Pərvin Şükürzadənin bloqu
Pərvin Şükürzadənin bloqu

Nokia batmaqda davam edir… Bazarın təhlili

Nokia batmaqda davam edir… Bir tərəfdən Google Android platformalı telefonlar, bir tərəfdən əfsanəvi iPhone demək olar ki, N seriyalı smartfonların satışını minimuma endirib.
Nə yeni çıxmış X6 vəziyyəti dəyişə bildi, nədə N900.
Fikrimcə, günah Nokia-nın Microsoft-un yerişini yeriməkdədi —  Nokia-nı əsas rəqibləri olan Siemens və Motorolanı sıradan çıxardıqdan sonra arxayınlıq hiss bürüdü, necə Microsoft arxayınlaşıb 6-7 ilə bir Windows buraxırdı, Nokia-da gedirə qalmış Symbian-dan əl çəkmək istəmirdi və nəticə olaraq tam passivləşdi. Elə bundanda istifadə edən rəqiblər yeni platformalar yaratdılar. Microsoft da bir vaxtlar eləbilirdi Apple-ı məhv edib, amma zaman göstərdi ki, heçdə belə deyil. Hal-hazırda Apple-ın gəlirləri Microsoft-dan daha çoxdur, ümumi kapitalizasiyaya da görə isə Apple dəfələrlə irəlidədir.
Nokia-nın vəziyyəti Microsoft-a baxanda daha ağırdı, belə ki, rəqibləri tərəfindən həmlələrlə qarşılaşan Nokia indi eyni zamanda bir neçə şirkətlərlə rəqabətə girişib, amma əfsuslar olsun ki, uduzur. Onun istehsal etdiyi telefonlar nə Android platformalı telefonlara rəqibdi, nədə ki Apple iPhone-a. Nokia artıq özüdə etiraf edir —  N Series tam olaraq smartfonlar bazarını uduzdu. İndi 10 alınmış smartfona yalnız 2 Nokia düşür — qalanı ya RİM (Blackberry), ya Android platformalı, yada iPhone-du.
Növbədə orta səviyyəli 100-300 manat arası olan telefonlar arasında liderlik müharibəsidi — burada isə Nokia-nı gündə bir yeni telefon çıxaran və dinamik inkişaf edən Samsung gözləyir.
Nokia
Maraqlı qrafik — şirkətlərin gəlirləri (göy rənglə ümumi olaraq Nokia, HTC, RİM (Blackberry), Motorola, SE, açıq göy rənglə isə Apple göstərilib). Vəziyyətin Nokia üçün necə acınacaqlı olduğunun tam sübutu.
nokia
Nokia isə çıxış yolunu yenədə Microsoft-un yolu ilə getməkdə görür — Windows 7 kimi, oda ictimai şəkildə smartfonlar yaratmağı planlaşdırır. Belə ki, şirkətin rəsmi bloqunda artıq istifadəçilər gələcəyin smartfonunun görünüşünü özləri seçə bilərlər.
Şəkillərlə sizdə tanış olun:
Nokia Concept
Nokia Concept

Nokia Concept

Konseptlərə baxdıqda gələcəkdə bizi Nokia-dan gözəl telefonlar gözlədiyini görərik. Amma Nokia-da unudurlar ki, əsas olan tək xarici gözəllik yox, proqram təminatıdır. Geridə qalmış və tormozlu Symbian-la heç bir gələcəkdən danışmaq olmaz. Faktda onu göstərir ki, inkişaf tempinə görə Symbian Android və iOS-lə müqəisədə ən azından 20 (!) dəfə geri qalır.  Deməli tam yeni OS yaratmaq lazımdı, anons edilmiş Symbian^3 və Symbian^4 vəziyyəti dəyişən deyil.
Nokia-nı tam iflasdan qurtaran onun brendinə kütlə arasında olan rəğbətdir. Amma unutmaq olmaz ki, kütlə tez sevdiyi qədər, tezdə unudur… 😉
Mövzuya dair forumda müzakirələr ↓
Nokia batmaqda davam edir…

