Qonşu yazıda da qeyd etdiyim kimi, bu günlərdə Aran zonasında oldum. Orada olarkən qeydə aldığım çoxsaylı şəkillərdən bir neçəsi ilə bölüşürəm. Sözsüz rubrikası. Şəkillərə böyük həcmdə baxmaq üçün üzərinə tıklayın. Sarısu gölünün ətrafı. Günün batması. Şirvan. Yerli yumor. İmişli. Qoyunların koteclərə həsrət dolu baxışları. İmişli səmasında naməlum uçan obyekt Yerli kolorit Mövzuya dair forumda müzakirələr ↓ No Comment və ya Sözsüz rubrikası
Bu günlərdə nələr baş verir? Heç bilmirəm. Dünya olub böyük bir dəlixana. Lujkovun nəhayət ki, arxasından dəydilər. Yazıq bu hadisəni ya Medvedevin Putinə qarşı addımları ilə yozdu, ya şayə buraxdı ki, Medvedevi verir məhkəməyə… Ortada olan isə nəticədir. Nəticə isə — Lujkov artıq mer deyil…
Fikrimcə, bu hadisə Rusiya siyasətində səhnə arxası mürəkkəb oyunların getməsindən xəbər verir. Lujkov da sadəcə bir qurbanlıq qoyun idi. Çox güman ki, Putin 2012-ci il prezident seçkilərindən kənarda qalacaq. Çünki Medvedev artıq püxtələşir, əl qol atır. Kreslo yaman şirindir deyəsən. Dostluq, söz və dürüstlük yaddan çıxdı. Niyə də yox?! Məgər Putin özü belə siyasi səhnəyə gəlməyib? Rusiyada nə qədər siyasi debatlar qızışsa, ara-qarışsa bir o qədər bizə, kiçik dövlətlərə yaxşıdı.
Gözümüz aydın, deputat Fazil Mustafa partiya sədrlərinin “xüsusi adlarla” təltif edilməsini təklif etdi. Əməkdar partiya sədri. Görünür Fazil bəyin çox gözəl yumor hissi var, Allah özü axrını xeyirli eləsin.
Bu UFO-lar Çindən nə istəyir, heç bilmirəm. Yəqin harda aş, orda da baş “kitayski mallar” artıq başqa planetlərə də gedib çıxıb. Belə ki, Çinin aeroportlarından biri növbəti dəfə UFO təhlükəsinə görə bağlanıb. UFO göydə dayanıb gəlib-gedən təyyarələrə maneəçilik törədirmiş. Hələ bir çinli eləmə tənbəllik UFO-nu videoya da çəkib. Siz də tamaşa edin, açığı mən bir şey anlamadım.
Cənab qızıl şlyager, F.A və digər hərflərlə adını bəzəyən 100% müğənni Faiq Ağayev ona sui-qəsd edildiyini iddia etdi. Ola bilər. Bu iş olduqca qarışıq bir məsələyə bənzəyir. Şəxsən mən bəzi kanalların onu bıçaqlayan şəxsə haqq qazandırmaq cəhtlərini görəndə əsəbləşirəm. Deyilənə görə (telekanallar bunu təstiqləyir) Faiqin “canisi” bundan öncə də türmədə yatıb. Özü də adam öldürmə ittihamı ilə. Amma 2 ildən sonra müammalı şəraitdə “çölə” çıxır və nəticədə yeni cinayət törədir. Lap Holliwood filmlərindəki kimi. Bu konkret sifarişə bənzəyir.
Bizi “demokratiyaya” öyrədənlər, özləri onun azlığından (bəlkə də ifrat çoxluğundan) əziyyət çəkirlər. Belə olmasaydı, inkişaf etmiş demokratik ölkələrdən sayılan Avstraliyada polislər günahsız yerli əhali təmsilçisilə (yəni gəlmə yox, aboriqen) elektroşoker vasitəsi ilə “mırt” tutmazdılar. Araşdırmalar zamanı məlum olub ki, saxlanılan şəxs ruhi xəstə imiş və yolunu azıb. Polis məntəqəsinə gətirilən xəstəyə kömək əvəzinə nə etdiklərinin Siz də şahidi olun.
Mən də velosiped əyləcinin qəfil nasazlığı ucbatından həm velosipedimi bərbad vəziyyətə qoydum, həm də özümü yaxşıca əzmişəm. Allah köməyimiz olsun. Mövzuya dair forumda müzakirələr ↓ Son olaylar. Nələr baş verir?!