Pərvin Şükürzadənin bloqu
Pərvin Şükürzadənin bloqu

İstirahət edək. Ən möhtəşəm reklam çarxları (№4) ↓

Hüsnünün inadkarlığı hərkəsi əldən saldı. Həftə sonudur, istirahət vaxtıdır. Ən yaxşı (yeni) Youtube çarxları ilə bölüşürəm.
Bu oyun çarxını (Guitar Hero 5) son ayların ən mırt çarxı kimi seçirəm. Düzdür biraz 18+ mövzuludu, amma ölmüşəm gülməkdən, mütləq baxın.

***
AXE çarxları hər zaman kreativliyi ilə seçilir. Bu dəfə də növbəti əsər yaradıblar.

***
Məhşur VolksWagen “juk” qayıdır. Əla çarx.

***
Apple yenə irəlidədir. Möhtəşəm çarx.

***
və sonda… Ruslardan gözəl və düşündürücü bir çarx… Siqaret çəkmək barəsində.

Hələlik bəsdir. Xoş istirahətlər. 😉
Mövzuya dair forumda müzakirələr ↓
İstirahət edək. Ən möhtəşəm çarxlar

Paris Avto-şousu. Yeniliklər. Fikirlərim

Avtomobil aləmi bu saatlarda yaman canlanıb. Paris Avto-şousuna start verilib. Məhz bu şouda ilin ən gözlənilən yeniliklərini publika qarşısına çıxacaq. Gəlin ən maraqlılarını bir-bir sadalayıb, “mız” qoyaq. =)

BMW nəhayyət ki, X3 modelini yenilədi. Yoxsa indiki modelin görünüşü hardasa 90-cı ildə ilişib qalmışdı. Yeni modeldə köhnə versiyaya baxanda böyük irəlləyişlər var. Əsasənda arxa fənərlarda (urusca — fara). Arxa görünüş BMW-in yeni dəb-dəbəli konsepsiyasına uyğun olsa da, qabaq görünüş fikrimcə “ne fontan”. Salondan hələ də xəbər yoxdu. Görünür buna dair hələ qəti qərar qəbul etməyiblər.
PS. Əsas fikrimi çəkən yeni Hyundai Sonata dəbində yan dalğadır. Bu profildən daha çox hiss olunur.



BMW demişkən yeni 6-cı seriya təmsilçisini də qeyd etmək istəyirəm. X3-dən fərqli olaraq bunun arxa fənərlarını heç xoşuma gəlmədi. Elə-bil maşında nəsə çatmır. Amma ümumi görünüşü, xüsusən də profildən gözəl görünür.
PS. Fikrimcə köhnə versiya daha cazibəli idi.



Bizdə hələ də özünə yer edə bilməyən, amma rusların sevimlisi Ford Focus da yeniləndi. Görünüş — super. Əsl cavan maşınıdı. Amma burda da kiçik amma var. Fikrimcə, burada da arxa fənərlarda “pereborşili”.


Növbə gəldi maşınlar qrandı — Mercedes-Benz-ə. Onun bu dəfə təqdim etdiyi yenilik — yeni CLS-dir. Ümumi görünüşü, önü super. Amma axrası… Hm, nəbilim. Qarışıq yuxuya bənzəyir. Bəyənmədim. Deyəsən Mers də “qabağı bəzək, arxası təzək” (c) xəstəliyinə tutulub. Bir də ümumi stilistikada BMW-nin yeni 6-cı seriyasının elementləri gözümə dəydi.



Nissan. Bu şirkətin son illər buraxdığı maşınların görünüşü mənə çatmır. Yəqin baş dizaynerləri ya çoxlu rezin iyləyir, ya da ki, qadındır. Bu Nissan-ın bütün modellərində sezilir. Yoxsa normal kişi xeylağı belə bir eybəcərliyi yarada bilməzdi. Baxıb, Siz də qiymət verin. Nissan Townpod (Apple-ın “pod” uğuru imkan vermir də bəzilərinə rahat yatmağa).



Peugeut (bizim dildə Pejo) isə guya rebrendinq edib söz verdi ki, tam fərqli maşınlar buraxacaq. Nəticədə isə götürüb QAZ 31-in dizaynın oğurlayıb, deyillər ki bəs yeni Pejo 508 yaratmışıq. Öndən tipik rus avtomobilidi. Vəziyyəti bircə arxa fənərlar xilas edir, amma ümumidə — heçnə.



Ooo. Mənim yeni favoritim. Range Rover Evogue. Super. Mükəmməl görünüş. Əsl gənc avtomobilidir. Deyərdim krossoverlərin yeni şahı.



Və sonda… çoxdandır intizarında olduğumuz Volkswagen Passat. Deyəsən Volkswagen-in dizaynerlərinin ideyaları konkret tükənib. Yoxsa köhnə avtomobili götürüb yeni konsepsiyalarına uyğun fənərlarla təhciz edib yeni maşın kimi təqdim etməzdilər. Nəsə. Bir vaxtlar Passat D sinfində dəbi təyin edirdisə, indi bu dizaynla bu pozisiyaya iddialı olmaq sadəcə yersiz və əsassız ambisiyadır.



Mövzuya dair forumda müzakirələr ↓
Paris Avto-şousu. Yeniliklər.

Mövzular

Resenziyalarım

Siyasi mülahizələrim

Gündəm

Səyahət qeydlərim

Olaylar

Marketing, PR

Sorğular

Elm

Rubrika: Düşmənlər

Rubrika: Sözsüz

Rubrika: Tarixi sual

Telekanalizasiya

İnternet

Azərbaycan İnterneti

Testlərim

Texnoloji aləm

Mobil dünya

Avto-dünya

Təqvim üzrə keçid

Bloq üzrə axtarış

Layihələr

STUDIO.AZ

EURONET

FOX.AZ

Islamic Network

İzləmə sistemləri

RSS və ya Atom