ABŞ-ın kiçik detallara kimi düşünülmüş Wikileaks adlı teatral səhnəciyi davam edir. Əslində Wikileaks-ın əhəmiyyətinin ABŞ dövlət departamenti səviyyəsində şişirdilməsinin bir çıxacağı olmalı idi — bu qlobal siyasətdə yeni iyrənc oyunun başlanmasına işarə idi. Ötən yazılarımda qeyd etdiyim kimi, ABŞ ən alçaq üsula əl atıb, indi də dövlət başçılarının xanımlarına daş atırlar. Bu özü də əsasən post-sovet ölkələrinə qarşı baş verir — çünki bu ölkələrin özünəməxsus mentaliteti, qadının öz xüsusi yeri var.
İndi bu şərləmə prosesinə Wikileaks-lə bərabər digər əlaltı qəzetlər də qoşulub — heç bir etik çərçivəyə sığmayan şərləmə xarakterli məqalələr tirajlanır. Bəs bunun arxasında nə dayanır? Əlbət ki, ABŞ-ın bu ölkələrə təzyiq imkanlarının tükənməsi. Məhz bu səbəbdən Ağ evin siyasi başbilənləri görünür yeni strategiyaya işləyib, hazırlayıblar — gucləri çatmayan liderlərə təyziq üçün onları şərləyib, xalqın gözündən salma kampaniyalarına daha üstünlük verirlər.
Siyasət onsuz da çirkin idi, amma qlobal siyasətdə bu kimi fahişəliyin baş alıb getməsi — demokratiyanın süqutunun başlanğıcıdır. Bu demokratiya deyil, bu anarxiyadır.
Allah köməyimiz olsun!
PS. Söhbətin gedişatından xəbəri olmayanlar boş-boşuna rəy yazıb, əziyyət çəkməsinlər. Mənasız rəylər pozulacaq. Mövzuya dair forumda müzakirələr ↓ WikiLeaks əfsanəsi. ABŞ-ın yeni şantaj aləti?
Hə… Liza Simpson da Azərbaycan haqqında danışdı. Özü də danışmağı dərd yarı, sən demə o bizi BMT-də təmsil edirmiş, bizim heç xəbərimiz də yoxdur.
Məşhur Simpsonlar çizgi serialının qəhramanlarından olan balaca Liza növbəti filmlərin birində Azərbaycanı təmsil edir. Cəsur Liza xanımın düyünün rüsumlarını qaldıracağı ilə bağlı Azərbaycan adından BMT üzvlərinə hətta hədə-qorxu gəlmək planları var. Ay səni, Liza… Neft olsaydı, yenə başa düşmək olardı, amma Azərbaycanın düyü ixracı… Deyəsən amerikallılar bizi induslarla səhv salıblar, Vallah. :hm: Ümumiyyətlə, axır vaxtlar Amerika üçün Azərbaycan faktoru yaman aktuallaşıb. Allah axırını xeyir eləsin.
Ölmədik, bu günü də gördük — Günəşi rəsmi olaraq özəlləşdirdilər. Milliardlarla il azad ömür sürdükdən sonra indi Günəşin də yiyəsi var — bu İspaniyanın Galicia bölgəsinin sakini 49 yaşlı Angeles Duran adlı bir xanımdır.
Bu “fərasətli” qadın əməlinə belə açıqlama verib — “Mən bütün hüquqi məsələri gözəl bilirəm, elə ona görə də rəsmi orqanlara müraciət etdim və mənim sorğum təmin edildi. Ağılsız deyiləm ki, Günəşi kiməsə verim… ” Hə, “çox ağıllı” xanımın Günəşə dair Notariusda təsdiq edilmiş sənədi də var. İspaniyanın dövlət Notarius təsdiq edir ki, Angeles Duran həqiqətən G2 tipli spektral ulduz olan və Günəş sisteminin mərkəzində yerləşən Günəş adlı ulduzun qanuni sahibidir.
Günəşə dair gələcək planlarını açıqlayan fırıldaqçı qadın günəşi parça-parça satmağı planlaşdırdığını deyib. Əhsən.
Günəş demişkən. WikiLeaks saytının “günəşi” də bu saat ən parlaq anını yaşayır. Ötən yazımda qeyd etdiyim kimi, ABŞ-ın xarici siyasətinin yeni vuran “dubinkası” olan bu sayt dövlət departamentinə arxalanıb ABŞ-dan başqa demək olar ki, bütün dövlətlərin başçılarına, ölkələrin apardığı xarici və daxili siyasətə “ilişir”. Düzdür, hərdən lap ağ olmasın deyə, Amerikayada bir iki söz atır, amma yazılarının böyük əksəriyyəti digər ölkələri əhatə edir. Ən maraqlısı odur ki, bu dərgi indi də başlayıb ölkələrin birinci xanımlarına dair kompromatlar dərc etməyə. Məsələn, bu dəfə WikiLeaks Rusiyanın birinci xanımı Svetlana Medvedevaya dair “məxvi” sənədləri üzə çıxarıb, amma nədənsə özünü “müstəqil” adlandıran bu dərgi Amerikanın ilk qara dərili prezidentinin kameralar qarşısında aktyorluq edən və ağ evi xiyar-pomidor-balqabaq bostanına çevirən həyat yoldaşı haqqında bircə kəlmə də olsa söz açmır. Ucuz tamaşa. Amerika nə gündəsən?! 😀 Mövzuya dair forumda müzakirələr ↓ Son olaylar. Nələr baş verir?!
WikiLeaks. Son vaxtlar xəbərlərdə adı ən çox çəkilən sayt. Bəs bu WikiLeaks nədir və ümumiyyətlə nəyə xidmət edir? Gəlin birlikdə bunu aydınlaşdıraq.
