Həyatda baş verən hadisələrin bumeranq effektli olmasını yəqin yalnız nadanlar qəbul etmir. Gördüyümüz, bildiyimiz bu həyatda kim nə edirsə — özünə edir. Bunun sübutunu hər kəs dəfələrlə yaşayıb, şahidi olub. Ataların buna dair gözəl bir məsəli də var — nə əkərsən, onu da biçərsən.
Bu günlərdə belə bir tarixi və hər kəs üçün örnək ola biləcək bir olay haqda oxudum. Mütləq oxuyub, nəticə çıxarın. (Mətn rus dilindədir, sorry)
Произошло это происшествие весной 1994 года. Молодой американец по имени Роналд Опус решил покончить с собой. В предсмертной записке было написано, что он, Роналд, пошел на этот шаг из-за финансовых трудностей и непонимания со стороны родителей.
После написания этого послания мистер Опус залез на подоконник и бросился вниз с девятого этажа. Маловероятно он сделал бы это, если бы знал, что работавшие в тот день в доме мойщики окон натянули на уровне седьмого этажа страховочную сетку. Так что, пролетев два этажа, Опус просто рухнул бы на пружинящую сетку с мокрыми штанами, но вполне живой. Но тут вмешался фантастический случай. Просто-таки фатальное невезение!
Когда Роналд пролетал мимо окна восьмого этажа, в его голову из комнаты попал заряд дроби, выпущенный жильцом на восьмом этаже. Пока полиция доставала труп с сетки и устанавливала личность покойного с почти полностью снесенной выстрелом головой, детективы решили, что стрелявшему – нужно предъявлять обвинение в непредумышленном убийстве. Ведь если бы не выстрел, Роналд Опус остался жив, упав на сетку.
Дальнейшее разбирательство обнаружило новые факты. Оказалось, что старик стрелял в свою жену, но не попал, и заряд угодил в окно. Значит, мелькнуло у детективов, нужно корректировать обвинение – к непредумышленному убийству добавить покушение на убийство (жены). Просто в моменты гнева и ссор с женой он всегда хватал со стены незаряженный дробовик и делал “контрольный выстрел” – пугал жену щелчком курка. Это было уже как бы семейным ритуалом. По утверждению обоих супругов дробовик всегда висел на стене и никогда никем не заряжался. Значит, в соответствии с американскими законами, обвинение в непреднамеренном убийстве теперь лежало на том, кто тайно зарядил дробовик.
Кто? Выяснив, что свободно войти в комнату задиристых супругов мог только их сын, полицейские детективы связались с его другом и выяснили много интересного.
Зная, что отец часто угрожает матери висящим на стене оружием, сын тайно зарядил его, надеясь, что при первом скандале тот застрелит мать, а сам попадет за решетку. Однако последние несколько недель супруги жили на удивление мирно, чем несказанно огорчали неудавшегося мстителя. Где он, этот подонок?
“Как где? – удивился старик.
– Сын живет этажом выше…”
Да, искомым сыном оказался сам… Роналд Опус! Это он зарядил дробовик, а когда месть не удалась, в отчаянии выбросился из окна. И был застрелен своим же зарядом. Своим же отцом. Которого хотел засадить в тюрьму. Самоубийство свершилось, хотя и не совсем так, как этого хотел Опус…
Mövzuya dair forumda müzakirələr ↓
Həyat — bumeranqdır!
Bu günlərdə yerli futbol çempionatı çərçivəsində Zaqatalada keçirilən oyunda qalmaqal yaşanıb. Polislərlə ilk öncə futbol azərkeşləri əlbəyaxa olub, daha sonra azərkeşlərə futbolçuların özləri də qoşulub. Bir sözlə oyun qalıb bir tərəfdə, hər kəs davaya girişib.
Bu boyda hadisə baş verib, amma əcnəbi futbol çempionatlarını qışqıraraq ağzı sulu şərh edən TV əməkdaşlarımız bu olay barədə bir kəlmə də olsa kəsmədilər. Əfsuslar.
