Dünyanın nömrə bir smartfon istehsalçısı HTC mobil telefonlar bazarını dəyişə biləcək inqilabi yenilik etmək fikrindədir. HTC-nin təklifi belədir — axı niyə hər dəfə texnoloji yenilik axtararkən, bütöv telefonu dəyişirsiniz, halbuki yalnız apart hissəsinin dəyişilməsi ilə kifayətlənmək olar?! Bu həm ucuz başa gələr, həm də daha tez-tez yeniliklərdən faydalanmaq olar. Məgər biz printerin katrici bitəndə gedib yeni printer alırıq?! Burada da eyni prinsipdir — yeni əməliyyat sistemi çıxdı, telefonunun ona gücü çatmır, köhnə katrici (telefonun için) təhvil ver, daha yenisini al. Məsələn indiki katricdə Android 2.3 əməliyyat sistemidir, siz gedib yenisini aldıqda Windows Phone 7 əməliyyat sistemli katric götürə bilərsiniz + həm yaddaşı, həm də prosessoru daha güclü.
Əslində maraqlı iddiadır. Amma HTC-nin bunu inqilabi yenilik kimi təqdim etməsi düzgün deyil. Çünki kiçik araşdırmam nəticəsində məlum oldu ki, bu tip texnologiya artıq İsrailin Modu şirkəti tərəfindən bir neçə ildir ki, istifadə edilir. Amma bu şirkətin adını birinci dəfə eşitdiyimizdən, bu tip texnologiyanın heç də uğurlu olmadığını təxmin etmək olar. Bir də ki, kütlə telefonları sosial göstərici kimi istifadə edir. Məsələn, kim 4 illik bir telefonu üstündə gəzdirəcək?! Nə olsun ki, daxili (katrici) ən son modeldir, axı kütlə hər tərəfli yenilik istəyir. Şəxsən mənim özüm də, telefonları nəsə yeni bir yenilik istədiyimdən dəyişirəm. Bu həm funksionallığa aiddir, həm də ki xarici görünüşə. Köhnə görünüşlü telefon isə sadəcə adamı bezdirir…
Mənə görə HTC-nin bu layihəsinin kütləvi bazarda heç bir perspektivi yoxdur. Bəs siz nə fikirləşirsiniz?! Mövzuya dair forumda müzakirələr ↓ Texnoloji yeniliklər
Dekabr ayı yaman sürətlə başladı. Bir tərəfdən millət Məhərrəm ayının gəlişinə görə tələm-tələsik toy-bayram etdi, digər tərəfdən ABŞ-ın yeni şantaj aləti Wikiliaks min hoqqadan çıxdı, ara qarışdırdı. Bezdik. Nəsə yeni bir şey lazımdır. Yeniliklər də texnoloji aləmdə Maşallah nə qədər istəsən.
Gözümüz aydın, Microsoft Windows Phone 7 əməliyyat sistemində copy-paste funksiyasını təqdim etdi. Sevinməyə tələsməyin (kimin Win Phone 7 telefonu varsa), bu funksiya hələlik hər kəs üçün nəzərdə tutulmur, yalnız xüsusi testerlər sınaqdan keçirə bilərlər. Microsoft rəsmiləri isə söz verirlər — bu “inqilabi” funksiyasını 2011-ci ilin ilk günlərindən bütün Windows Phone 7 telefonları dəstəkləyəcək. 😆
Sony Ericsson isə bazarı itirməkdə davam edir. Amma deyəsən bu onların heç vecinə də deyil. Son 1 ildə bazara tutarlı məhsul buraxa bilməyən Sony Ericsson Motorolla-nın uğursuz yolunu davam etməkdə təkrarlayır. Belə olmasaydı, yeni model telefonlar əvəzinə dayanmadan lazımsız “bezdeluşkalar” buraxmazdı. Yeni Sony Ericsson M430 portativ dinamikli qadjet şirkətin “bezdeluşkalar” seriyasının davamıdır. Bezdeluşka olsa da, maraqlı qadjetdi.
Sony Ericsson “fintifluşkalarla” məşğul olduğu bir vaxtda Apple vaxt itirmir. Onun üçün lazımlı qadjetlər yaradılmaqda davam edir. Maraqlı qadjetlərin bəlkə də ən aktualı — Bluetoothla işləyən Looxcie LX1 portativ video kamerasıdır. Görünüşcə adi bluetooth qulaqlığa bənzəyən bu video kamera qulağa taxılır və aktiv edilməsi üçün qulaqlıqdakı düyməyə toxunmanız yetər. Qadjet videoları çəkməklə kifayyətlənmir, o həmçinin çəkdiyi videoları canlı olaraq Youtube-a yerləşdirə bilir, hətta əvvəlcədən müəyyən edilmiş elektron ünvana da göndərir. Əsl casus aləti. Qiyməti də baha deyil, cəmi 160 manat.
Qadjet hal-hazırda digər platformalı telefonlar üçün də test edilir. Ola bilsin artıq sizin telefonu da dəstəkləyir. Dəstəklədiyi bütün telefonların siyahısı burada — www.looxcie.com/looxcie-app.html
Gələcəyin texnikası necə olacaq? Maraqlıdı. Gələcəkdən xəbər tutmaq üçün mütləq konseptlərə nəzər yetirməyimiz lazımdır. Bu dəfə qarşılaşdığım maraqlı konsept və eksperimentlərlə bölüşürəm.
