Pərvin Şükürzadənin bloqu
Pərvin Şükürzadənin bloqu

Təcili! Azərbaycanın və Ermənistanın xəritələri lazımdır!

Dostlar bu gün Azərbaycanın vector formatında xəritəsini gəzirdim. Google-da “azerbaijan vector map” yığdıqda birinci olaraq mənə bir sayt təklif olundu — www.map-azerbaijan.com. Sayta daxil olduqda bu sayt bədnam qonşularımızın işi olduğunu gördüm. Daha sonra buna əmin olmaq üçün www.map-armenia.com ünvanını yığdım — və nəticə — bu 100% dığaların işidir.

O səbəbdən qərar verdim ki, biz də onlara bu cür zərbə vuraq. Həmən www.maps-azerbaijan.comwww.maps-armenia.com saytlarını aldım. İndi saytların tərtib edilməsi üçün mənə dəqiq xəritələr lazımdır. Vektor formatında (Abode Illustrator, EPS, Corel Draw).
Azərbaycana dair:
1. Azərbaycanın indiki ərazilərinin xəritəsi;
2. Azərbaycan Cumhuriyyətinin xəritəsi (Zəngəzurla birgə olan);
3. Səfəvi Azərbaycanı xəritəsi.
Ermənistana dair:
1. Ermənistanın hal-hazırki xəritəsi;
2. Ermənistanın gerbi;
Xahiş edirəm, kimdə bu xəritələr varsa, parwin@shukurzade.com ünvanına göndərsin, kömək edə bilməyənlər isə, bu mövzunu share etsin. Belə şeylərə biganə qalmayaq!

  • 6 February, 2011

Rəy əlavə edin

Parwin Shukurzade

Təşəkkür edirəm Pərviz bəy!
Tarixi xəritələrimiz barədə də köməklik edə bilərsinizmi?! Əvvəlcədən təşəkkürlər.

6 February, 2011

Parwin Shukurzade

Bir də şəhərlərin adı qeyd olunan xəritə də lazımdır.
Əvvəlcədən təşəkkürlər.

6 February, 2011

Ramil Həsənov

Salam. Mən sizə bir neçə variant göndərdim. Xahiş edirəm çatmasa xəbər edin.

6 February, 2011

Parwin Shukurzade

Salam Ramil bəy. Mailinizi aldım, təşəkkür edirəm, amma mənə vector (Aİ, SVG, CDR, EPS) formatında lazımdır. Yenə də təşəkkür edirəm.

6 February, 2011

Pərviz Poluxzadə

Məsləhət görərdim ki, rəngləri və obyektlərdə ermənilər etdiyi kimi dəyişiklik edəsiniz. (Təbii ki, vektor fayllarla işləyə bilirsinizsə) Yoxsa Commonsdan götürüldüyü bilinir. (Wikipedia istifadəçiləri)
Siz indidən saytı qurun, mən digər 2 xəritəni vaxtım olduqca düzəldərəm.

6 February, 2011

Parwin Shukurzade

Xəritələr tam olaraq dəyişəcək, rəngli olacaq. Sadəcə mənə tarixi xəritələr də lazımdır ki, konkret olaraq işğal altında olan torpaqları göstərim. Ermənistanı məsələn Zəngəzursuz post edəcəm (bir variantda), digər variantda Zəngəzurla (Azərbaycanın işğal olunmuş torpağı kimi). Yaxşı olacaq, bircə dəqiq tarixi xəritələri tapa bilsəm. Göndərilən xəritələrin çoxu kitablardan scan edilmiş qeyri dəqiq (və bəzən tarixi əsasız) xəritələrdir. Hər kəsi bu ümumi iş üçün kömək etməyə çağırıram.

6 February, 2011

Samir

Pervin men size Coreldroda bir xerite gondredim. Ishinize yarisa sevinerem.

6 February, 2011

Parwin Shukurzade

Faylı aldım Samir bəy, amma bu tip xəritəni artıq Pərviz bəy təqdim edib, indi problem tarixi xəritələrdədir. Təşəkkür edirəm.

6 February, 2011

Tweets that mention Hər şeydən bir.az və ya Pərvin Şükürzadənin bloqu » Təcili! Azərbaycanın və Ermənistanın xəritələri lazımdır! -- Topsy.com

[…] This post was mentioned on Twitter by Parwin Shukurzade and Sam!r aka kiber, Parwin Shukurzade. Parwin Shukurzade said: #biraz Təcili! Azərbaycanın və Ermənistanın xəritələri lazımdır! http://t.co/ggORh11 […]

7 February, 2011

Parwin Shukurzade

Dostlar, vector olmasa, ADR-in şəkil formatında (jpg, png, tiff) yüksək resolution-lu xəritəsi də olar.

7 February, 2011

Verdizadə Elman

ingiliscə ADR
ingiliscə Səfəvi İmperiyası

Azərbaycan xəritəsi

7 February, 2011

R.R.

Bu saytlarin baglanmasi uchun Pervin bir shey etmek olmaz?

9 February, 2011

Azad Bagirov

baxın da,mən də olanlar bunlardı:
http://i077.radikal.ru/1102/64/1a2eda624c1d.jpg (Azərbaycan Demokratik Respublikası)
http://i046.radikal.ru/1102/49/4494e130a5a5.jpg (Azərbaycan SSR)
http://s45.radikal.ru/i109/1102/dc/2b19542764f1.jpg (fiziki xəritə)
http://i074.radikal.ru/1102/9e/b31d646a7b21.jpg (Qafqaz Albaniyası)

17 February, 2011

Mövzular

Resenziyalarım

Siyasi mülahizələrim

Gündəm

Səyahət qeydlərim

Olaylar

Marketing, PR

Sorğular

Elm

Rubrika: Düşmənlər

Rubrika: Sözsüz

Rubrika: Tarixi sual

Telekanalizasiya

İnternet

Azərbaycan İnterneti

Testlərim

Texnoloji aləm

Mobil dünya

Avto-dünya

Təqvim üzrə keçid

Bloq üzrə axtarış

Layihələr

STUDIO.AZ

EURONET

FOX.AZ

Islamic Network

İzləmə sistemləri

RSS və ya Atom