Mövzuya dair forumda müzakirələr ↓
Yalnız Azərbaycanda silsiləsindən. Futbolçular vs. polis
Görünən — 2 amansız rəqib. Əslində isə bu belə deyil. Arqumentlər çoxdur. Microsoft Apple-in əsas sərmayədarı kimi çıxış edir və yaxud adət üzrə Microsoft-un Apple platforması üçün düzəltdiyi proqramlar öz şəxsi Windows platforması üçün yaradılan analoqlarından ən azından bir addım irəlidə olur və bu kimi onlarla digər arqumetlər…
Bu günlərdə CBS kanalının “Titanlar” verilişinin baş qəhramanı əfsanəvi Stive Jobs oldu. Maraqlı həyat tarixçəsi var. Aşağıdakı videoda verilişi tam izləyə bilərsiniz. Amma ondan əvvəl isə Bill Gates-in ən son müsahibəsinə baxın — canlı titanlar nə düşünüb, nə danışırlar.
Titanlar. Stive Jobs.
Desertə — rusların iPhone absurdu. Mütləq baxın.
Mövzuya dair forumda müzakirələr ↓
Titanlar. Microsoft və Apple
Tanış sözlərdir?! İnternet paradokslarından da biri, bir çoxlarının real həyatdan fərqli olaraq monitor önündə şir-pələng olmasıdır. Özü də bu hər şeydə özünü bildirir — insanlarla münasibətdən tutmuş, adi rəylərdə meymunluq edib, özünü sübut naminə fikir bildirməyə kimi.
Görəsən niyə belədir?! Bəlkə monitor şüaları cəsarət verici qüvvəyə malikdir? Ya ola bilsin bu cəsarətin səbəbi oponentdən uzaqda olub, öz cəzasızlığına əminlikdir?! Bilinmir. Bilinən odur ki, bu konkret hər hansı bir səbəbdən qaynaqlanan özünü ifadə-etmə kompleksinin ifrat simptomlarıdır. Sonrakı qanacaqsızlıq, meymunluq da elə bundan yararlanır.
Keyfiniz pozulmasın — bu bəla qlobal bəladır, tək bizim İnternet seqmentə aid deyil. =)
Mr. Freeman buna gözəl aydınlıq gətirir.
Mövzuya dair forumda müzakirələr ↓
Pisdir! Yeri yoxdur! Bunu nədi ala…
Qərb dövlətlərinin demokratiya pərdəsi arxasında çıxardıqları oyunları sadalamaqla bitməz. Bu ölkələrin içərisində öz həyasızlıq və yersiz ambisiyaları ilə özünəməxsus yer tutan iyrənc Fransız “demokratiyasının” bəzi pərdə arxası təfərrüatları açılmaqdadır. Sən demə sinəsinə döyüb, özünü demokratiya carçı elan edən Fransanın son 20 ildə bütün prezidentlərini şimali Afrika diktatorları maliyyələşdirib. Qəddafinin oğlunun Sarkoziyə milyonlar yatırdıqları haqda müsahibəni artıq post etmişdim. İndi də məlum olur ki, bəs başı-batmış Sarkozidən əvvəl ölkəni idarə etmiş Jak Şirak bu il elə fransızlar tərəfindən devrilmiş Kot-d`İvuar diktatoru Qbaqbonun layihəsiymiş. Hər halda Qbaqbonun Şiraka pul yatırımlarına dair danılmaz faktlar ortaya çıxıb. Özü də maliyələşdirilmə məcburi şəkildə aparılıb — “ya diktator qalaraq ölkəni idarə edib, məni maliyyələşdirəcəksən, ya da səni devirəcik”. Sitatın sonu…
PS. İyulun sonu, Avqustun əvvəli bloqun bir yaşı tamam oldu. Lap yadımdan çıxıb. Bir tuş! =)
Bu gündən qısa, amma mütamadi yazılara start verirəm, İnşallah.
