phone 7 əməliyyat sistemində copy-paste funksiyasını təqdim etdi. Sevinməyə tələsməyin (kimin Win Phone 7 telefonu varsa), bu funksiya hələlik hər kəs üçün nəzərdə tutulmur, yalnız xüsusi testerlər sınaqdan keçirə bilərlər. Microsoft rəsmiləri isə söz verirlər — bu “inqilabi” funksiyasını 2011-ci ilin ilk günlərindən bütün Windows Phone 7 telefonları dəstəkləyəcək. 😆
Sony Ericsson isə bazarı itirməkdə davam edir. Amma deyəsən bu onların heç vecinə də deyil. Son 1 ildə bazara tutarlı məhsul buraxa bilməyən Sony Ericsson Motorolla-nın uğursuz yolunu davam etməkdə təkrarlayır. Belə olmasaydı, yeni model telefonlar əvəzinə dayanmadan lazımsız “bezdeluşkalar” buraxmazdı. Yeni Sony Ericsson M430 portativ dinamikli qadjet şirkətin “bezdeluşkalar” seriyasının davamıdır. Bezdeluşka olsa da, maraqlı qadjetdi.
Sony Ericsson “fintifluşkalarla” məşğul olduğu bir vaxtda Apple vaxt itirmir. Onun üçün lazımlı qadjetlər yaradılmaqda davam edir. Maraqlı qadjetlərin bəlkə də ən aktualı — Bluetoothla işləyən Looxcie LX1 portativ video kamerasıdır. Görünüşcə adi bluetooth qulaqlığa bənzəyən bu video kamera qulağa taxılır və aktiv edilməsi üçün qulaqlıqdakı düyməyə toxunmanız yetər. Qadjet videoları çəkməklə kifayyətlənmir, o həmçinin çəkdiyi videoları canlı olaraq Youtube-a yerləşdirə bilir, hətta əvvəlcədən müəyyən edilmiş elektron ünvana da göndərir. Əsl casus aləti. Qiyməti də baha deyil, cəmi 160 manat.
Qadjet hal-hazırda digər platformalı telefonlar üçün də test edilir. Ola bilsin artıq sizin telefonu da dəstəkləyir. Dəstəklədiyi bütün telefonların siyahısı burada — www.looxcie.com/looxcie-app.html
Sony Ericsson ASPEN-i gözləməkdən (keçən il dekabrda anons olub, amma hələdə satışa çıxarılmayıb) gözlərimin nuru saraldı… Vaxtda keçdikcən baxıram ki, ASPEN artıq xarici görünüş cəhətdəndə köhnəlib…
Həm Windows Mobile 6.5 məni qorxudur, başımı çox ağrıdıb. Düzdü Sony Ericsson deyir ki, bəs bu moderldə (ASPEN) 6.5 tam yeni görkəmdə və modifikasiyada olacaq, HTC-dəki tormozlardan uzaq… amma yenədə nəsə ehtiyat edirəm.
Bir sözlə favoritim dəyişdi. İndi favoritim kifayət qədər balaca və funksional, Android sistemində çalışan “fullun-fullu” Sony Ericsson XPERIA X10 mini pro-dur.
Gəlin göstəricilərinə baxaq:
Əməliyyat sistemi — Android 1.6 (yenilənmə imkanı ilə)
CPU — Qualcomm MSM7227 600MHz
Ölçüləri — 240 x 320 pixels, 2.55 inches
Yazı — QWERTY keyboard
Yaddaş kartı — microSD, up to 16GB, 2GB included
Kamera — 5 MP, 2560х1920 pixels, autofocus, LED flash
GPS — Geo-tagging
Radio — Stereo FM radio with RDS
Digər — – Digital compass, Google Search, Maps, Gmail, YouTube, Calendar, Google Talk, Document viewer
Bircə SAR reytinqi biraz çoxdu — 1.61 W/kg (head)
Bir sözlə balaca olsada, texniki göstəriciləri normaldı, deyərdim Nokia (Symbianlı) analoqlarından qat-qat üstündü.
Çox funksional bu smartfon May ayından Avropada satışda olsada, hələdə ölkəmizdə satışda yoxdur. Sony Ericsson-un rəsmi distyubutoru Akundoff Networks isə susur…