Gələn ildən Bakı məktəblərində şagirdlərin hamısı vahid məktəbli forması geyinmək məcburiyyətində olacaqlar. Əslində burada etiraz ediləsi bir şey yoxdur. Etiraz ediləsi 7-11-ci siniflərdə oxuyan xanım qızlar üçün tərtib olunmuş yubkaların həddən artıq qısa olmasıdır. Mini yubkalar artıq məktəb səviyyəsində təbliğ edilir. Bu zəhrimar mentalitetimizi qoyduq kənara, bəs kimi təbliğatlar bütöv bir cəmiyyətdə iyrənciliklərə, onun mənən məhv edilməsinə, tənəzzülünə yol açmazmı?!
Mövzuya dair forumda müzakirələr ↓
İndən belə 7-11-ci sinifdə oxuyan qızlar rəsmi olaraq mini yubka geyinməlidirlər?!
Ətrafımızı anormallıq bürüyür… Hava — anormal istilər lap bezdirdi. Bu gün məcbur olub maşında kondisioneri yandırmışam. Mən bu yaşa çatmışam, amma belə anormal hava görməmişdim. Yəqin elə məhz bu anormallıq insanlara pis təsir edib, onlar da anormal olublar.
Belə olmasaydı “Azərsu” ASC-nin işçiləri 2010-cu il üçün su pulunu ilin əvvəlində ödədiyimizə baxmayaraq, gəlib özləri yazdıqları çekləri saxta elan edib, bütün binadan yenidən su pulunu yığmazdı. Belə olmasaydı, kimsə ona həvalə olunan işi özününki bilib, hər yerdə bunu özünün işi kimi qələmə verib, sinəsinə döyməzdi. Belə olmasaydı, ifrat biqeyrətlikdən əziyyət çəkənlər qeyrət davasına çıxmazdı. Belə olmasaydı, son 2-3 ayda böyük şirkətlər onlara göstərilən xidmətlərə görə ödəməli olduqları pulları səbəbsiz olaraq aylarla gecikdirməzdi. Belə olmasaydı keyfiyyətsiz insanlar hörmətli insanların bağına daş atıb, özlərinə ad qazanmağa çalışmazdı. Belə olmasaydı, günün-günorta çağı yanımızdakı 21 mərtəbəli “novostroyka”-nın üstündən bir qızcığaz özünü atmazdı. Belə olmasaydı, universitetlərdə müəllimlər harınlayıb bilikli uşaqları belə kəsib rüşvət tələb etməzdi. Belə olmasaydı, digərlərin uğuruna paxıllıq edənlərin sayı birə-beş artmazdı. Belə olmasaydı, axşam saat 2-dən sonra Bakı küçələri Amsterdamı xatırlatmazdı. Belə olmasaydı, onun-bunun evini yıxıb varlananlar indi mənəviyyatdan notasiyalar oxumazdı. Belə olmasaydı, yatmadığı adam qalmayan insanlar efirə çıxıb namus söhbəti aparmazdı. Belə olmasaydı, oğru həyasızlığına salıb, şüvənlə özünü ağa çıxarmazdı. Belə olmasaydı 2010-cu ili bir göz qırpımında yola verməzdik… Belə olmasaydı… anormallıq həyat tərzimizə çevrilməzdi…
Bu dünya onsuz da düzələn deyil. Heç olmaya biz çalışıb özümüzü saf saxlamalıyıq. Dünya onsuz da 5 günlükdir. Onu da kişi kimi yaşamaq hər oğulun işi deyil.
Cəmiyyətin faciəsi isə bu anormallıqları norma kimi qəbul etməsindədir. Biz artıq bunun astanasındayıq… Avropalaşırıq. Amma nədənsə, bu xaraba Avropadan yalnız pis şeyləri götürürük. Allah köməyimiz olsun.
Mövzuya dair forumda müzakirələr ↓
Anormallıq
Artıq uzaq görünən 2007-2008-ci ildə ilişib qalan Nokia, özü kimi populyarlığını günbəgün itirən Röyaya əcaib sözləri (HDMI, USB, Carl Zeiss və sair) deməyə məcbur etdirdiyi bir vaxtda, Nokia-nın rəqibləri daha əməli işlərlə məşğuldur. Nokia vaxtı ilə Motorola və Ericsson-un keçdiyi uğursuz yolu təkrarların. Ericsson demişkən, son 2 ildə SONY şirkəti də əməlli başlı rəqabətdən geri çəkilib, öz pozisiyaların rəqiblərinə verməkdədir.
