Pərvin Şükürzadənin bloqu
Pərvin Şükürzadənin bloqu

Gələcək Microsoft-la gələcək?!

Bu günlərdə Microsoft şirkəti üzərində işlədiyi yeni qadjetləri təqdim etdi. Kifayət qədər maraqlı ixtiralardır. Ola bilsin Microsoft məhsul kimi bu yeniliklərdən yararlana bilməsin, amma patent kimi nəyi var yararlanacaq. Özü də, Microsoft-un patentləri sırımaqla arası yaxşıdır – məsələn, Google öz ixtirası olan Android Əməliyyat Sistemindən 1 sent belə qazanmadığı halda, Microsoft patentləri hesabına bu əməliyyat sistemini istifadə edən smartfon istehsalçılarından hər telefondan 10-20$ pul tutur! Nəyi-nəyi, amma pul qazanmağı Microsoft yaxşı bacarır.
İxtira 1 — OmniTouch

***
İxtira 2 – HoloDesk

***
İxtira 3 – PocketTouch

Mövzuya dair forumda müzakirələr ↓
Texnoloji yeniliklər

Google Latitude. Testin nəticələri

Vaxtı uzatmayıb, testin nəticələrini elə indi açıqlayacam. Əvvəlcə ondan başlayaq ki, Google Latitude ümumiyyətlə nədir?! Google Latitude Google Maps proqramının köməkçi interaktiv xidmətidir və məhz onun köməkliyi ilə digər şəxslər Google Maps istifadəçisinin harada olub-olmadığını kompüter vasitəsilə canlı müşahidə edə bilər.
Bu əsasən sənaye sektorunda daha çox faydalı ola bilər — tapşırığa göndərdiyiniz adamların harada olduğunu canlı görmək üçün. Məsələn, “daş kərxanaları”, beton-qarışdıran maşınların sahiblərini özləri şəhərdə kompüter qarşısında əyləşib, hansı maşının karxanadan (rayondan) nə vaxt çıxdığını dəqiqliklə müşahidə edə bilərlər. Deyə bilərsiniz ki, bunun üçün GPS var… amma GPS pulludur, bu isə tam pulsuz xidmətdir və GPS-dən dəqiqliyinə görə heç də geri qalmır.

Mən testi keçirdiyim telefon Nar Mobile nömrəsi üzərindən işləyirdi. Nar Mobile şəbəkəsinin isə bəzi bölgələrdə açıq-aşkar qüsurlu işləməsi səbəbindən Google Maps bəzi hallarda demək olar ki, offline olurdu. Məsələn, Hacıqabul ərazisindən Sabirabadın mərkəzinədək şəbəkə yox idi. Bu lokal və müvəqqəti bir problem də olar bilər, çünki birinci testdə belə bir problem yaranmamışdı.
Keçək Latitude-un özünə. Şəhərdə (Bakıda) bütün detallar demək olar ki, dəqiqliklə çatdırılırsa da, bölgələrimizdə heç də bütün detallar nəzərə alınmayıb. Çox güman ki, bu da Google Maps-ın ölkəmizin ərazisini tam əhatə etməməsindən irəli gəlir. Bəzi kənd və qəsəbələr xəritədə ümumiyyətlə qeyd olunmayıb. Bundan əlavə, Latitude və Maps arasında gecikmələr mövcuddur. Bu əsasən bölgələrimizdə olduqda özünü göstərir. Məsələn, mən Sarısu gölünün ətrafında olduqda, Maps yerimi dəqiqliklə göstərirdi, amma Latitude hələ də rayon mərkəzində olduğum qənaətində idi. Bu həm Google Maps problemi, həm də Nar Mobile şəbəkəsinin qüsuru da ola bilər.
Nəticə — bu xidmətdən istifadə etməyə dəyər. İstər bölgələrimiz olsun, istərsə də uzaq ölkələr — öz yerdəyişmələriniz haqda yaxınlarına, dost tanışlarına, iş yoldaşlarına və rəhbərliyə operativ xəbər vermək üçün əla imkandır. Google-a bu pulsuz xidmətə görə adət etdiyimiz gurultulu alqışlar düşür.
Mövzuya dair forumda müzakirələr ↓
Aran zonasına səfərim. Google Maps möcüzəsi

Növbəti səfərim və yenə də Google Latitude

Google Maps möcüzəsi olan Google Latitude-u test etməkdə davam edirəm. Növbəti səfərimdə də Latitude-u sınaqdan keçirmək fikrim var. İnşallah bu dəfəki sınaqdan sonra Google Latitude barəsində fikirlərimlə bölüşəcəm.