Mövzuya dair forumda müzakirələr ↓
Qərb “demokratiyasının” iç üzü
Qeydlərimə başlamazdan öncə kiçik bir olay haqda danışmaq istərdim. Deməli Qəbələ-Şəki yolunda, Oğuz rayonu ərazisində bir paradoksal dairə var. Dairə əsas yoldan demək olar ki, 20-30 metrə aralıda yerləşir. Funksionallığı — tam mənasızlıq, sürücülərə mane olmaq. Təsəvvür edin, sürətlə hərəkət edən avtomobillər qəflətən peyda olan kənardakı dairənin başına “kruq” vurub yollarını davam etməlidirlər. Özü də dairənin yaxınlaşdığını xəbərdar edən işarə də elə vurulub ki, trasda sürətlə hərəkət edən sürücü ona fikir vermir, daha doğrusu fikir verməyə macal tapmır. Yolun o biri tərəfində isə dairəyə “girməyən” sürücünü rəşadətli YPX əməkdaşı gözləyir.
Hava yağmurlu, dumanlı idi. Mən də bu yola bələd olmayan bütün sürücülər kimi dairəni buraxıb yolumu davam etdirmişdim ki, YPX əməkdaşı əl etdi. Saxladım. Sözüm yox, absurd olsa da, qayda pozmuşam, cərimələdi və dedi — 3 gün ərzində cəriməni ödəsən ümumi məbləğə 10% endirim ediləcək. Mən də eləmə tənbəllik elə həmən gün üz tutdum Şəki rayon Kapital Bank filialına. Şirin dilli bir xala dedi, bəs “cərimə hələ kompüterə vurulmayıb”.
Olayın üstündən 3 gün keçdi. Bütün olduğum rayonlarda bank filiallarına baş çəkdim ki, cəriməmi ödəyim — standart cavab aldım — cərimə sistemə oturmayıb. Nəsə. Olaydan artıq 10 gün keçib. Bu gün yadıma düşdü ki, cəriməm var, gedim ödəyim. Üz tutdum sevimli Bank Standarda və yenidən artıq adət etdiyim cavabı aldım. Soruşanda ki, adətən cərimə nə vaxta kimi “oturur” — dedilər 1 ay, ay-yarım. Beləcə 10% endirimim əldən getdi. =)
Bu da həmin mənasız “kruq”.
Şəkillərə böyük həcmdə baxmaq üçün mouse-lə üstündə tıklayın.
Göy guruldadı, çaylar daşdı — beləcə növbəti turne başladı. Davamı növbəti yazıda.
Mövzuya dair forumda müzakirələr ↓
QŞQZ və ya Qəbələ-Şəki-Qax-Zaqatala qeydlərim
Qədr gecələrinin birində yaxınlarla yatmayıb, məsciddə dua etmək qərarı verdik. Bir neçə məscidə baş çəkdik — bağlı oldu. Yolumuz düşdü Nizami metrosu yaxınlığındakı məscidə. Məsçid ətrafında kifayət qədər çox adam toplaşmışdı. Keçdik içəri. Məscidin içi də demək olar ki, insanla tam dolmuşdu. Amma bu “dolmanın” dinə-imana heç bir aidiyyatı yox idi. Allaha ibadət üçün yığışan bəndələrin 90%-i dua etmək əvəzinə öz aralarında deyib-gülüb, söhbətləşirdilər. Mənə elə gəldi millət çayxana ilə məscidi səhv salıb, nəticədə elə məsələnin belə olduğu ortaya çıxdı (buna qayıdacam). Dediyim kimi, hərə öz işində idi — kimisi burnunu qurdalayır, kimisi qaqqıltı ilə gülür, kimisi ölkədəki siyasi-iqtisadi durumu müzakirə edir, kimisi də dizi üstə oturub surikatlar fason ora-bura boylanırdı. Mənim qonşum isə ayaq barmaqlarının arasında nəsə tapmışdı, yaman eşələyirdi. Tək-tük insan tapılardı ki, kənara çəkilib duasını etsin.
Məyusluq bununla bitmədi — məscid boyu salınmış və üstündə namaz qılmaq üçün nəzərdə tutulan xalçalarda 3-4 ayın tozu-torpağı var idi. Təsəvvür edin, insan hər səcdəyə getdikdə yarım ton toz udmalıdır. Yəqin məscidin işçilərinə adi tozsoranla bir dəfə də olsun bu xalçaları təmizləmək “zapodlodur”. Natəmizliyin digər göstəricisi — insanların hərəkəti üçün xətlərin qoyulmaması idi — oturub dua edirsən, birdə gördün sən səcdə edən yerə (alın qoyulan yer) kimsə kirli ləpə ayağını basıb keçdi.