Sony-nin subbrendi Sony Ericsson bazarı itirməkdə davam edir. Onsuzda böyük olmayan satışları 1/5 azalıb. Nokia SE-na baxıb təsəlli tapa bilər, amma digər rəqiblərinə — əsla yox. Son illər Samsung, Apple, RIM (Blackberry), LG və HTC yeni texnologiyaların uğurlu tətbiqi ilə məşğuldular. İndi aktiv oyunçular Nokia-nın tədricən çəkildiyi bazarı mənimsəyib, satışlarını artırırlar — götürək HTC-ni. HTC 2010-cu ildə ümumi smartfon satışını 2 dəfə artırıb. 2011-ci ildə isə bu rəqəmi 300% (!) çatdırmağı planlaşdırır. Kimin hesabına? Əlbətdə ki, Nokia-nın hesabına. Hələ gəlirlərinə görə Nokia-nı dəfələrlə üstələyən Apple, Samsung-u, RIM-i demirəm. Nokia smartfon bazarını demək olar ki, tamamilə əldən buraxıb. Niyə? Səbəbini inkişaf etmək istəyinin olmamasında görürəm — Nokia hesab edirdi ki, ən yeni texnologiyaları o özü təyin etdiyi vaxtda kütləyə buraxacaq, hər şeyi kontrol edəcək və lider qalacaq — beləcə o tədricən passivləşdi. Texnologiya aləmində isə passivləşmək qaçılmaz ölüm deməkdir. Digər tərəfdən Nokia-nın axrına Symbian çıxdı, 2003-cü ildən bəri demək olar ki, cüzi şəkildə dəyişilən bu platformadan Nokia hələ də istifadə etməkdədir. Axı nə qədər olar?! Digər ümüd etdiyi platforma MeGoo — anadan olmamış iflasa uğrayıb — MeGoo platformalı N900 telefonlarının satışı barmaqla sayılasıdır…
Bizim millətin bəyənmədiyi LG-də Nokia-nın yiyəsiz qalmış müştəriləri uğrunda mübarizəyə qoşulanlardandır — bu günlərdə LG dünyada ilk dəfə Android platforması üzərində işləyən iki nüvəli prosessorlu smartfonu təqdim etdi. LG Optimus 2X özündə çox saylı texnoloji yenilikləri cəmləşdirdiyi kimi gözəl görünüşə də malikdir.
Hə. Qayıdaq Nokia-yaya. Ola bilsin bizim xalqın konservatorluğu Nokia-nın Azərbaycanda satışlarını bir neçə müddət yüksək səviyyədə qalmasına imkan verəcək. Bəlkədə. Amma fakt fakt olaraq qalır. Bir vaxtlar keyfiyyət və prestij markası olan Nokia artıq keyfiyyətsiz və geridə qalmış telefonlar istehsal edən şirkət kimi qəbul edilir. Kütlə isə belə şeyləri sevmir… Kütlə daha baha və adlı-sanlı markalara can atır. Deməli Azərbaycanda da Nokia-nın ömrünə çox qalmayıb.
Mövzuya dair forumda müzakirələr ↓
Genanın qara PRı və Nokiananın qəzəbi -) (N8 vs E7)
Bu gün müqəddəs Qurban bayramıdır. Qurban bayramı şablon SMS-lərin gördərib-alınması, pulla qurbanlığa şərik olmaq kimi adətlərdən deyil, səhər-tezdən məsçiddə camaatla bayram namazı qılıb, Allahın böyüklüyünün bir daha anılmasından, qurban kəsib, yeddi kasıb qapıya paylanmasından, yaxınları yad etməkdən, zikrlər və “qurban” olmaq fenomeni haqda heç olmasa bir neçə dəqiqə fikirləşməkdən ibarətdir. Hələ mənim bildiyim bunlardır… Bəs bunlara riayət edirik?