Ölkə üzrə hərəkətimi canlı olaraq buradan izləyə bilərsiniz — www.bir.az/about
Allah bizi qorusun, İnşallah!
Mövzuya dair forumda müzakirələr ↓
Aran zonasına səfərim. Google Maps möcüzəsi

Yeni Müsavat. İblis. Android

Başlayaq. Son vaxtlar “Yeni Müsavat” dərgisinin baş redaktor Rauf Arifoğlunun seçki-öncəsi təbliğat ruporuna çevrilməsini heç də müsbət qarşılamıram. Demək olar ki, 5 xəbərdən biri cəsur və cürətli Arifoğlunun seçki öncəsi növbəti-və-növbəti qəhrəmanlığından dəm vurur. Adamda belə təsəvvür yaranır ki, bu seçkidə müxalifət düşərgəsindən bir namizəd var, o da cənab baş redaktordu. Əslində burada pis heç bir şey yoxdur, amma…
Amma müxalifət liderləri bir yana, Onlarla layiqli oğullar süni şəkildə yaradılan təxribatlar nəticəsində seçkidən kənarda qaldığı bir vaxtda, müxalifətin ən vacib və xalq tərəfindən izlənilən bir nəşri tam olaraq bir insana xidmət etməsi… siyasi eqoistlik və görməmişlikdən xəbər verir. Onlarla insanlara təyziqlər olduğu halda, nədənsə “Yeni Müsavat” bunun haqqında bir kəlmə belə yazmır, amma Rauf bəyin seçicilərlə keçirəcəyi “besedkada” bir postovoyun görünməsindən düz 3 məqalə tirajlayır. Bəs hanı o vəd verdiyiniz sosial bərabərlik?! Hörmətli Rauf Arifoğlu bunun yoxluğunda indiki iqtidarı ittiham edir, sosial haqsızlıqlardan gileylənir. Sual olunur, o zaman fərqiniz nədədir? İqtidarın imkanı var, televiziya və digər medianı zəbt edir, Rauf Arifoğlunun da imkanı var, “Yeni Müsavatı” zəbt edir. Səhər Arifoğlu iqtidarda olsa, əminəm ki, AZTV ekranlarından düşməyəcək.

Gözümüz aydın. Fransada iblis peyda olub. Fransa paytaxtı Parisin cənub-qərbində yerləşən La-Veryer şəhərciyində 11 nəfər birdən özünü pəncərədən atıb. Özünü atanlar arasında 7 böyük, 3 uşaq və bir bəbəşin olması xəbər verilir. Ölüm-itim olmasa da, bir neçəsi ömürlük əlil olub.
Fransa polisi bu olayın səbəbi ilə maraqlananda ortaya maraqlı fakt çıxıb — sən demə zərər çəkənlər gecə saat 3-də bir yerə yığışır “spiritik seans” keçirirlərmiş. Bilməyənlər üçün qeyd edim ki, “spiritik seans” iblis və şeytan (Allah onlara lənət etsin) vasitəsiylə ölülərin ruhlarını çağırma ritualına deyilir. Ritualın qızğın çağıymış ki, bu vaxt otağa yarı-çılpaq qara dərili birisi daxil olub. Ritualda iştirak edənlər panikaya düşüb, elə biliblər ki, bəs bu iblisin özüdür, özlərini pəncərədən veriblər aşağı. =)) Əhsən.
Google-un Amerika Kəşfiyyatı üçün işlədiyi heç kimə sirr deyil. Bir vaxtlar Chrome gizlicə istifadəçinin İnternetdə bütün aktivliyini qeydə alıb, xüsusi ünvana göndərirdisə, müxtəlif təzyiqlər nəticəsində Google guya bundan əl çəkdi, əvəzində Google History söhbətini yaratdı. Amma qozbeli deyir heç qəbr də düzəltməz. Google-un növbəti nailiyyəti Android (mobil telefonlar üçün nəzərdə tutulan əməliyyat sistemidir) istifadəçilərin xəbəri olmadan müxtəlif məlumatları Google-a ötürür. Ötürülən məlumatlar arasında İnternetdə aktivlikdən tutmuş, Sizin kontaktlarınız, telefonunuzun imei kodu, SMS-ləriniz, telefondakı fayllar (şəkil, video və s.) və hətta koordinatlarınızı (əgər telefon GPS-i dəstəklərsə) kimi var.
Onu da qeyd edim ki, bir çox Avropa dövlətlərində yerləşən transmilli şirkətlərdə Google proqramlarından istifadə etmək qadağan edilib.
Google istifadəçilərinə xəbərdarlıq — ehtiyatlı olun dostlar, böyük qardaş sizi izləyir. 😉
Mövzuya dair forumda müzakirələr ↓
Son olaylar. Nələr baş verir?!

Aran zonasına səfərim. Google Maps möcüzəsi

Bu gün İnşallah Aran zonasına səfərə çıxıram. Fürsətdən istifadə edərək Google Maps möcüzəsi olan yeni Latitude xidmətini testdən keçirmək fikrindəyəm. Deməli Google Latitude nədir?! Google Latitude vasitəsilə mənim ölkə üzrə bütün hərəkətimi canlı olaraq izləyə bilərsiniz.
Xidmətə dair fikirlərinizi bilmək maraqlı olardı.