Nəsə, duamızı edib çıxdıq çölə — bax indi anladım ki, insanlar bura elə çay üçün gəlibmiş. Həyətdə çay ehsanı verilirdi. Fərdi eqoizmdə analoqu olmayan xalqımız bir stakan çay üstündə canını belə fəda etməyə hazır idi. Növbəyə durub, gözləyib, nəhayyət həsrətində olduğu o bir stakan çayı alıb böyük bir qənimət sayaraq vururdular bədənə…
Beləcə Qərd gecəsi də keçdi…
Mövzuya dair forumda müzakirələr ↓
Azərbaycan sayağı “Qədr” gecəsi
Nəhayət ki, tilsimi qırıb bu dəfəki Dubai qeydlərimin sonuncusunu yazdım. Başlayaq.
Dubai-ı deyəsən çox təriflədim — oraların gerçək analoqu olmayan inkişafına rəğmən, ölkə bir şərq olkəsi olaraq mövcudiyyatını davam etdirir. Burada addımbaşı şərq və totalitar ölkələrə xas itaət obyektlərinə rast gəlinir — Dubai rəhbərlərinin şəkilləri (heykəllər deyəsən qadağandır). Dubai-lıların üç ümummilli liderləri var — hər biri də Al Nahyan və Al Maktoum sülaləsinin üzvləridir — əsas lider Əmirliklərinin təməlini qoymuş şeyx Zayed bin Sultan Al Nahyan hesab olunur. Amma o vəfat etdiyindən şəhərdə onun şəkillərinə az rast gəlinir. Adət üzrə onun adını böyük prospekt və baxımlı məhəllələr daşıyır. Şəkilləri ilə bütün şəhəri bəzəyənlər isə hal-hazırda Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Khalifa bin Zayed bin Sultan Al Nahyan və bütöv Dubai şeyxi Mohammed bin Rashid Al Maktoum-dır.
Şəkillərə böyük həcmdə baxmaq üçün mouse-la üstündə tıklayın.
Şəkildə — Şəhər boyu Dubai-ın ümummilli liderlərinin portretlərinə rast gəlmək olar. Solda BƏƏ prezidenti, sağda isə Dubai şeyxi Mohammed Al Maktoum-dur.
Ötən yazılarımda qeyd etmişdim – Dubai parokslar şəhəridir — tükənməz var dövlət, hakimiyyət, böyük imkanlar və səviyyəsizlik burada qonşudur.
Şəkildə – Şeyxin oğlunun “obyekti” önündə elə oğlundan bir sadəlik nümunəsi. Əlində brilliant qaşlı telefona fikir verin. =)
Yeni Dubai adlanan rayondan fərqli olaraq, şəhərin tarixi mərkəzi — Deira daha çox filmlərdə qarşılaşdığımız şərq şəhərlərini xatırladır. Bu kimi rayonlar əsasən axşamlar insanlarla qaynayır — səbəb gündüzlər havanın hərarətinin 45 dərəcədən aşağı olmamasıdır. Dəhşət isti olur. Dubai istisini gördükdən sonra, Bakı istisi insana sərin meh kimi gəlir. =)
Şəkildə — Dubai — əsl nağılvari şərq şəhəri.
Şəkildə — Sən demə Dubai-da badımcanlar da fərqlidir. Bəs sizin yumru badımcanınız varmı?!
Dubai haqda bu qədər. İnşallah növbəti səfərlərimi qələmə almaq ümidi ilə sizlərdən hələlik ayrılıram.
Fürsətdən istifadə edərək, Aslan qardaşıma və onun ailəsinə səfər zamanı göstərdiyi qonaqpərvərliyə görə dərin təşəkkürlərimi çatdırıram.