Sizə deyirəm, amma özüm bu il edə bilmədim. Növbəti velo-gəzintimdə yaman yıxılmışam. Bu dəfə deyəsən qabırğalarımı əzdim, güclə tərpənirəm. Travmatologiyada dedilər ki, qabırğa üstü gəmirçəklər sınıb, “koroçe” vəziyyət yaxşı deyil. Allah kərimdir, İnşallah bu da keçər.
Qurban demişkən, yaxşı ki, bu bayramda qurbanlıq kimi qoyun təyin olunub (bu təyin, o təyindən deyil ha. 😉 (c) seçki 2010). Bəs qoyunun yerinə vəhşi ispan inəyi olsaydı, onda necə olardı? Onda vay bizim məzlum xalqın başına, heç olmaya bayramlarda nəfəsin dərib istirahət edir, onu da vəhşi inəklər gözündən gətirərdi…
Yəqin elə bu “haqsızlığa” görə bu gün Meksikada növbəti ispan inəyi dünya ictimayətinə çılğın etirazını bildirib, insanları qatıb qabağına. Dünya birliyi bu haqsızlığa hələ də dözür. 😀 (c) İTV
Havalar da ki, məşhur fırıldaqçı baxıcı Zirəddinin proqnozlarına rəğmən soyumaq bilmir ki, bilmir. Noyabr ayında belə isti havanın olması heç yadıma gəmir. Bezdiricidi. Nəsə. Gedim biraz uzanım, qabırğalarım “zokkuldayır”. =)
Mövzuya dair forumda müzakirələr ↓
Son olaylar. Nələr baş verir?!
Qarşıdan böyük bayramlarımız gəlir, istirahət etmək vaxtıdır. Gəlin gözəl və kreativ reklam çarxlarından həzz alaq.
Virgin Airlines. Öz kreativliyi ilə seçilən avia şirkət. Bu dəfəki reklam imic xarakterlidir.
Subaru. Bundan öncə post etdiyim hardasa BMW-nin reklamına bənzəyir.
Yenə də Sony. Ev kinoteatrı.
Bu çarx bir çox ölkələrdə qadağan edilib. Səbəb — “qəddarlıq” səhnələrinin həddən artıq çox olmasıdır.
Qəddarlıq demişkən — bu çarx məzəli və biraz da idiotikdir. Reklamın ana xətti — evdə hər zaman sakitçilikdir…
Call of Duty. Kompüter oyununa həsr olunmuş meqa-çarx. Reklamın şüarı — hər birimiz (ofisdə tutduğumuz vəzifədən asılı olmayaraq) bir əsgərik.
HTC Evo. Çeynəlmiş “domino” üslubuna yeni yanaşma.
Huggies. Sexy balaca. =)
Və nəhayət, texnologiya titanı — Intel.
Mövzuya dair forumda müzakirələr ↓
İstirahət edək. Ən möhtəşəm reklam çarxları
Flaşmob — son vaxtlar gənclərimiz (əsasən də küyə gedənlər) arasında çox populyarlaşan bir ifadədir. Bəs bu flashmob ümumiyyətlə nədir? Bu kimi tədbirlər nə məna daşıyır?!
Flaşmob bir qrup şəxslər tərəfindən əvvəlcədən hazırlanmış teatral səhnəciklərin müxtəlif məkanlarda (istər küçə olsun, istərsə də qapalı bir yer) təsadüfi insanlar qarşısında oynanılmasına deyilir. Məsələn, min bir əziyyətlə ailəsinə çörək pulu qazanan Əhməd kişi evə qayıdarkən görür ki, qəfil kimsə yolun ortasında huşunu itirdi… Həyatı onsuz da başdan-ayağa böyük bir stress olan Əhməd kişi bambılizmin son həddindən əziyyət çəkən cavana köməyə qaçır, bu zaman kənarda durub müşahidə edən digər şəxslər də yerə uzanırlar… Əhməd kişi şokdadı… Sən demə bu səhnəcikdir… Sən demə bu fərqli olmaq deməkdir… Sən demə bu flaşmobdur. Əhsən.
Flaşmobun atası amerikalı sosioloq-yazıçı Howard Rheingold hesab olunur. Məhz onun 2002-ci ildə işıq üzü görən kitabında (Ağıllı kütlə: Sosial inqilablar) ilk dəfə Flaşmob-un mahiyyəti kütləyə çatdırıldı. İlk olaraq flaşmob-lar cəmiyyətə sosial zəmində təsir etmək üçün bir vasitə kimi düşünülürdü. İlk aksiya Nyu-Yorkda 2003-ci ildə planlaşdırılsa da, polis “qanunsuz aksiyanın” qarşısını alır, amma çox keçmir ki, aksiya başqa bir məkanda baş tutur və flaşmob ideyası virus kimi bütün yer kürəsinə yayılır.
