Nəhayət ki, tilsimi qırıb bu dəfəki Dubai qeydlərimin sonuncusunu yazdım. Başlayaq.
Dubai-ı deyəsən çox təriflədim — oraların gerçək analoqu olmayan inkişafına rəğmən, ölkə bir şərq olkəsi olaraq mövcudiyyatını davam etdirir. Burada addımbaşı şərq və totalitar ölkələrə xas itaət obyektlərinə rast gəlinir — Dubai rəhbərlərinin şəkilləri (heykəllər deyəsən qadağandır). Dubai-lıların üç ümummilli liderləri var — hər biri də Al Nahyan və Al Maktoum sülaləsinin üzvləridir — əsas lider Əmirliklərinin təməlini qoymuş şeyx Zayed bin Sultan Al Nahyan hesab olunur. Amma o vəfat etdiyindən şəhərdə onun şəkillərinə az rast gəlinir. Adət üzrə onun adını böyük prospekt və baxımlı məhəllələr daşıyır. Şəkilləri ilə bütün şəhəri bəzəyənlər isə hal-hazırda Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Khalifa bin Zayed bin Sultan Al Nahyan və bütöv Dubai şeyxi Mohammed bin Rashid Al Maktoum-dır.
Şəkillərə böyük həcmdə baxmaq üçün mouse-la üstündə tıklayın.
Şəkildə — Şəhər boyu Dubai-ın ümummilli liderlərinin portretlərinə rast gəlmək olar. Solda BƏƏ prezidenti, sağda isə Dubai şeyxi Mohammed Al Maktoum-dur.
Ötən yazılarımda qeyd etmişdim – Dubai parokslar şəhəridir — tükənməz var dövlət, hakimiyyət, böyük imkanlar və səviyyəsizlik burada qonşudur.
Şəkildə – Şeyxin oğlunun “obyekti” önündə elə oğlundan bir sadəlik nümunəsi. Əlində brilliant qaşlı telefona fikir verin. =)
Yeni Dubai adlanan rayondan fərqli olaraq, şəhərin tarixi mərkəzi — Deira daha çox filmlərdə qarşılaşdığımız şərq şəhərlərini xatırladır. Bu kimi rayonlar əsasən axşamlar insanlarla qaynayır — səbəb gündüzlər havanın hərarətinin 45 dərəcədən aşağı olmamasıdır. Dəhşət isti olur. Dubai istisini gördükdən sonra, Bakı istisi insana sərin meh kimi gəlir. =)
Şəkildə — Dubai — əsl nağılvari şərq şəhəri.
Şəkildə — Sən demə Dubai-da badımcanlar da fərqlidir. Bəs sizin yumru badımcanınız varmı?!
Dubai haqda bu qədər. İnşallah növbəti səfərlərimi qələmə almaq ümidi ilə sizlərdən hələlik ayrılıram.
Fürsətdən istifadə edərək, Aslan qardaşıma və onun ailəsinə səfər zamanı göstərdiyi qonaqpərvərliyə görə dərin təşəkkürlərimi çatdırıram.
Mövzuya dair forumda müzakirələr ↓
Dubai. Azərbaycan gəncinin qeydləri…
Son günlər fars şovinizmində boğulan İranın Azərbaycana mənəvi hücumu daha da intensivləşib. Sosial şəbəkələrdə dalbadal Azərbaycan ərazi bötüvlüyünü şübhə altına alan səhifələr yer alır, konkret yalan məlumatlar (xəbərimiz yoxdur, sən demə havalanmış farsların iddiasına görə danışdığımız türkcə əslində türkcə deyilmiş, farsiymış :)) yayan saytlar yaradılır. Bir bu səhifələrin insanlara çatdırmaq istədiyi “həqiqətlərə” diqqət yetirin — on.fb.me/o782iJ və on.fb.me/pMPFzA — molla rejiminin əsl mahiyyətini anlayacaqsınız.