Sən tək deyilsən və ya ətimiz töküldü! Resenziya

Azərbaycan telekanallarının səviyyəsi gün-gündən yaxşılaşmaq əvəzinə düşməkdə davam edir. Yenə şükürlər olsun ki, Rəqsanəni ekranlarda az-az görməyə başlamışıq, amma…
Amma TV-lərdə yağışdan sonra göbələk kimi yayılan gündəm xarakterli tematik verlişlər Rəqsanənin vaxtında qədrini bilmədiyimizi təstiqləyir.
Xoşqədəm Baxşəliyeva
Kütləvi olmaları ilə yanaşı, əsasən qurma səhnəciklərdən ibarət olan bu verlişlər artıq evdar tamaşaçıları belə bezdirib. Guya ailə problemlərini ictimayələşdirib, problemlərin həlli yollarını axtarırlar, əslində isə boşanmanı, abortu, ailədə zorakılığı təbliğ edirlər. Bu yanğını benzinlə söndürməyə bənzəyir. Atalar yaxşı deyiblər — dəlinin yadına daş saldılar. =)
Belə verlişlərdən biridə ATV-də yayımlanmağa başlayıb. Öz süniliyilə seçilən bu verlişin aparıcısı Andrey Malaxovun yerişini, onun duruşunu, onun danışığını copy-paste etməyə çalışan “3 nöqtə” qəzetinin baş redaktoru və yaradıcısı Xoşqədəm xanım Baxşəliyevadır. Süni ifadələr, duruşlar nəyə gərək?! Məgər təbii duruş, nitq, kimisə copy etməmək qəbahət sayılır? Məgər ATV kanalı normal bir aparıcı tapmadı?
Ola bilsin Xoşqədəm xanım yaxşı qəzet jurnalistidir, buna şübhəm yoxdur, amma bir TV aparıcı kimi bəyənmədim… Ondansa hindistan seriallarına baxmaq daha savab iş olar. =)
Mövzuya dair forumda müzakirələr ↓
Sən tək deyilsən və ya ətimiz töküldü!

Azərbaycan gəncini bu yay nə maraqlandırır?!


Start veriləcək yeni layihəmizlə bağlı şirkətimiz gənclər arasında kiçik araşdırma apardı. Sorğunun nəticələri çox maraqlı olduğundan sizinlə bölüşürəm.
Belə ki, “Bu yay nə etməyi planlaşdırırsınız?” sualına aşağıdakı kimi cavablar oldu:
48% —  Dəniz sahilində istirahət etmək;
14% — iPhone almaq;
12% — Röya və Zamiqin konsertlərinin heç olmaya birində iştirak etmək;
08% —  Yeni işə düzəlmək;
08% — Türkiyəyə getmək;
06% — Azercell-də işə düzəlmək (!) (Qeyd, deyəsən Azercelldə vakansiya bolluğudu);
04% — Fikirləşməmişəm.
Onuda qeyd edim ki, sorğuda 16-30 yaşadək 160 respondent iştirak edib.
Gənclər
Sizi həyatda hal-hazırda daha çox nə maraqlandırır?” sualına isə aşağıdakı cavalar oldu:
32% — İstirahət;
24% — Odnoklassniki.ru;
13% — Yeni işə düzəlmək;
12% — Sevgilim;
08% — iPhone;
05% — Avtomobillər;
03% — Playstation;
03% — Fikirləşməmişəm.
Bu sorğuda 14-30 yaşadək 140 respondent iştirak edib.
Ən böyük arzunuz nədir?” sualına isə aşağıdakı cavalar oldu:
26% — Avtomobil sahibi olmaq;
21% — iPhone4;
19% — Ailə qurmaq;
17% — Ev sahibi olmaq;
07% — Dünyanı gəzib-dolaşmaq;
05% — Vəzifə sahibi olmaq;
02% — Velosiped sahibi olmaq;
01% — Ölkəmizin Qarabağa sahib çıxması;
01% — Müğənni olmaq;
01% — Fikirləşməmişəm.
Bu sorğuda 14-30 yaşadək 220 respondent iştirak edib.
Bir başa  layihəyə aid olan sualımıza “Siz mobil əyləncə xidmətlərindən istifadə edirsiniz?” isə aşağıdakı kimi cavablar oldu:
56% — Hərdən, artıq kontur olanda;
31% — Mütamadi olaraq;
08% — Puluma qıymıram;
05% — Mobil əyləncə nədir?!
Bu sorğuda 12-30 yaşadək 400 respondent iştirak edib.
Sorğudanda göründüyü kimi, hal-hazırda Azərbaycan gəncliyini maraqlandıran Top3-lüyə — Röya və Zamiq, iPhone və Odnoklassniki.ru saytı daxildi.
Ən kədərləndirici fakt isə Qarabağ problemi ilə gənclərin cəmi 1%-i maraqlanmasıdır.
Mövzuya dair forumda müzakirələr ↓
Azərbaycan gəncini bu yay nə maraqlandırır?!