Post-sovet məkanında, əsasən də Rusiya, Ukrayna və Belorusda flaşmobdan siyasi etirazlar üçün istifadə olunur. Məsələn, Belorusiyada etiraz aksiyaları qadağa edildiyindən proqressiv gənclər müxtəlif siyasi flaşmoblardan istifadə edir — seçki komisiyasının önündə seçki nəticələrinin ictimai şəkildə cırılması səhnəsi və yaxud Lukaşenkonun çıxışının küçələrdəki ekranlar vasitəsi ilə yayımı zamanı bir qrup gəncin ekranlara arxalarını çevirməsini misal gətirmək olar.
Azərbaycanda da flaşmoblar yayılmağa başlayıb. Amma bizdə hər şeydə olduğu kimi burada da özünə məxsusluq var — bizim flaşmober-lər yalnız onun bunun zir-zibilini təkrar etməklə məşğuldular. Maykl Ceksona, Halloween-ə həsr olunmuş flaşmoblar bu silsilədəndir.
Azərbaycanın xalq artisti, mərhum Mikayıl Ceksonun xatirəsinə həsr olunmuş milli flaşmob.
Onu da qeyd edim ki, Azərbaycan flaşmober-lərinin əksəriyyəti tələbələrdir.
Azərbaycan xalqının sevimli milli bayramı — Halloween-ə həsr olunmuş növbəti flaşmob.
Gəlin bizim flashmober-lərin son işlərini analiz edək (yuxarıda təqdim olunmuş video vasitəsiylə). Göründüyü kimi, milli flaşmober-lər dədə-baba bayramları olan Halloween-ə həsr edilmiş bu aksiyaya əməlli-başlı hazırlıq görülüblər. Özü də professional qrimlər, maskalar vasitəsi ilə. Çox güman ki, onları hansısa “pul yumaq” üçün nəzərdə tutulan qeyri-hökumət təşkilatı maliyyələşdirir. Xeyli adam da toplaya biliblər — bu isə bizim gəncliyin nə qədər deqradasiyaya uğradığının göstəricisidir…
Məndə bir sual yaranır — görəsən Xocalı soyqırımına aid bir flaşmob keçirilsə bu qədər canfəşanlıq edən olar? Əlbət ki, yox. Kölə millət üçün hər zaman digərlərinin malı, ənənələri, bayramları daha əziz olur. Birdə ki, oğlanların 90% ora “qız tutmaq” üçün gedir… nə flaşmob?! 😀
Nəsə. Atalar yaxşı deyib, utanmasan, oynamağa nə var ki?! Allah ağıl versin.
Fikirlər mənim şəxsi subyektiv fikrimdir. Ürəyinizə çox almayın. 😉
Mövzuya dair forumda müzakirələr ↓
Flaşmob
Başımız deputatlığa namizədlərin traqikomik çıxışlarına o qədər qarışıb ki, texnoloji aləmin əfsanəsi — Macbook Air-in yenilənməsi xəbərini sükutla qarşıladıq. Rus demişkən — а зря.
Beləliklə, Apple bu günlərdə tam yenilənmiş Macbook Air-i təqdim etdi. Dünyanın ən nazik noutbuku kimi təqdim olunan Air-in eni cəmi 1,7 sm-dir! Yeni Air-lər 2 variantda buraxılacaq — 11.6 düymluq (ekran ölçüləri 1366х768 piksel) və 13.3 düym (1440х900 piksel). Hər iki modelin ekranı touch-pad (sensorlu) və multi-touch texnologiyasını dəstəkləyir. Hm… iPad üçün rəqib? Məncə, yox. Gözəlçələrin ən ağırı 1 kilo 300 qramdır.
Texniki göstəricilər — Core 2 Duo 1.86 GHz (13 düymluq modeldə 2.13 GHz), operativ yaddaş 2 (4 GB), NVIDIA GeForce 320M video-kartı. Modellərin Wi-fi, USB və hətta DisplayPort dəstəyi də var.