Bu azmış kimi, fürsətdən istifadə edib iki türk qardaşın tarixdə buraxdığı bir səhvdən maksimum “faydalanmağa”, onu yeri gəldi-gəlməz köpüklü ağızla qabartmağa çalışıb, Anadolu və Azərbaycan türklərini bir-birlərinə düşmən kimi təqdim edirlər. Söhbət Çaldıran döyüşü ətrafında yaranan söz-söhbətlərdən gedir. Bu səhvin özəyində liderlərin, fərdlərin səhvləri yer alır, bu da qanı, dili, dini bir olan bir millət üçün düşmən olmağa əsla yetməz. İslamaz.com saytında bu olaya aydınlıq gətirən gözəl bir tarixi araşdırmaya rast gəldim, Sizlərlə bölüşürəm. Araşdırma dini prizmadan nəzərə alınıb, amma ümumi abu havanı düzgün çatdırır:
Şahın düşməni
Səlim uşaqlıqdan öz qəddarlığı ilə seçilirdi. Məhz onun bu xüsusiyyəti Sultan II Bəyazidi vadar etdi ki, Səlimi deyil, digər oğlu – Əhmədi vəliəhd təyin etsin. Lakin Səlim bununla razılaşa bilməzdi və atasına qarşı ordu yığaraq İstanbula hücum etdi. Sultan Bəyazid oğlunun ordusunu darmadağın etdi və Səlim Krıma qaçmalı oldu. Burada güc toplayan şahzadə yenidən atasına qarşı ordu çəkir. Osmanlı saray salnaməçilərinin yazdığına görə, 1512-ci ildə Sultan Bəyazid taxtdan imtina edərək onu Səlimə təhvil verir. Lakin bu məlumatın nə qədər düzgün olması şübhəlidir. Çünki, ilk günlərdən Sultan Bəyazid oğlunun hakimiyyətə gəlməsinə müxalif idi. Bəzi tarixçilərin iddiasına görə Səlim atasını öldürür və bu yolla hakimiyyətə gəlir. Hər halda, 1512-ci ildə İstanbula girən Səlim özünü sultan elan edir və dərhal qardaşlarını və digər kişi qohumlarını öldürtdürür. Bununla o, sultanlığa iddia edə biləcək bütün şəxslərdən canını qurtarır. Məhz belə bir vəhşiliyinə görə Səlim “Yavuz” (zalım) ləqəbi alır.
1513-cü ildə Sultan I Səlim Anadoluda yaşayan şiələrin qətliamını törədir. İqrar Əliyevin orta əsr tarixçilərinə istinadən yazdığına görə o, 7 yaşdan 70 yaşa qədər 70 min şiə öldürür. Digər məlumatlarda isə Səlim 45 min şiə-türkün qanına bais olur. Bundan sonra o, 1514-cü ilin may ayında Səfəvi dövlətinə tərəf yürüyərək Şah İsmayılla müharibəyə qalxır. Lakin müsəlman qanının tökülməsini istəməyən Şah İsmayıl xeyli müddət Səlimi müharibə fikrindən daşındırmağa çalışır. Sultan Səlim Şaha dörd təhqiramiz məktub yazdıqdan sonra Şah İsmayıl ona bu cavabı göndərir:
Mən pirimi haqq bilirəm,
Yoluna qurban oluram,
Dün doğdum, bu gün ölürəm,
Ölən gəlsin – iştə meydan.
Avqustda Maku şəhəri yaxınlığındakı Çaldıran çölündə iki ordu qarşılaşır və Şah İsmayıl bu savaşda məğlub olur. Sultan Səlim Avropa ölkələrindən aldığı artilleriya (300 top) sayəsində Səfəvi ordusuna qalib gələ bildi. Rəvayətə görə, Şah İsmayıl toplara nifrət edirdi və deyirdi ki, əsl cəngavər toplara deyil, qolunun gücünə arxalanmalıdır. Digər rəvayətə görə, Şah məğlub olduğuna görə itiliyi ilə məşhur olan qılıncını Sultana hədiyyə edir. Səlim həmin qılıncla topun lüləsini kəsə bilməyəndə, Şaha xəbər göndərir ki, ona öz qılıncını deyil, başqasını verib. Şah İsmayıl isə cavab verir: “Qılınc həmin qılıncdır, bilək həmin bilək deyil”. Sultan Səlim Yavuz Səfəvi dövlətinin Osmanlı ilə sərhədində yerləşən vilayətləri zəbt etdikdən sonra Şərqə tərəf irəliləməyə istəyir. Lakin yeniçərilərin üsyanı nəticəsində Sultan Səlim Anadoluya qayıtmalı olur. Şah İsmayıl isə Sultandan intiqam almağa qalxmadı.
Sultan Səlimin bu davranışını onun sünni təəssübkeşçisi olması ilə səhvən əlaqələndirilənlər də var. Belə ki Anadolu ərazisində şiələrin qətliamını törətmək və Səfəvilərə hücum etmək üçün o, “kafirlərə qarşı cihad” elan etmişdi. Hətta bunun üçün bəzi sünni üləmalarını fətva verməyə vadar etmişdi. Bütün bunlar Səlimin siyasi ambisiyalarına xidmət edən bir manevr idi. Çünki, Osmanlı və Səfəvi dövlətləri ərazisində yaşayan türklər qohum tayfalar idi. Məzhəb fərqi burada yaşayan tayfaları bir-birinə düşmən etmirdi, lakin Sultan Səlim bu fərqliliyi düşmənçiliyə çevirməyə bacardı. Bunun üçün sadəcə insanların dini təəssübkeşliyini işə salmaq lazım idi. Sonrakı tarix göstərir ki, Sultan Səlim şiələrə qarşı amansız davrandığı kimi, sünnilərin də qanını tökürdü.
