Xristianlığın böhranda olduğu heç kimə sir deyil. Bu yaxınlarda bütün Latviyanın arxiyepiskopu bunu təstiqləyib, özündən yeni günah ixtira etdi.
Arxiyepiskopun icadına görə indən belə seçkilərdə iştirak etməmək günahdır. =)
Delfi informasiya saytının verdiyi xəbərə görə Latviya və Litvanın böyük arxiyepiskopu Rigi Zbignev Stankevic öz çıxışlarının birində qeyd edib ki, Latviya xalqı və bütün xristianlar (insanlar) ölkənin həyatında aktiv rol oynamalıdırlar, məhz onların fəallığı seçkilərin nəticəsini təsir edir. Deməli seçkilərdə iştirak etməmək, vətənə qarşı biganəlik, bu isə özü-özlüyündə ağır günahdır.
Bir sözlə hörmətli arxiyepiskopun fətvasına görə indən belə insanlıq seçkilərdə iştirak etməsə, günah işlədir. Əhsən.
PS. Deyirəm bizdədə seçkilər yaxınlaşır. Yagin hörmətli şeyxdəndə bir fətva gələcək.
Mövzuya dair forumda müzakirələr ↓
Latviyalı keşişin yeni günah ixtirası!
Son bir neçə ildə çox aktuallaşan bir mövzu var — İran və İsrail arasında olan konflikt. Bəs Azərbaycan bu konflikt olduğu halda kimin tərəfin saxlamalıdır?! Gəlin bütün emosiyalarımızı kənara qoyub hər şeyi bir-bir təhlil edək.
İran. Azərbaycanın yaxın və tarixi qonşusu. Din qardaşlarımız. Əslində bu konfliktdə biz alternativsiz İranın tərəfin saxlamalı idik… amma… Bu amma olmasa.
Amma isə ondan ibərtdir ki, İran bizi müstəqil olaraq görmür. İran hələdə Azərbaycanı özünün müvəqqəti ayrı düşmüş bir parçası hesab edir və buna dair mütamadi təpkilərlə çıxış edir.
İran daim Azərbaycan hava və su sərhədlərin pozur, ölkəmizlə hədə-qorxu dilə ilə çıxış edir, konfliktdə olduğumuz ermənilərə dəstək olur… və digər İrana baş ucalığı gətirməyən insidentlər… Yadımdadı, mən tələbə olarkən İran Azərbaycanın su sərhədlərinə məhəl qoymadan hansısa yatağı ələ keçirməyə cəhd etmişdi, elə buna görədə türk Şahinləri (F-15 təyarələri ilə) Bakıda qol gücü göstərdilər, İran geri çəkildi. Hələ fars şovinizminin Cənubi Azərbaycanda türkçülüyi əzməsindən danışmıram.
İsrail. Dini və insani emosiyalardan çıxış etsək — İslamın nömrə bir düşməni, insan hüquqlarını boşuna verən bir dövlət. Daima İslamı alçaldıb, öz vəhşi siyasətlərin yeridən bir dövlət. Amma… Budada bir amma var. Dini kənara qoyub soyuqqanlı təhlilə keçsək görərik ki, İsrail birinci Qarabağ müharibəsində Azərbaycana çox böyük dəstək olub (qardaş Türkiyədəndə çox). Bu kömək istər silah-sürsatla, istərsə maliyyə vasitələri ilə edilib. Kütlənin inadla dəstəklədiyi müsəlmançılıqdan çıxış etsək isə — Fələstinin rəhmətlik başçısı Yasir Ərafatın “Qarabağ xalqının (ermənilər nəzərdə tutulur) Azərbaycanla mübarizəsi, haqq mübarizəsidir (fələstinlilərin İsraillə mübarizəsinin eynisidir)” deməsini yada salsaq, onda İsrail heçdə bizim düşmən deyil. Hərçənd heç İranın da ənənəvi İslam dövlətləri tərəfindən dəstəklənmədiyinin şahidiyik.
Bəs bütün bunları nəzərə alsaq, onda bizim dostumuz kimdi? Fikrimcə heç kim. Hər iki dövlət hansısa bir müddətdə Azərbaycana kömək edibsə, bunu öz siyasi maraqları səbəbindən edib.
Bəs münaqişə olsa? Bu münaqişənin 2 nəticəsi ola bilər:
Gördüyümüz kimi hər iki variant Azərbaycana sərf etmir. Ümumiyyətlə müharibə başladıqda regionda qatma-qarışıqlıq olacağı 100%-di. Bu isə onsuz müharibə şəraitində yaşayan Azərbaycan üçün istənilən halda sərf etmir.
Nə deyim, Allah köməyimiz olsun.
Mövzuya dair forumda müzakirələr ↓
Bizə kim lazımdı? İran yoxsa İsrail?! Düşüncələrim…
Deyilənə görə 2 gündən sonra, Avqust ayının 21-i dünyanın resursları artıq yer kürəsi əhalisinə yetməməyəcək.
İndiyə kimi nə istifadə edilirdisə, ana təbiət onu bərpa edib, yenisini yaradırdı, amma indi insan sayının fantastik dərəcədə artmasına görə artıq bu mümkün olmayacaq. Ana təbiət sadəcə resursları bərpa etməyə macal tapmayacaq… insan yenə və yenə daha çox resurs istifadə edəcək.