Bu günlərdə Thanva Tivawong adlı bir dizayner çox sadə, amma neçə illərdən bəri eyni formada görməyə alışdığımız işıqforların (svetofor) yeni dizaynını açıqlayıb. İdeya çox sadə olduğu kimi inqilabidir — işıqforu işıq diodlarından ibarət panel əvəzləyir. Paneldəki şəkil qum saatı formasında olacaq. Qum saatı həm rənglərin (qırmızı, sarı, yaşıl) dəyişməsini xəbər verəcək, həm də ki, digər rəngə keçidin vaxtını hesablayacaq. Fikrimcə Bakının bahalı fransız işıqforlarından bu qat-qat yaxşı və ucuz başa gələr. Bəyənilsin.
Digər maraqlı konsept — Android platformalı və yalnız Super Amoled displeydən ibarət bir telefondur. Bu tip telefonları Samsung çoxdandır ki, anons edib. Amma işgüzar koreyalılar daha irəli gedib konseptə daha bir maraqlı funksiya əlavə ediblər. Deməli batareykalarda enerji tükəndikdə telefon avtomatik olaraq rəngli rejimdən monoxrom rejimə keçid edir. Bu da koreyalıların sözünə görə enerji sərfiyyatını düz 3 dəfə azaldır. Başları Maşallah yaman işləyir. =)
Cib telefonu eşitmişdik, amma cib kinoteatrı?! Bəli. Bu da icad olundu. Özü də 3D formatının dəstəyi ilə. i3DG adlı bu aksessuar iPhone üçün nəzərdə tutulur. Cihaz mürəkkəb mexanizmə malikdir və 3D effektin alınması üçün çoxsaylı güzgülərdən ibarətdir. Maraqlı aksessuardı. Bir çatışmamazlığı var — o da yaradıcıların kütləvi istehsala başlamaq üçün kifayət qədər vəsaitlərinin olmamasıdır. Oğullar var, şərait yoxdu. Video-ya mütləq baxın, atalar məsəlinin şahidi olun.
Yenə Samsung, yenə onun super displeyləri. Bunlara sadəcə baxıb əhsən demək qalır.
Bu isə mırt bir eksperiment — Androd, Windows Phone 7 platformalı telefonlar və yenə də iPhone. Hansı tez bişəcək?! 😉 İzləyək.
Çoxdandır ki, anons edilən Windows Phone 7-i nəhayət ki, bu gün rəsmi olaraq anons edildi. Mobil telefon istehsalçıları da həmən öz modellərini göstərdilər.
İlk olaraq səs LG-dən gəldi. LG Optimus 7 adlı yeni qadjet “touch-screen” ekranlı (resolution 800×480 px), 5 megapikselli HD çəkilişi aparmağı bacaran kameraya malik, 16GB daxili yaddaşlı və Wi-Fi dəstəkli bir mobil telefondur.
Daha sonra xəbər LG-nin yerlisi Samsungdan çıxdı — Samsung Omnia 7 (GT-I8700). Çox gözəl xarici görünüşü var.
Samsung-un özüdə Super AMOLED tipli ekranı olacaq. Amma ekranda LG-dən güclü olsa da, yaddaş sarıdan uduzur — 8 GB. Digər xüsusiyyətləri LG ilə demək olar ki, eynidir.
Ən sonda isə HTC söz aldı. Microsoft-un HTC-nin səhmlərinin bir qisminin sahibi olması özünü göstərdi — Samsung və LG hərəyə bir telefon təqdim etdilərsə, HTC düz 5 telefon təqdim etdi. Özü də yeni seriya altında. Telefonların xarakteristikaları rəqiblərə oxşardır — bütün telefonlar 5 meqa-piksellik kamera (Bircə HTC 7 Mozart modeli 8 meqa-piksellik kamera ilə) və 1 GHz-lik Qualcomm prosessoru ilə təchiz olunur.
Hər model bir seqment üçün nəzərdə tutulub. HTC 7 Trophy — ən sadə model. Standart funksiyalar ilə.
HTC 7 Mozart — əsas üstünlüyü kameradır. Özü də ksenon işıqla.
HTC 7 Surround — slayder tipli bu telefon gözəl akustik xüsusiyyətlərə malikdir.
HTC HD 7 — əsasən video-ya baxmaq üçün nəzərdə tutulur. Hələ açılan ayaqcıqları da var — olur kiçik televizor. =)
HTC 7 Pro — QWERTY klaviaturalı telefondur. İş adamları üçün nəzərdə tutulur. Mini laptop.
Microsoft-un işləri axır vaxtlar heçdə yaxşı getmir. Bir vaxtlar hər kəs Microsoft-a çatmağa can atırdısa, indi Microsoft-un özü can atanlardandı. Əsasən şirkətə həmlələr bildiyimiz Google və Apple-dan gəlir.
Amma Microsoft da asan təslim olmaq fikrində deyil. Mükəmməl və heçdə MAC OS-dən geri qalmayan, hətta deyərdim onu üstələyən Windows 7-i buraxdıqdan sonra, Microsoft yenidən öz yırtıcı nəzərini artıq uduzduğu smartfonlar və mobil aparatlar üçün əməliyyət sistemləri bazarına yönəldib. Artıq il yarımdır anons edilən və məhz mobil aparatlar üçün nəzərdə tutulan Windows Phone 7 əməliyyat sismi üzərində işlər bitməkdir. Deyəsən bu dəfə Microsoft əbəs yerə vaxtını itirməyib. Bizi həqiqətən fantastik bir şey gözləyir. Bunu deməyə bu günlərdə Engadget dərgisinin əldə etdiyi konfidensial video kadrlar əsas verir.
Kadrlarla sizlərlə bölüşürəm.