WikiLeaks-ın yaradıcısı Julian Paul Assange adlı bir Avstraliya vətəndaşıdır. Uşaqlığı çox ağır keçən Julian cavanlıq dövründə bir çox kiber-cinayətlərdə şübhəli bilinib. Hətta vaxtıyla CityBank-dan 500.000 ABŞ dolları oğurladığına görə onun barəsində cinayət işi də açılıb. Texnologiya aləmiylə yaxından tanış olan hər bir şəxs gözəl bilir ki, bu tip savadlı xakerlər bir müddətdən sonra xüsusi xidmət orqanlarına işləməyə məcbur edilir. Yəni başqa bir variant ola bilməz — əsas prinsip — “istedadlı xakerlərlə mübarizə aparmaqdansa, onları mənən məhv edib özünə tabe etmək daha sərfəlidir” burada öz rolunu oynayır. Görünür elə bu səbəbdən də tezliklə Julian-ın üzərindən bütün ittihamlar götürülür və o fəaliyyətini davam etdirir.
Beləliklə, 2006-cı ildə Julian-ın növbəti layihəsi WikiLeaks işıq üzü görür. Bu layihə vasitəsi ilə guya anonim istifadəçilər gizli və məxfi sənədləri sayta yükləyib, İnternetdə bölüşürlər.
Gizli və məxfi sənədlərin yayımını başqa bir saytda da təmin etmək olardı, bəs niyə məhz WikiLeaks?! Axı yüzlərlə bu kimi saytlar var… Niyə? Çünki bu sayt birbaşa ABŞ Administrasiyası tərəfindən idarə olunur. Bunun təsdiqi kimi:
WikiLeaks-ın əsas ideologiyası (saytlarında da qeyd olunur) — siyasi azadlıqların təbliği, əsas hədəfi isə Çin və Rusiyadır. ABŞ Administrasiyasının Rusiya və Çinlə münasibətlərini birbaşa korlamamaq üçün gözəl vasitə — kompromatı burax İnternetə, sonra da bu kimi “məxfi” sənədlərə istinad edib bu ölkələrə təzyiq et.
Tamaşaya biraz da təbiilik qatmaq üçün ABŞ Administrasiyası səviyyəsində sayta reaksiya olunur. Guya “pis” WikiLeaks bunların “sirlərini” açıb-tökür. Bu isə əslində onun bütün dünyada tanınmasına, təbliğinə xidmət edir.
Guya İnterpol Julian-ı axtarışa verib, amma o görünməz olub. Bu da absurd bir şeydir. Hər-halda sayta girib, yeniləyirsə, onun IP-ləri həmən ICANN-da və ya provayderdə (hosterdə) qeydiyyata düşür. IP ilə isə insanı asanlıqla tapmaq olar. Deyə bilərsiz bəs birdən proxy-dən istifadə edirsə?! Bu da boş şeydir. Hələ bizdə proxy-ləri yararsız edən proqram və skriptlər var, təsəvvür edin bunun üçün xüsusi kəşfiyyat orqanlarının nə kimi alətləri var…
Əgər həqiqətən də WikiLeaks ABŞ-ın nüfuzuna zərbə vurursa, onda elə adı çəkilən ICANN (dünyanın bütün domen adlarına nəzarət edir) heç bir səs-səmir olmadan WikiLeaks.org saytını bağlaya bilər.
Guya WikiLeaks anti-ABŞ təbliğatı aparır. Növbəti sayıqlama. Əslində saytda yayımlanan bütün sənədlər ABŞ-ın mənafeyinə xidmət edir. Məsələn, “məxfi” sənədlərdə qeyd olunur ki, İraqlı əsgərlər (məhz iraqlı (!)) əsirlərə işgəncə verib, onların barmaqlarını kəsib, gözlərini çıxarırlarmış. ABŞ hakimiyyətinin günahı isə — buna göz yummaqla bitir. Deməli İraq oldu vəhşi-barmaq kəsən… İraqa təzyiq üçün növbəti bəhanə. Budur ABŞ-a ziyan?
Bu klassik ovçuluq strategiyasıdır. Bir misal çəkim. Ovçular ilk olaraq 3-4 ördəyi tuturlar, qanadlarını şikəst edirlər ki, uçmasınlar. Onları bir müddət qaranlıq yerdə saxladıqdan sonra, ümumiyyətlə uçmağa can atmırlar, insanlardan qorxmurlar. İşləri yalnız başlarını aşağa salıb sakitcə üzmək olur. Ovçular ova gedərkən onları mütləq özləriylə götürürlər, buraxırlar suya. Göydə uçan azad quşlar onların rahatça üzdüyünü görüb, onlara qoşulmağa can atırlar, qonurlar onlarla üzməyə — elə bu vaxt ördək soyqırımı başlayır. Azad və uçan quşları bir-bir vurub güllələyirlər. Zəlilləri isə yenidən qəfəsə qoyub, gələn dəfə üçün saxlayırlar. İndi WikiLeaks də o zəlil ördəklərdən biridir. Birisi məxfi sənədi ötürdü — onu həmən ayırd etmək üçün əla vasitə.
WikiLeaks sadəcə ABŞ kəşfiyyatının bir alətidir. Demokratiya carçısının saman-altı oyunu üçün yeni bir layihə.
Yuxarıdakılar mənim subyektiv fikrim idi. Əgər etirazınız varsa, faktlarla təsdiq edin. Mövzuya dair forumda müzakirələr ↓ WikiLeaks əfsanəsi. ABŞ-ın yeni şantaj aləti?