Bu qorxunc statistikanı gətirən mötəbər Global Footprint Network onuda qeyd edir ki, artıq keçən ildən ana təbiət okeanlarda balıq sərfiyatını insanların sərfiyyatı ilə uzlaşdıra bilmir, balıq (dəniz məhsulları) sayı sürətlə azalmağa, insanların isə iştahı böyüməkdə davam edir. Həmçinin meşələrdə eyni aqibəti yaşayır (bariz nümunə elə Bakı”mız”). AFP isə çox maraqlı bir statistikanı gətirir — deməli insanlıq əgər indiki həcmdə təbiətin nemətlərin istifadə etməyə davam etsə, onda bizə Yer kürəsindən 2 dəfə böyük planet lazımdı. Hələ bu harasıdı… Əgər bütün dünya amerikallar kimi keyflə yaşamaq istəsə — bu alınmaz, çünki Yer kürəsindəki resurslar buna imkan vermir. Bunun mümkün olması üçün Yer kürəsi indikindən düz 4(!) dəfə böyük olmalıdı. Tak çto, inkişafda olan ölkələrin nə vaxtsa inkişaf etmiş ölkələr siyahısına qatılması qərb (və 2-3 şərq) dövlətlərinin yaratdığı mifdən başqa bir şey deyil.
Ən qorxunc statistika isə budur — yer kürəsinin 20% əhalisi planetin 80% resurslarını istifadə edir, qalan 80% əhali isə (əsasən 3-cü ölkələr, hansı ki, onların arasında bizdə varıq) 20% resursla kifayyətlənir. Yagin buna görə bizim çörəklər mal-qara üçün nəzərdə tutulan taxıldan hazırlanır. Əhsən. =)
Bütün bu statistikaya baxanda kiminsə məhsullara olan qiymətlərin ucuzlaşması haqda nəsə deməsi çox gülünc gəlir. Nə ucuzlaşma? Birazdan içməyə təmiz su tapılmayacaq, siz ucuzlaşmadan danışırsız.
İnsanlar… qlobal baxdıqda, insanlar virus kimi bir şeydi, düşüblər yazıq Yer kürəsinin canına, lap tarakanlar kimi. Sayı durmadan artır, iştahları, ambisiyaları isə yerə görə sığmır. Əslində insaları xərcəng xəstəliyinədə bənzədirlər, orqanizmə düşən kimi hər şeyi özünə tabe etməyə çalışır… Görünür xərçəng xəstəliyinə bir çarə tapımadığı kimi, insanların vəhşi iştahınada bir çarə tapılmaz. Üzü qiyamətə doğru gedirik. Ya yeni planetləri fəth edib, yeni koloniyalar qurub tarakan kimi bəşəriyyətə yayılmalıyıq, yada ki, bitməkdə olan resurslar uğrunda bizi dəhşətli müharibələr gözləyir…
İnsanların sayı artıqca da, dəlisovluq artır. Bir bu video-ya tamaşa edin:
Moskva metrosudur. Artıq insanlar həyatdan o qədər harınlayıblar ki, belə risklər edirlər, digərlərinidə riskə atırlar. Sizcə davam etməyə dəyər? Hm. Məncə Allah həqiqətəndə çox səbrlidir. O imkan yaradır ki, insan özü-özünü məhv etsin, day birdə qiyaməti yer üzünə aşırıb ölüləri narahat etməsin… Onsuzda insan özü-özünə qəbir qazır. Yaxın gələcəkdə biz olmasaqda, nəticələrimiz bunun şahidi olacaq. Statistika da bunu təstiqləyir.
Allah köməyimiz olsun.
Mövzuya dair forumda müzakirələr ↓
Yer. İnsanlar. Deyəsən son yaxınlaşır… Düşüncələrim
Lider telekanalı reytinq pozisiyasından geri çəkilməkdə davam edir. Demək olar ki, bütün göstəricilərə görə rəqiblərinə uduzan telekanalın tamaşaçıları artıq əllə sayılasıdır. Elə bu səbəbdəndə, o artıq “rupor” rolunu oynamır.
Bir tərəfdəndə bu ANS… ANS-in Lider-də Etibar Hüseynovun apardığı “Sitatın sonu” verlişinin formatında yeni bir verlişi efirə buraxması şəxsən mənim üçün gözlənilən oldu. “Rupor” artıq Lider yox, ANS-dir.
Söhbət “Bədbaxt adam — Eynulla Fətullayev”-dən gedir. Hörmətli Mirşahinin Etibar Hüseynovun ayaqqabılarını geyinib onun yerişini yeriməsi çox gülünc görünürdü.
Məqsəd Eynullanı qaralamaq olsada, hörmətli Mirşahin açıq-aydın xalqın gözü qarşısında özünü alçaltdı. Axı nəyə görə? Məncə istənilən halda buna dəyməzdi.
Çünki elə filmdə adı çəkilən Anar müəllimində qeyd etdiyi kimi, jurnalist fəaliyyətinə görə onsuzda azadlıqdan məhrum olan bir kimsəni ayaqlamazlar. Qoy çıxsın azadlığa, onda bu meydan, buda şeytan.
Bəli, Eynullanın səhvləri var, özüdə böyük səhvləri… Amma bu verlişlə Mirşahin millətin təfəkkürünə, xüsusəndə gənclərə əks təsir etdi. İndi Eynulla onlar üçün azadlıq rəmzi, haqq sözüdü…
Yoxsa hörmətli Mirşahin Etibar Hüseynovun çörəyinə bais olmaq fikrindədi?!
Filmi izləməyənlər Youtube vasitəsilə izləyə bilərlər:
Mövzuya dair forumda müzakirələr ↓
ANS vs. Eynulla Fətullayev
Rubrika: Düşmənlər
Rubrika: Sözsüz
Rubrika: Tarixi sual