Mövzuya dair forumda müzakirələr ↓
Dubai. Azərbaycan gəncinin qeydləri…
Hansı yerli telekanalımızı açıram — Vilnus merinin YOUTUBE üçün çəkdirdiyi BTR ilə köhnə Mersi əzmə səhnəciyini göstərib, həqiqət kimi qələmə verirlər. Acaba bütün özünə hörmət edən dünya telekanalları bunun qurma bir teatral səhnəcik olduğunu qeyd etdiyi halda, bizimkilərin belə təqdimatla məqsədi nədir?! =)
Bədbəxtçik isə ondadır ki, insanlarımız onlara inanıb, hesab edirlər ki, Avropanın göbəyində hansısa bir məmur analoqu olmayan qudurğanlıqla vətəndaşın maşınını BTR ilə əzməyə qadirdir! Ölmüşdü Xankişi! Vətəndaşın reaksiyasını qoyduq kənara, o meri məhz sosial qınaqla bir hala salarlar ki… Nəsə. Bizimkiləri qınamıram, öyrəşmişik də…
Rus demişkən, “sobstvenno” səhnəciyin özü:
Hələ də inanmayanlar üçün isə Euronews-dan çıxarış:
БТРы «Мерседесов» не боятся
«Ударим БТРом по нарушениям ПДД», — решил мэр Вильнюса Артурас Зуокас — и ударил. В назидание всем горожанам, паркующимся в неположенных местах, градоначальник вывел на улицу бронетранспортёр. Заявив, что владельцы дорогостоящих машин совершенно обнаглели, Зуокас наглядно показал, что для «Мерседесов», «Феррари» и «Роллс-Ройсов» у закона найдётся стальная рука.
Зуокас не уточнил, всерьёз ли он намерен применять именно такой способ борьбы с теми, кто паркуется на велосипедных дорожках, на тротуарах и местах для инвалидов. Раздавленный в клипе «Мерседес» был приобретён специально для съёмок. Однако инициатива уже нашла поддержку у соседей: мэр Риги в своём Твиттере полностью поддержал коллегу и пообещал найти танк побольше.
Xəbərin ünvanı — http://ru.euronews.net/2011/08/03/justice-overdrive-mayor-crushes-illegally-parked-car
Mövzuya dair forumda müzakirələr ↓
Tank fenomeni. Vilnus.
Son dövrlər kütlə arasında 2 müxtəlif, amma eyni zamanda oxşar tendensiya müşahidə edirəm — psevdopatriotluq və psevdotollerantlıq. Özü də hər ikisinin ifrat və iyrənc forması. Psevdopatriotlar — yeri gəldi-gəlmədi özlərini gözə soxmaq naminə köpüklü ağızla analoqu olmayan vətənpərvərliklərini sözlə ifadə edib, əməldə tam əksini etdikləri halda, milli psevdotolerantlarımız artıq erməniləri qardaşlarımız elan edib, xalqımızı “geri kafalıqda” qınayıb, barışığa səslənirlər. Acınacaqlı situasiya yaranıb.
Millətimiz burada da sərhəd bilməyərək, ifrata varır. Bu günlərdə məşhur satirik Müntəzirin bir bloq yazısını oxudum. Söhbət Aybəniz Həşimovanın atası vətən uğrunda şəhid olmuş qızı Aynişanın son hərəkətlərindən bəhs edir. Qızcığazın bayrağımızı aşağılaması bəs deyilmiş kimi, erməni dostları (!) ilə şəkillər çəkdirib, Facebookda paylaşması lap məyus edicidir. Müntəzir bu olayı bloqunda təsbit də edir. Kim kim, amma Aynişan gərək bunu etməzdi.
Nigarin əlində tutduğu bayrağa fikir verin.
Digər qəhramanımız az qala milli qəhraman statusuna qədər ilahiləşdirdiyimiz Eurovision müsabiqəsində ölkəmizi təmsil edən Nigar Camaldır. Öz doğma Azərbaycan türkcəsində tutarlı bir söz deməyə çətinlik çəkən, Türkiyə səfəri zamanı bayrağımızı aşağılayan Nigar xanımın son günlər sosial şəbəkələrdə yayılan Facebook yazışması məni lap şoka saldı. Bu dəfə Nigar xanım bayrağımızı deyil, dövlətimizi, ölkəmizi aşağılayır. Əhsən belə “patriotlara”…
Deyəsən işimiz qalıb bir tək Allaha…
Mövzuya dair forumda müzakirələr ↓
Ən böyük, ən uca, ən müqəddəs bayraq!
Rubrika: Düşmənlər
Rubrika: Sözsüz
Rubrika: Tarixi sual