28 yaşlı gürcüstanlı nazir striptiz-klubda!

Gürcüstan nə baş verdiyini hələdə anlamaq olmur. Ya esktraordinar prezidentləri qalstuk yeyir, ya Azərbaycana qardaşlıq andı verə-verə ermənilərə dostluq əli uzadır, ya “demokratiya” carçısı kimi çıxış edirlər. Bu dəfə Gürcüstan yenədə regionda “öndə” olduğunu sübut etdi. Belə ki, yerli Asaval-Dasavali (Yollar) qəzetində çıxan məqalə bütün ölkədə sensasiya doğurub.
Kabaliya
Prezident Mişanın favoritkası olan 28 yaşlı (!) İqtisadi İnkişaf naziri xanım Veronika Kobaliyanın striptiz klubların birində biədəb pozalarda olarkən çəkdirdiyi şəkillər əhalini şoka salıb. Özüdə bu xanım nazirin birinci belə “keyfi” deyil.
Xatırladım ki, 28 (!) yaşlı nazir xanım ümumiyyətlə nə ixtisasca, nədə ki təcrübə baxımından bu vəzifəyə uyğun deyil. Elə buna etiraz olaraq Gürcüstan Mərkəzi Bankının rəhbəri bildirib ki, 28 yaşlı bir qızcığazı strateji əhəmiyyətli dövlət stukturuna nazir (bütün maliyə qurumları, iqtisadiyyat rıçaqları + bank sektoru bu nazirliyin tabeliyindədi)  təyin etməyi yalnız Şaakaşvili edə bilər.
Görünür Mişa bu qızcığaza biganə deyil. =)
Mövzuya dair forumda müzakirələr ↓
28 yaşlı gürcüstanlı nazir striptiz-klubda!

WordPress-in başı dərddə?