Səfəvilərlə müharibədən sonra o, əvvəlcə Elbistana (Ələbusteyn) hücum edib və buranın hakimi Əlaüddövləni öldürdü. Elbistanın Zülqədər sülaləsi (sünni) Şah İsmayılın məmləkətinə pənah aparıb indiki Qax, Zaqatala və Qazax rayonları ərazisində məskunlaşdılar. Daha sonra Sultan Məkkə və Mədinə valisinə hücum edərək müqəddəs torpaqların əmin-amanlığını pozmuş oldu. Məkkə və Mədinənin zəbtindən sonra Səlim özünü “iki müqəddəs şəhərin xadimi” elan etdi. 1516-cı ildə o Qüdsü də müharibə meydanına çevirdi. 1517-ci ildə Misirin paytaxtına daxil olaraq 50 min insan qətlə yetirir. Eyni zamanda o, 800 məmlük bəyinin boynunu vurmağı əmr edir. O, Qahirədə yaşayan Abbasi xəlifəsini məcbur etdi ki, xəlifə titulunu ona versin. Beləliklə də, Sultan Səlim 1517-ci ildə özünü müsəlmanların xəlifəsi elan etdi.
Xalqın xidmətində
Sultan Səlimin işğal etdiyi bəzi əraziləri qaytardıqdan sonra Şah müharibələrə son qoyur. Böyük siyasətçi və hökmdar olmaqla yanaşı, Şah İsmayıl “Xətai” ləqəbi ilə tanınan gözəl bir şairdir. Onun Azərbaycan türkcəsində yazdığı əsərlər ədəbiyyatımızın incilərindən sayılır. Həmçinin Şah əla xəttat, bərbət ifaçısı və xanəndə olub. Özü də məmləkətində incəsənətin inkişafına böyük önəm verirdi. Onun yazdığı şerlər aşıq və dərvişlərin dillər əzbəri idi. Şah İsmayılın xalqın rəğbətini qazanmasına əsas səbəblərdən biri də, onun vergi siyasəti idi ki, öncəki hökmdarların saysız-hesabsız vergilərinin sayı xeyli azaldılmışdı. Bundan əlavə, şah tarixdə ilk dəfə türk dilinə rəsmi status vermişdi. Onun sarayında fars dili ilə yanaşı türk dilində də danışırdılar. Maraqlı faktdır ki, Şah İsmayılın qatı tənqidçilərindən olan İsgəndər Pala özünün “Şah və Sultan” əsərində etiraf edir ki, Sultan Səlim Şah İsmayılla farsca danışdığı zaman o, Sultana türkcə cavab verirdi. Hətta müəllif öz təəccübünü gizlətmir ki, İran hökmdarı türkcə, türk hökmdarı isə farsca danışırdı. Şah İsmayılın apardığı siyasət nəticəsində türk dili və ədəbiyyatı xeyli inkişaf etdi və yayıldı. Hətta XVII əsrin birinci yarısında Səfəvi sarayında Holştin səfirliyində katib işləyən Adam Oleari “Səyahət” kitabında yazırdı: “… İran şairləri fars və türk dillərində şerlər yazırdılar və iranlılar onları həvəslə oxuyurlar, çünki hər iki dil eyni şəkildə geniş yayılıbdır”.
Abbasqulu Ağa Bakıxanov “Gülüstani İrəmdə” yazır: “… Hicri 930-cu ilin əvvəllərində (miladi 1524)… Şah İsmayıl vəfat etdi. O, mehribanlıqda dünyanı işıqlandıran və qəhrəmanlıqda düşməni yaxan, od məcazlı bir sultan idi. Qurmuş olduğu səltənətin mühüm işlərinə məşğul olmasına baxmayaraq, Şah İsmayıl alimlərlə müsahib olub, şer söyləməyə də mail idi”.
Təsadüfi deyil ki, dahi Füzuli Şah İsmayılı “öz zəmanəsinin padişahı” adlandırırdı. Füzuli yaradıcılığı dövrünün böyük hissəsi Kərbəlanın Səfəvi hakimiyyəti altında olduğu zamana təsadüf edir. Böyük alim və şair Məhəmməd Füzuli öz alleqorik “Bəngü-Badə” poemasını da (“Şərab və Tiryək”) Şah İsmayıla ithaf edib. Bu əsərdə “şərab” sözü altında məcazi olaraq Osmanlı, “tiryək” sözü altında isə Səfəvilər nəzərdə tutulur.
“Xətai” ləqəbinin sirri
Şah İsmayılın özünə “Xətai” təxəllüsünün götürməsinin səbəbi dəqiq məlum deyildir. Bəziləri hesab edir ki, ləqəbin kökü “xəta” deyil, “xətay”dır. Xətay isə türk tayfalarından birinin adı olub. Digər rəvayətə görə, Şah İsmayıl:” Mən doğulanda dünyaya yox, xətalar içinə gəlmişəm. Lakin həmişə mənə bir hikmətli səs deyir ki, bu xətaların hamısından çıxacaqsan. O xəta sözü taleyimdə yox, gələcək ləqəbimdə qalacaq.” – deyirdi.
Mövzuya dair forumda müzakirələr ↓
Əli Laricani: “Mən problemin həll yollarını dedim”
Rubrika: Düşmənlər
Rubrika: Sözsüz
Rubrika: Tarixi sual