Ölkə üzrə hərəkətimi canlı olaraq buradan izləyə bilərsiniz — www.bir.az/about
Allah bizi qorusun, İnşallah!
Mövzuya dair forumda müzakirələr ↓
Aran zonasına səfərim. Google Maps möcüzəsi

Nokia batmaqda davam edir… Bazarın təhlili

Nokia batmaqda davam edir… Bir tərəfdən Google Android platformalı telefonlar, bir tərəfdən əfsanəvi iPhone demək olar ki, N seriyalı smartfonların satışını minimuma endirib.
Nə yeni çıxmış X6 vəziyyəti dəyişə bildi, nədə N900.
Fikrimcə, günah Nokia-nın Microsoft-un yerişini yeriməkdədi —  Nokia-nı əsas rəqibləri olan Siemens və Motorolanı sıradan çıxardıqdan sonra arxayınlıq hiss bürüdü, necə Microsoft arxayınlaşıb 6-7 ilə bir Windows buraxırdı, Nokia-da gedirə qalmış Symbian-dan əl çəkmək istəmirdi və nəticə olaraq tam passivləşdi. Elə bundanda istifadə edən rəqiblər yeni platformalar yaratdılar. Microsoft da bir vaxtlar eləbilirdi Apple-ı məhv edib, amma zaman göstərdi ki, heçdə belə deyil. Hal-hazırda Apple-ın gəlirləri Microsoft-dan daha çoxdur, ümumi kapitalizasiyaya da görə isə Apple dəfələrlə irəlidədir.
Nokia-nın vəziyyəti Microsoft-a baxanda daha ağırdı, belə ki, rəqibləri tərəfindən həmlələrlə qarşılaşan Nokia indi eyni zamanda bir neçə şirkətlərlə rəqabətə girişib, amma əfsuslar olsun ki, uduzur. Onun istehsal etdiyi telefonlar nə Android platformalı telefonlara rəqibdi, nədə ki Apple iPhone-a. Nokia artıq özüdə etiraf edir —  N Series tam olaraq smartfonlar bazarını uduzdu. İndi 10 alınmış smartfona yalnız 2 Nokia düşür — qalanı ya RİM (Blackberry), ya Android platformalı, yada iPhone-du.
Növbədə orta səviyyəli 100-300 manat arası olan telefonlar arasında liderlik müharibəsidi — burada isə Nokia-nı gündə bir yeni telefon çıxaran və dinamik inkişaf edən Samsung gözləyir.
Nokia
Maraqlı qrafik — şirkətlərin gəlirləri (göy rənglə ümumi olaraq Nokia, HTC, RİM (Blackberry), Motorola, SE, açıq göy rənglə isə Apple göstərilib). Vəziyyətin Nokia üçün necə acınacaqlı olduğunun tam sübutu.
nokia
Nokia isə çıxış yolunu yenədə Microsoft-un yolu ilə getməkdə görür — Windows 7 kimi, oda ictimai şəkildə smartfonlar yaratmağı planlaşdırır. Belə ki, şirkətin rəsmi bloqunda artıq istifadəçilər gələcəyin smartfonunun görünüşünü özləri seçə bilərlər.
Şəkillərlə sizdə tanış olun:
Nokia Concept
Nokia Concept

Nokia Concept

Konseptlərə baxdıqda gələcəkdə bizi Nokia-dan gözəl telefonlar gözlədiyini görərik. Amma Nokia-da unudurlar ki, əsas olan tək xarici gözəllik yox, proqram təminatıdır. Geridə qalmış və tormozlu Symbian-la heç bir gələcəkdən danışmaq olmaz. Faktda onu göstərir ki, inkişaf tempinə görə Symbian Android və iOS-lə müqəisədə ən azından 20 (!) dəfə geri qalır.  Deməli tam yeni OS yaratmaq lazımdı, anons edilmiş Symbian^3 və Symbian^4 vəziyyəti dəyişən deyil.
Nokia-nı tam iflasdan qurtaran onun brendinə kütlə arasında olan rəğbətdir. Amma unutmaq olmaz ki, kütlə tez sevdiyi qədər, tezdə unudur… 😉
Mövzuya dair forumda müzakirələr ↓
Nokia batmaqda davam edir…

Mövzular

Resenziyalarım

Siyasi mülahizələrim

Gündəm

Səyahət qeydlərim

Olaylar

Marketing, PR

Sorğular

Elm

Rubrika: Düşmənlər

Rubrika: Sözsüz

Rubrika: Tarixi sual

Telekanalizasiya

İnternet

Azərbaycan İnterneti

Testlərim

Texnoloji aləm

Mobil dünya

Avto-dünya

Təqvim üzrə keçid

Bloq üzrə axtarış

Layihələr

STUDIO.AZ

EURONET

FOX.AZ

Islamic Network

İzləmə sistemləri

RSS və ya Atom