WordPress dünyanın ən geniş yayılmış pulsuz CMS-i olmaqla yanaşı, eyni zamanda ən çox pullu funksiyaların təklif edildiyi CMS olaraq qalır.
Bundan narahat olan CMS yaradıcısı Matt Mullenweg bir-bir pullu servislər göstərən şirkətləri məhkəməyə çəkir. Belə ki, Matt Mullenweg-in növbəti qurbanı Theis şablonunun yaradıcısı və onu pulla satışa buraxan Chris Pearson-dur. Matt Mullenweg-in fikrincə WordPress üçün yazılan bütün şablon və əlavələr sırf CMS üçün nəzərdə tutulur və onun ayrılmaz tərkib hissəsi olduğundan pullu ola bilməz! Amma Chris Pearson onunla razı deyil, çünki hesab edir ki, o öz zəhmətini satışa buraxıb.
Wordpress
İnsanlıq və zəhmət söhbətin kənara qoyub, məsələyə proqram təminatı tərəfdən baxdıqda, məhz Matt Mullenweg-in haqlı olduğunu görərik. Niyə? Çünki heç bir şablon CMS-siz fəaliyyət göstərə bilməz. Ümumiyyətlə şablon şablon olaraq qalır, o yalnız CMS-in ümumi kodlarının özündə cəmləşdirir və bütün funksiyaları yenədə CMS təşkil edir. Və nəzərə alsaq ki WordPress GPL lisenziyası əsasında yayılır (bu lisenziya proqramların azad yayılmasını nəzərdə tutmaqla yanaşı koda dəyişikliyi əngəlləyir), onda yazıq Matt-ın haqlı olduğunu görərik.
Bu əslində çox sevindirici bir xəbərdir —  özgənin zəhmətinə bir quş qoyub özününki kimi təqdim etmək və ən əsası pulsuz olanı pulla satmaq artıq adət halını alıb.
Mövzuya dair forumda müzakirələr ↓
WordPress-in başı dərddə?

Kinoteatr Azərbaycan qiymətləri növbəti dəfə qaldırdı

Azərbaycanda hələdə alternativsiz olan Azərbaycan kinoteatrı iyul ayından etibarən qiymətləri yenidən qaldırdı. Belə ki, 8 manata olan seans artıq 10 manatdır. VİP salonda isə filmə tamaşa etmək artıq 15 manata başa gələcək (əvvəllər 10-12 manat idi).
Azərbaycan kinoteatrı
Qiymətlər özü-özündən niyə belə artdı sualıma, kinoteatrı təmsil edən xanım qiz deməyə tutarlı bir söz tapmadı, dedi yuxarıdan qaldırıblar — bizdə satırıq, amma bizim özümüzədə maraqlıdır, qiymətlər niyə qalxdı.
Onuda qeyd edim ki, Azərbaycan kinoteatrı 3D filmləri dəstək etmək imkanından məhrumdu, bütün filmlər köhnə “dədə-baba” üslubu ilə göstərilir. 3D filmlər göstərilsə onun bizlərə neçəyə başa gəlməsini bir anda təsəvvür etsək…
Maraqlısı isə odur ki, yaxın qonşularımız olan Ukrayna və Rusiyada bir seans üçün orta qiymət 5 USD təşkil edir, buda bizim pulla hardasa 4 manat edir.
Deyəsən sadə insanlar yenədə “analoqu” olmayan kinoteatrın soyğunçuluq siyəsətinin qurbanı olurlar… Allah köməyimiz olsun.
Mövzuya dair forumda müzakirələr ↓
Kinoteatr Azərbaycan qiymətləri növbəti dəfə qaldırdı

iPhone4-də antena və ya süni yaradımış qara PR

Apple`in artıq canlı əfsanəyə çevrilmiş sub-brendi iPhone4 çıxar-çıxmaz qara PR-la üzləşdi. Deyilənə görə yeni telefonlarda antenanın şəbəkəni yaxşı görmə problemi var. Amma məncə bu Apple tərəfində yaxşı düşünülmüş gedişdir. Niyə?! Gəlin birlikdə niyələri sadalayaq.

  1. Əgər həqiqətəndə bu tip problem olsaydı, Stiv Cobs konfrans çağırmazdı (adətən bunu yeni texnoloji nailiyyətləri təqdim edəndə edir), sadəcə rəsmi saytda bu problemin mövcudluğu barədə yazılardı və onun həll edilmə yolları göstərilərdi. Konfrans çağırmaqla Apple guya təstiq etdi ki, onlar müştərilərə necə dəyər verir, hər bir mobil telefonda mövcud olan problemə belə həmən reaksiya verirlər.
  2. iPhone4 üçün antena problemi satışa təsir edəcək problem deyil — irəliyə gedən 100 minlərlə sifarişlər var.