Əsas məsələ — qiymətidir. Amerikada 11 düymluq model 1299 USD (+128 GB flash yaddaş), 13 düymluq model isə 1599 USD (+256 GB flash yaddaş) dəyərində olacaq. Azərbaycanda isə Alma Store-un monopoliyasını və hal-hazırki modellərə olan qiymətləri nəzərə alsaq yeni Air Bakıda ən azı 2000-2500 manat civarında olacaq. Bu da dollarla eləyir 2400-3000 USD. Analoqu olmayan qiymətlərimiz hal-hazırki modellərdə də özünü göstərir. Belə ki, Alma Store mağazalarında köhnə model Macbook Air 2099 AZN-ə satılır. Əhsən.
Mövzuya dair forumda müzakirələr ↓
Texnoloji yeniliklər
Qonşu yazıda da qeyd etdiyim kimi, bu günlərdə Aran zonasında oldum. Orada olarkən qeydə aldığım çoxsaylı şəkillərdən bir neçəsi ilə bölüşürəm. Sözsüz rubrikası.
Şəkillərə böyük həcmdə baxmaq üçün üzərinə tıklayın.
Sarısu gölünün ətrafı. Günün batması.
Şirvan. Yerli yumor.
İmişli. Qoyunların koteclərə həsrət dolu baxışları.
İmişli səmasında naməlum uçan obyekt
Yerli kolorit
Mövzuya dair forumda müzakirələr ↓
No Comment və ya Sözsüz rubrikası
Bu gün İnşallah Aran zonasına səfərə çıxıram. Fürsətdən istifadə edərək Google Maps möcüzəsi olan yeni Latitude xidmətini testdən keçirmək fikrindəyəm. Deməli Google Latitude nədir?! Google Latitude vasitəsilə mənim ölkə üzrə bütün hərəkətimi canlı olaraq izləyə bilərsiniz.
Xidmətə dair fikirlərinizi bilmək maraqlı olardı.
Ölkə üzrə hərəkətimi canlı olaraq buradan izləyə bilərsiniz — www.bir.az/about
Allah bizi qorusun, İnşallah!
Mövzuya dair forumda müzakirələr ↓
Aran zonasına səfərim. Google Maps möcüzəsi
Amerikada maraqlı bir eksperiment keçirilib. McDonalds-dan alınan və uşaq yeməyi kimi qələmə verilən “Happy Meal!” yarım il saxlandıqdan sonra belə xarab olmayıb!
Britaniyanın mötəbər The Daily Mail dərgisinin verdiyi xəbərə görə, xanım Sally Davies (sənətcə foto-rəssamdır) tərəfindən keçirilən eksperiment maraqlı və eyni zamanda dəhşətli nəticələr əldə edib. Eksperimentin hər günü “Happy Meal”-ın şəkili çəkilib. McDonalds möcüzəsi bu müddət ərzində nəinki xarab olmayıb, hətta yüngülcə belə kiflənməyib. Yeganə dəyişiklik — 6 ay ərzində “Xoşbəxt qida” bərkiyib olub daş parçası.
Bu da bir daha McDonalds məhsullarının insan orqanizmi üçün katastrofik dərəcədə qorxulu olmasının növbəti sübutudur.
Bundan əvvəl bu tipdə bir neçə testlər keçirilib. Məsələn, Nyu-Yorklu bir araşdırıcı öz üzərində eksperiment aparıb — o 30 gün ərzində yalnız McDonalds məhsulları ilə qidalanıb. Nəticədə 33 yaşlı tam sağlam insan 30 gün ərzində 11 kilo kökəlib, onda ürək sancıları, qaraciyərin bərkiməsi, həmçinin mədə-bağırsaq problemləri müşahidə olunub. Eksperiment yarımçıq bitib, eksperimentator isə düz 2 il müalicə almalı olub.
Bax belə. Görəsən bütün bu faktlar bizimkiləri McDonalds məhsullarından imtina etməyə bəs edəcək? Fikrimcə yox.
Bu arada McDonalds məhsulları həqiqətən dadlı olur. 🙂
Mövzuya dair forumda müzakirələr ↓
Fast food və ya millət qırılır
Rubrika: Düşmənlər
Rubrika: Sözsüz
Rubrika: Tarixi sual