Pərvin Şükürzadənin bloqu
Pərvin Şükürzadənin bloqu

Opera Lounge sindromu və ya ondan məndə açım…

Biz azərbaycanların xüsusiyyətlərindən biri, deyərdim ən əsası — bəhsçilikdir.
“Qonşumda biri varsa, məndə onun 10-u olmalıdır” prinsipinin yenidən aktuallaşıb.
Opera Lounge
Son zamanlar Opera Lounge bir çox iş adamının gözünə dağ olub, “Opera Lounge`ın qabağında full maşınlar dayanır, yagin bomba pul qazanırlar, gərək birində mən açam…” kimi söz-söhbətlər artmaqdadır.
Yadımdadı bir vaxtlar “moda” çay evləri açmaq düşmüşdü, indi isə əcnəbi “lounge” sözü dəbdədi. Belə ki, çay evləri tələm-tələsik lövhələrin daha “sovremennı” olan lounge sözlərinə dəyişirir. Yasamal Lounge, Qarachukhur Lounge, Sabir Lounge kimi lövhələri görəndə lap gülməyim gəlir.
Təəssüf doğuran əslində bəhs söhbəti deyil, təəsüf doğuran odur ki, 20 illik müstəqillik dövründən sonra milliləşmək əvəzinə orta təbəqə (və onun sitayiş yeri olan yuxarı təbəqə) daha çox öz dilimizə deyil, digər dillərə müraciyyət edirlər, sanki bununla onlar hər kəsdən fərqliliyin göstərmək istəyirlər. Bu yerdə deyiblər “qından çıxıb qınını bəyənmədi”…
Mövzuya dair forumda müzakirələr ↓
Opera Lounge sindromu və ya ondan məndə açım…

  • 24 July, 2010

Rəy əlavə edin

Zahid Musayev

mende bezen ele teesurat yaranir ki…. kim yeni mashinini gosterib riskovkalig etmek isteyirse gedir operaya. %)))))

28 July, 2010

Rəşad

Riskovkalıq nadir axı, maşınları 2-ci hətta 3-cü cərgədə saxlayırlar. Vallah bu ganajaqsız bu mədəniyyətsizlik hech bizim ölkəmizə bizim Respublikamıza yaraşmir. Bu adlarla bağlı day demiram. Hani axı bizim milli gədimi terminlər hanı bizim milli gədimi adlar. Bir hech olmasa bərk gedanda da bərk gedək də, amma hech onu da bajarmırıg, risovkaliq? Hech onu da bacarmırıg. Görün fəvarələr meydanı na gündədirI)))))))))))))

1 August, 2010

Ayaz Quliyev

Lounge-a gedənlər sadəcə hava atmaq üçün gedir. Qoy getsinlər, ziyanı yoxdur. Onsuz da bizimkilərə elə şeylər yaramır. Sabaha bir günə bir də gördünüz lounge-larda nərd taxta, domino qoyublar. Kredit maşınlarla, borc pullarla lounge-a gedənlər, səhəri yenə dədə baba adətiynən 2107-nən çayçının qabağına gələcək.

1 August, 2010

Mövzular

Resenziyalarım

Siyasi mülahizələrim

Gündəm

Səyahət qeydlərim

Olaylar

Marketing, PR

Sorğular

Elm

Rubrika: Düşmənlər

Rubrika: Sözsüz

Rubrika: Tarixi sual

Telekanalizasiya

İnternet

Azərbaycan İnterneti

Testlərim

Texnoloji aləm

Mobil dünya

Avto-dünya

Təqvim üzrə keçid

Bloq üzrə axtarış

Layihələr

STUDIO.AZ

EURONET

FOX.AZ

Islamic Network

İzləmə sistemləri

RSS və ya Atom