Bəs nəticədə Apple nə əldə etdi? Nəticədə Apple guya super “customer-care” mövcudluğunu göstərdi və növbəti dəfə rəqiblərini qaralamaq üçün şans əldə etdi. Necə Stiv hər yeni Apple laptoplarının təqdimatında Sony Vaio`nu alçaldır, bu dəfə Apple əlinin altına Samsung, Blackberry, HTC və Nokia düşdü.
Aşağıdakı videolara tamaşa edin:
Apple iPhone4

Samsug Omnia II

Nokia N97

HTC Droid Eris

Blackberry Bold 9700

Onuda qeyd edim ki, sırağagün iPhone4-ü şəxsən test etmişəm.  Azərbaycan mobil şəbəkəsində (Azercell şəbəkəsində test edilib) antena ilə heç bir problem yoxdur.
Problem — microsimcard söhbətindədi, onuda məcbur olub adi simkartı qayçı ilə kəsib doğramaq lazımdı (ölkəmizdə heç bir operator hələlik microsimcard`ların dəstəkləmir), birdə qiyməti — 1600 manat (hardasa 1920 USD).
Mövzuya dair forumda müzakirələr ↓
iPhone4-də antena və ya süni yaradımış qara PR

Opera Lounge sindromu və ya ondan məndə açım…

Biz azərbaycanların xüsusiyyətlərindən biri, deyərdim ən əsası — bəhsçilikdir.
“Qonşumda biri varsa, məndə onun 10-u olmalıdır” prinsipinin yenidən aktuallaşıb.
Opera Lounge
Son zamanlar Opera Lounge bir çox iş adamının gözünə dağ olub, “Opera Lounge`ın qabağında full maşınlar dayanır, yagin bomba pul qazanırlar, gərək birində mən açam…” kimi söz-söhbətlər artmaqdadır.
Yadımdadı bir vaxtlar “moda” çay evləri açmaq düşmüşdü, indi isə əcnəbi “lounge” sözü dəbdədi. Belə ki, çay evləri tələm-tələsik lövhələrin daha “sovremennı” olan lounge sözlərinə dəyişirir. Yasamal Lounge, Qarachukhur Lounge, Sabir Lounge kimi lövhələri görəndə lap gülməyim gəlir.
Təəssüf doğuran əslində bəhs söhbəti deyil, təəsüf doğuran odur ki, 20 illik müstəqillik dövründən sonra milliləşmək əvəzinə orta təbəqə (və onun sitayiş yeri olan yuxarı təbəqə) daha çox öz dilimizə deyil, digər dillərə müraciyyət edirlər, sanki bununla onlar hər kəsdən fərqliliyin göstərmək istəyirlər. Bu yerdə deyiblər “qından çıxıb qınını bəyənmədi”…
Mövzuya dair forumda müzakirələr ↓
Opera Lounge sindromu və ya ondan məndə açım…

Diqqət. İstifadəçilərin nəzərinə!

Hörmətli istifadəçilər,
Bloqun açılışı 1 Avqustda olacaq.
Bloqumuza maraq üçün təşəkkür edirik!

Mövzular

Resenziyalarım

Siyasi mülahizələrim

Gündəm

Səyahət qeydlərim

Olaylar

Marketing, PR

Sorğular

Elm

Rubrika: Düşmənlər

Rubrika: Sözsüz

Rubrika: Tarixi sual

Telekanalizasiya

İnternet

Azərbaycan İnterneti

Testlərim

Texnoloji aləm

Mobil dünya

Avto-dünya

Təqvim üzrə keçid

Bloq üzrə axtarış

Layihələr

STUDIO.AZ

EURONET

FOX.AZ

Islamic Network

İzləmə sistemləri

RSS və ya Atom